"Ona hörmətsizlik etsəm, atama hörmətsizlik etmiş olardım" — Aparıcıdan Ağadadaş Ağayevə CAVAB
Medeniyyet
Oxunub: 540
29 apr 2018 | 10:10
"Ona hörmətsizlik etsəm, atama hörmətsizlik etmiş olardım" — Aparıcıdan Ağadadaş Ağayevə CAVAB















Teleaparıcı Lamiyyə Ələkbərqızı xalq artisti Ağadadaş Ağayevin onun barəsində səsləndirdiyi ittihamlara cavab verib.
L.Ələkbərqızı "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, xalq artistinin dedikləri tamamilə əsassızdır:

"Əvvəla, həmin konserti mənim işlədiyim telekanal çəkməyib. İyirmi üç ildir televiziyadayam və bunun on bir ilini Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Həmçinin on bir il "Lider" telekanalında işləmişəm, direktor müavini vəzifəsini icra etmişəm. İndi isə İctimai Televiziyanın Musiqi-əyləncəli və Xüsusi Layihələr departamentinin direktoruyam. Ağadadaş müəllim dəfələrlə verilişlərimdə qonaq olub, aramızda illərdir çox xoş münasibət var. O, mənim atam yaşındadır. Sənətkar ailəsində böyüdüyümdən nəinki ona, heç bir sənətkara, heç bir insana hörmətsizlik etməyim mümkün deyil".

Teleaparıcı xalq artistinin onu "xallı qız" kimi təqdim etməsinə də münasibət bildirib:

"İnsanın arıq, yaxud xallı olması ayıb deyil. Ayıb olan yalan danışmaq, olmayan şeyi deməkdir. Əslində, Ağadadaş müəllimin dedikləri mənim ona olan münasibətimi dəyişmir. Sadəcə, dediklərini onun adına, tituluna, sənətinə yaraşdırmadım. Orada əsas problem konserti bağlamaqla bağlı idi. Ancaq əminliklə deyə bilərəm ki, konsert günü nə Ağadadaş müəllimi, nə də onun oğlunu görməmişəm. Sadəcə, konsert bitəndən sonra oğlu "Xəzər" televiziyasının departament rəhbəri Kənan Bayramova və prodüser Rizvana yaxınlaşıb ki, axı biz burdaydıq. Çünki Ağadadaş müəllim orada maşından aşağı düşməyib ki, kimsə onu görsün. Halbuki konsert ərzində prodüser dəfələrlə onunla əlaqə saxlayaraq, səhnəyə dəvət edib".
L.Ələkbərqızı bildirib ki, A.Ağayevin ona zəng vurmasından da xəbərsizdir:

"Konsert günü telefonlarım bağlı olub. Deyim ki, mənim dörd nömrəm var və onun hansı nömrəmi yığdığını da bilmirəm. Ümumiyyətlə, konsert günlərində telefonlarımı bağlayıram ki, işimə mane olmasın. Bir daha deyirəm ki, ona qarşı münasibətim çox yaxşıdır. Allah canını sağ eləsin. Sənətkardı, xalq artisitdi, atam yaşındadır. Amma mən ondan incidim. Bu şeyləri ona yaraşdırmadım. Ona hörmətsizlik etsəm, atama hörmətsizlik etmiş olardım. Tanıyanlar bilir ki, indiyədək kiməsə yalan danışmadım, kiminsə haqqında kiməsə yalan məlumat vermədim və bu, ola bilməz. Ağadadaş müəllim bilmədiyi şeyləri danışdı. Desin ki, onun barəsində kimə yalan məlumat vermişəm".

Qeyd edək ki, A.Ağayev Yeni Azərbaycan Partiyasının seçki kampaniyası çərçivəsində təşkil edilmiş konsertdə teleaparıcı Lamiyyə Ələkbərqızıyla problem yaşadığını bildirmişdi.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik