Məleykə Əsədova Ramiz Məliklə çəkişməsində qalib gəldi
Medeniyyet
Oxunub: 563
15 may 2018 | 10:40
Məleykə Əsədova Ramiz Məliklə çəkişməsində qalib gəldi














Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
"Ölkə.Az"n xəbərinə görə, prosesdə xalq artisti Məleykə Əsədova çıxış edib. Xalq artisti bildirib ki, həmkarı onu mətbuatda təhqir edib: "Səkkiz aydır əsəb keçirirəm. Əgər Ramiz müəllim böyüklük göstərsəydi, gəlib mənim "şortik" geyinməyimlə bağlı özümə deyərdi. Lakin o, bu barədə sosial şəbəkədə yayıb. Ramiz Məlik məni mətbuatda alçaldıb, təhqir edib. O hətta mənim ailəmi alçaldıb. Deyib ki, guya mənim anam pozğul olduğu üçün atam onu boşayıb. Mən ailəmin ölüsünə də, dirisinə də hörmət edirəm. Hətta onun ailəsinə də hörmət edirəm. Guya ki, mən onun ailəsini hədələmişəm. Mənim haqda mətbuatda təhqiredici fikir bildirəndən sonra teatrda onun nömrəsini verdilər. Zəng etdim, həyat yoldaşı götürdü. Ona söylədim ki, Ramiz müəllim getsin öz ailəsi ilə məşğul olsun. Onları hədələməmişəm. Vəkili deyir ki, Ramiz Məlikin ailəsini təhqir etmişəm. Əgər belədirsə, səs yazısını çıxarın ortaya".

M.Əsədovanın vəkili Ceyhun Yusifov da çıxışında bildirib ki, R.Məlikdən 200 min manat təzminatın tutulmasını və mətbuatda təkzib verməsini istəyib.

R.Məlik isə çıxışında deyib ki, evdə olmayan zaman M.Əsədova zəng edib, ailəsini təhqir edib: "Hətta söyləyib ki, qız nəvəmi də oğurlatdıracaq".

M.Əsədova isə onun dedikləri ilə razı olmadığını, R.Məlikin yalan danışdığını qeyd edib: "Yalansa Allah sənin evini yıxsın".
R.Məlik bildirib ki, daha əvvəl M.Əsədovadan üzr istəyib: "Mənim onun haqda dediklərim yadımda deyil. Həmin zaman hirsli olmuşam. Sonra mətbuatda üzr də istədim. Buna görə hətta məni qınadılar da. Məleykə Əsədova evə zəng edəndən sonra həyat yoldaşımın halı pisləşdi. Həmin zaman da jurnalistlərdən biri zəng etdi. Nə dediyimi bilməmişəm".

R.Məlikin vəkili Türkel Süleymanlı çıxışında söyləyib ki, müvəkkili heç bir KİV-ə müsahibə verməyib. O, qarşı tərəfin iddiasının təmin edilməməsini istəyib.

Məhkəmə qarşılıqlı apellyasiya şikayətləri üzrə qərar elan edib.

Məhkəmənin qərarına əsasən M.Əsədovanın apellyasiya şikayəti qismən təmin edilib. Qərara görə, R.Məlik M.Əsədov barədə dedikləri ilə bağlı təkzib dərc etməli və ondan M.Əsədovanın xeyrinə 1000 manat tutulmalıdır.

Beləliklə, məhkəmə prosesi başa çatıb.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu