Prezident Könül Xasıyevanın yuxusunu ÇİN ETDİ: "Röyamda gördüm ki..." - İLK TƏƏSSÜRAT
Medeniyyet
Oxunub: 542
5 apr 2018 | 10:30
Prezident Könül Xasıyevanın yuxusunu ÇİN ETDİ: "Röyamda gördüm ki..." - İLK TƏƏSSÜRAT















Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev Xalq artisti Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Könül Kazım qızı Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xalq artisti bu xoş xəbəri ilk dəfə Publika.az-ın əməkdaşından eşidib.

Sevincini gizlədə bilməyən sənətkar göz yaşlarını qərq olub. Xalq artisti bu xəbərin onun üçün gözlənilməz olduğunu bildirib:

“Sənətimə yüksək qiymət verdiyinə görə muğamsevər xalqımızın, özümün və ailəmin adından cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu, tək mənə yox, Azərbaycan musiqisinə və muğamına verilən dəyərdir.

İlk xəbər sizdən gəldi, həqiqətən çox həyəcanlıyam. Hər xanəndə onun yaradıcılığına dəyər verilməsini öz içində gözləyir, amma heç gözləmirdim. Axşam yuxuda kağız pul görmüşdüm, durub evdəkilərə danışdım. Dedilər ki, yuxuda dəmir pul görmək yaxşı deyil, kağız pul isə şad xəbər alacağına işarədir. Özüm də internetdən yuxu yozumlarına baxdım. Yazılmışdı ki, yuxuda kağız pul görmək yaxşı səs deməkdir. İlk müjdəni də sizdən aldım. İndi də telefonuma dayanmadan təbriklər gəlir”.

Xanəndə daha sonra səhhəti haqqında da məlumat verib:

“Mənim də, oğlum Kazımın da müalicələri davam edir. Şükürlər olsun ki, əlim, ayağım, nitqim və səsim açılıb. Pərvin həkim başda olmaqla Respublika Diaqnostik Müalicəvi Xəstəxanasının Fizioterapiya şöbəsinin bütün həkim kollektivinə öz təşəkkürümü bildirirəm. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya da öz təşəkkürümü bildirirəm ki, sənət adamlarından öz qayğısını və dəstəyini əsirgəmir. Bizi bu günə qədər dualarında yaşadan xalqımızın da qarşısında baş əyirəm”.

Qeyd edək ki, K.Xasıyeva uzun zamandır onurğa iflicindən əziyyət çəkir.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu