Şəbnəm Tovuzlunun həyat yoldaşının kimliyi bilindi – Mülklər, obyektlər…
Medeniyyet
Oxunub: 875
20 may 2018 | 09:15
Şəbnəm Tovuzlunun həyat yoldaşının kimliyi bilindi – Mülklər, obyektlər…















Şəbnən Tovuzlunun kimliyi, şəxsi həyatı, açıqlamaları onun sənətindən daha çox gündəmə gəlir.

Hazırda Hacı adlandırdığı şəxslə vətəndaş nikahında yaşayan müğənninin özəl həyatı, münasibətləri bir çoxlarına maraqlıdır. Ona görə yox ki, Şəbnəm Tovuzlu Azərbaycan xalqı üçün maraqlı personadır, bəlkə də, ona görə ki, xanım sənətçi özü öz şəxsi həyatını gizli saxlamaq istəsə belə, bu barədə tez-tez danışır.

Şəbnəm Tovuzlu hazırkı həyat yoldaşının adını, kimliyini gizlə saxlayır. Heç bir şəkildə onun simasının görünməsinə imkan vermir, ancaq onunla hovuzda, ya da maşında əl-ələ tutuşan şəkillərini paylaşır. İsrarla həmin şəxsin kim olduğunu deməsə də, qatıldığı hər verilişdə ailəsindən, Hacıdan danışmaqdan çəkinmir.

Müğənni proqramlarda, ya da “İnstagram” sosial şəbəkəsində açdığı canlı yayımlarda ağlayaraq onun ailəsindən əl çəkməyi, bu haqda danışılmamasını istəyir. Ancaq gizli olan məlumat insanları daha da cəlb edir. Bir şəxsin varlığından bu qədər danışıb, özünü xüsusi cəhdlə gizlətdikdə bu hətta başqalarının həyatı ilə maraqlanmağı sevməyən insanların belə diqqətini çəkir.

Şəbnəm Tovuzlunun bilərəkdən ya da bilməyərəkdən bu cür addım atması, onun həyat yoldaşının kim olması barədə şaiyələrin çoxalmasına səbəb olur. Bir müddət öncə Şəbnəm Tovuzlunun iki müxtəlif kişi ilə şəkli yayılmışdı.

Bu şəxslərdən hansı onun hazırda kəbin nikahında olduğu Hacıdır deyə düşünülürdü. Ancaq şəkillərdə birində Şəbnəmin 10 il öncəki həyat yoldaşı və həmkarı Ərşadla səmimi görüntüləri vardı. Ərşad bu şəkillərin yayanları qınamışdı. Şəbnəm isə öz növbəsində Ərşaddan ayrılıb daha sonra xoşbəxt yaşadığını bildirib.

Digər fotodakı şəxsin kimliyini isə daha geniş axtarış tələb edirdi. Sonda məlum oldu ki, həmin insan 2016-cı ildə Şəbnəmin sevgilisi və ya sponsoru kimi təqdim edilən, özünün isə “ərimdir” dediyi Famil Xəlilov imiş.

2 il öncə Tovuzlu MTN-ə aparılaraq dindirilmişdi. Famil Xəlilov da “Sipark” İnşaat şirkətinin şəriklərindən biri olub və adı keçmiş MTN generalı Akif Çovdarovla işbirliyində çəkildiyi üçün həyat yoldaşı Şəbnəm Əsədova da sorğu-suala tutulub.

Şəbnəm Əsədova o zaman verdiyi açıqlamasında Famil Xəlilovla rəsmi nikahda olduğunu bildirib: “Bizim həm rəsmi nikah sənədimiz var, həm də kəbinimiz. Yəni o adam mənim sevgilim deyil, ərimdir. Akif Çovdarovla da əlaqəsi ola bilər. Çünki iş adamıdır, onun hər kəsli münasibətinin olması təbiidir. Sözügedən evə gəldikdə, biz o evi satmışıq, amma kiminsə onu mənim əlimdən zorla alması barədə deyilənlər tam yalandır. Famil mənim ərimdi, mən niyə onun qarşısında diz çöküb yalvarım?! Bizim aramızda qısqanclıq mövzusunda mübahisə olmuşdu, o da ötüb keçdi. Bəzən 20 ilin ailələrinin arasında bu cür mübahisələr, narazılıqlar yaşanır”.

May ayının əvvəlində müğənni Vəfa Şərifova “Hər şey daxil” verilişində Şəbnəm Tovuzlu barəsində qalmaqallı sözlər deyib. O bildirib ki, Şəbnəm Tovuzlu ilə bir verilişdə iştirak etmək istəmir: “Mən demişəm ki, bəzi adlar var, onlarla eyni verilişə çıxmaq istəmirəm. Mənim hər şeydən önəmli sərvətim adımdır. İstəmərəm ki, mənim adım səhnəmizin üz qaraları ilə, bir ayda üç kişi dəyişənlərlə bir arada çəkilsin”.

Şəbnəm Tovuzlu həmkarının dediyi kimi bir ayda üç kişi dəyişməsə də, mətbuatın bildiyi qədəri ilə 3-cü dəfə də ailə həyatı qurub. O, məşhur Hacı ilə Şəbnəm rəsmi olaraq tanınmayan dini nikahla birlikdə yaşayırlar. Yayılan məlumatlara görə, Hacı Şəbnəmdən yaşca 9 yaş böyükdür

Şəbnəm və oğlu Əlinin atası Rafiq

Hacı kimi tanınan şəxsin əsl adı isə Rafiqdir. Şəbnəmlə Rafiqin arasında 9 yaş fərq var. Hacı Rafiq biznesmendir. Bakı metrosunun “Memar Əcəmi” stansiyasının yaxınlığında, Nizami küçəsində geyim mağazası (Şəbnəm bu mağazadan geyinir və orada paltarlarını satdırır – red), İçirişəhərdə, Tovuzda, Gəncədə obyektləri var. Şəbnəm Tovuzlu hazırda Rafiqin ona hədiyyə etdiyi evdə yaşayır.


Hər bir halda öz şəxsi həyatını yaşayan iki övlad anası bir xanım haqqında hər dəfə başqa ad, yarlıqla nəsə yazmaq düzgün deyil. Ancaq müğənni özü də şəxsi həyatı barədə danışmaq əvəzinə, sənəti ilə gündəmə gəlmək üçün çalışmalıdır.

“Youtube”-da onun sadəcə qalmaqallı açıqlamaları, verilişlərdə həyatı haqqında danışdıqları yer alır. Hansısa bir ifasını tapmaq, dinləmək üçün isə bir xeyli axtarış etmək lazımdır. Şəbnəm Tovuzlu öz sənətçi imicini formalaşdırmaq üçün ən azından bir müddət özü öz başını qalmaqallardan çıxarmalı, “mənim şəxsi həyatımdan nə istəyirsiniz” deyib, daha sonra da ancaq öz ailəsi barədə danışanda iki dəfə düşünsə onun xeyrinə olar.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu