Orucluqda nələrə diqqət etməliyik? — Məsləhətlər
Medeniyyet
Oxunub: 610
18 may 2018 | 12:13
Orucluqda nələrə diqqət etməliyik? — Məsləhətlər















Müqəddəs Ramazan ayının ikinci günüdür. Yay aylarında isə günlər uzanır. Uzun günlərdə oruc tutmaq uzun müddət ac və susuz qalmaq deməkdir. 17 saata yaxın bir müddət oruc qalmaq üçün orqanizmi hazırlamaq lazımdır.
Bu gün oruc tutanlara müəyyən faydalı məsləhətlər təqdim edirik.

Metabolizmanı orucluğa hazırlamaq məqsədi ilə qidalanma alışqanlıqları və yuxu prosesinə dəyişiklik etmək lazımdır. Ramazan ayı ən çox mədə və həzm sisteminə təsir edir.

Günə qəhvəaltı ilə başlayın

Səhər yeməyi insanı gün ərzində gümrah saxlayır. Əgər səhərlər yemək yemirsinizsə, özünüzü indidən buna alışdırın. Əgər hər səhər qəhvəaltı edirsinizsə, hər dəfəkindən daha erkən yeməyinizi yeməyə başlayın.

Ramazan ayında bağırsaqlarınızı düşünün

Ramazandan əvvəl yağlı, şirin və duzlu qidalardan uzaq durun. Daha çox meyvə və tərəvəzlə qidalanın. Həzm sistemi rahatlayacaq və uzun müddətli aclığa daha rahat uyğunlaşacaq. Meyvələrin tərkibində şəkərin miqdarının yüksək olduğunu xatırlayın və gündə 1-2 dəfədən çox qəbul etməyin.

Sahurdan ən azı yarım saat əvvəl dərmanlarınızı qəbul edin

İnsan acıyanda mədəsindəki asit turşusunun ifrazı və həzm sisteminin hərəkəti zəifləyir. Uzun müddət ac qalmaq mədə xorası, onikibarmaq bağırsaq yarası və qastriti olan insanlara mənfi təsir göstərə bilər. Əgər mədənizdə yara və başqa problem varsa, mütləq həkimə müraciət edin. Xəstələr isə dərmanlarını sahurdan 30-60 dəqiqə əvvəl qəbul etməlidirlər.

Az yeməyə vərdiş edin
Orucluğa qədər günorta yeməklərində porsiyanı azalddın. Salat kimi yüngül yeməklərə üstünlük verin. Beləliklə orqanizmi aclığa uzun müddət tab gətirməyinə uyğunlaşdırın.

Sahura durmaq üçün tez yatın

İftar və sahur saatlarına görə oruc tutanların yuxu saatında dəyişiklik edilməlidir. Ramazandan əvvəl normal yuxu saatından 1-2 saat əvvəl yatmağa çalışın. Bu səhərlər sahura durmaq üçün kömək edəcək.

Susuzluğa alışmayın

Bir çox oruc tutan şəxs üçün Ramazan ayında ən böyük problem susuzluqdur. Eyni zamanda bu il orucluq yay ayına təsadüf etdiyi üçün tərləmə və sidik yolu ilə su ifrazı daha da artır. Ramazandan əvvəl suyu az içərək özünüzü buna vərdiş etməyin. Gündə ən azı 8-10 stəkan su için. Su itkisini artıran tərkibində kofein olan içkilərdən uzaq durun.

Sahurda nə yemək lazımdır?

Bir çoxları elə düşünür ki, sahura durmadan da oruc tutmaq olar. Bu işin dini tərəfini din alimləri bilər. Sağlamlıq məsələsi isə belədir: Sahursuz oruc tutmaq aclıq müddətini daha da artırır. Bu səbəbdən gün ərzində mədədə problemlər yarana bilər. Mütləq sahura durmaq lazımdır.

Sahurda yumurta, pendir, süd və qatıq kimi tərkibində protein olan qidalar qəbul etmək lazımdır. Bu gün ərzində tox qalmağa kömək edir. Bundan başqa qoz və badam da qəbul etmək məsləhət görülür.
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi