Bürclər – 28 aprel
Medeniyyet
Oxunub: 626
28 apr 2018 | 09:20
Bürclər – 28 aprel
















Qoç – günün ilk yarısı uğurludur. Yeni başladığınız işlərdə aktiv olun, mümkün qədər irəliləməyə çalışın. Qələbə və gəlir şanslarınız artacaq.

Enerjili olsanız, kiçik maneələrdən çəkinməsəniz, məqsədə çata bilərsiniz.

Günün ikinci yarısında əksliklərin vəhdətindən yararlanın. Ən ağır, müşkül işi asanlıqla həll etmək olar. Hisslərinizin etirafı üçün yaxşı zaman deyil.

Biliklərinizi artırın, təcrübənizi zənginləşdirin. Yarımçıq işləri başa vurmağa can atın.

Axşam saatlarında ifrat miqyaslı işlərə başlamayın.

Buğa – yaradıcılıq, innovasiyalar üçün faydalı zamandır. Maraqlarınızı təmin edəcək işlərlə məşğul olun. Problemlərin həllində yeni variantlardan istifadə edin. Kreativ olun, sınanmış metodları bütün dərdlərə çarə saymayın. Tərəfdaşlarla birlikdə yaxın gələcəyə hesablanmış perspektiv plan çərçivəsində hərəkət etsəniz, işləriniz daha yaxşı alınar.

Günün ikinci yarısında şərtlərə əməl edin. Ailə üzvlərinin istəklərini və tələblərini nəzərə alın. Daşınmaz əmlak, təmir, inşaatla bağlı işlərdə maliyyə imkanlarınızı dəqiq hesablayın.

Əkizlər – bilik və bacarıqların artırılması, təhsil səviyyəsinin yüksəldilməsi üçün əlverişli zamandır. Mühüm danışıqlar, önəmli görüşlər, ciddi məsələlərlə bağlı məsləhətləşmələr üçün günün ilk yarısı münasibdir.

Ciddi məsələlərlə bağlı diskussiyalarda emosiyalara qapılmayın.

Günün ikinci yarısında həllini tələb edən işlər arasında prioritet istiqamətləri seçin. Nüfuzlu insanlardan biri ilə təmaslardan yararlanın.

Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Xərçəng – çətin təsir bağışlayan problemlərin həllində qəfil irəliləyişlər ola bilər. Təşkilatlanmış fəaliyyət daha məntiqidir. Sistemli yanaşma və diqqətin mərkəzləşdirilməsi ilə bağlı konkret addımlar atın. İşlərinizi ciddi planlaşdırın.

Günün ikinci yarısında rəhbərliklə ciddi söhbət zamanıdır. Həmkarlarınızın maraqlarını nəzərə alın. Büdcənizi dəqiq plaşlandırın. Alış-verişdə bədxərclik etməyin. Uzunmüddətli maliyyələşdirmə məsələlərinin nəzərdən keçirilməsi üçün əlverişli zaman axşam saatlarıdır.

Şir – sizi maraqlandıran sahədə irəliləyişlə nail olmaq üçün ciddi səy göstərməyiniz gərəkdir. Strateq olun, məntiqli taktika qurun. Ani hisslərin əsiri olmayın, eyni zamanda “qlobal hədəf”lərə də aludə olmayın.

Genişmiqyaslı layihələrə başlamaq olar.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaratmayın. Arqumentlərdən istifadə edin, əməllərinizə nəzarəti əldən verməyin. Qarşılıqlı güzəştlərə zərurət duyulur.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Qız – başladığınız işdə diqqətli olun. Xəyallara dalaraq real imkanları əldən buraxmayın. Aktiv olun. Sizi nə isə maraqlandırarsa, əlavə və gərəkli məlumat əldə etməyə çalışın.

Günün ikinci yarısında texnoloji innovasiyalarla tanışlığa ifrat vaxt ayırmayın. Rəqibləri üstələməyə çalışın. Yeni rəğbət obyekti ola bilər.

Valideynlərinizin hörmətini saxlayın, azyaşlıları aşağılamayın. Hərdəmxəyal olmayın.

Axşam saatlarını evdən kənarda keçirmək olar.

Tərəzi – cari məsələləri həll etmək olar. Uzunmüddətli layihəni reallaşdırmaq üçün zəmin hazırlayın. Maraqlandığınız sahə və ya istiqamətdə məqsədə çatmaq üçün daha inamlı, qətiyyətli adımlar atın. Birgə işlərdə aktiv olun. Potensialınızdan yararlanın.

Günün ikinci yarısında ümumi maraq və ya məramınızın olduğu insanlarla tanış olacaqsınız. Daha təcrübəli insanın sözlərini qulaqardına vurmayın. Sayıq, huşyar olun.

Axşam saatlarında normal istirahət edin.

Əqrəb – maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin.

Köhnə dostlardan birinin məsləhətindən yararlanın.

Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun.

Oxatan – yetərincə uğurlu gündür. İrəliləmək istəyirsinizsə, qətiyyətli və əzmkar olun. Təcrübəniz və bilikləriniz bundan sonrakı nailiyyətlərinizin rəhni ola bilər. Əlavə məlumatlar, gərəkli informasiyanın axtarışı xüsusi aktuallıq kəsb edir.

Günün ikinci yarısında illüziyalara qapılmayın. Hadisələrə təsir rıçaqlarını gücləndirməyə davam edin. Real statusunuz peşəniz və yaşınızla bağlı nüansları nəzərə alın. Hansısa problemi həll etmək üçün təcrübənizin yetərli olmadığınızı hiss etsəniz, məsləhətlərə qulaq asın. Amma işin öhdəsindən özünüz gəlirsinizsə, başqalarının dediklərini aksiom hesab etməyin.

Oğlaq – yeknəsək işlər gözləyər. Əsas diqqəti yeni problemlərin həllinə yönəldin. Layihələriniz arasında ən çətin, effektiv və riskli olanı seçin, onunla məşğul olun. Münasibətləri təftiş etməyə başlamayın.

Günün ikinci yarısında əlavə xərclərə hazır olun. Maliyyə sərfiyyatı, fiziki və emosional cəhdlərin həcmi artacaq. Özünüzdən bədgüman olmayın.

Arxa cəbhəniz səbatlı, dayanıqlı olmalıdır. Təmkinli və soyuqqanlı olsanız, seçdiyiniz sahədə sizi uğur gözləyir.

Axşam saatlarında normal istirahət edin.

Dolça – yalnız özünüzü düşünməsəniz, uğurlu zamandır. Eyni vaxtda bir neçə sahədə tərəqqi ola bilər. Şəxsi münasibətlərdəki problemlərin həllində bir sıra alternativ variantları sınaqdan keçirin.

Günün ikinci yarısında yeni əməkdaşlığın və yaradıcı əlaqələrin yaxşı perspektivləri var.

Rəqabət təcrübənizi və imkanlarınızı artıra bilər. Hadisələrə təsir imkanlarına malik insanın yardımlarından, məsləhətlərindən yararlanın.

Balıqlar – fəaliyyət sahənizdə təkmilləşmək və irəliləmək üçün potensial var. Gündəlik qayğıların çözülməsinə yaradıcı yanaşsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Kreativlik və müstəqil təfəkkürlə bahəm, intizama meylli olun.

Günün ilk yarısında başladığınız işləri başa vurmağa çalışın.

Günün ikinci yarısında yeni işlərə başlamayın. Genişmiqyaslı fəaliyyət və ya layihə problemlər vəd edir. Həmkarlar, müştərilərlə təmaslarınız aktiv olacaq. Yazışmalarda passivlik etməyin.

Səhhətinizin qeydinə qalın.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik