Cənab nazir, ermənilərin belə qədim abidəsi olsaydı, indi dünyanın gözünə soxurdu... - 500 yaşı olan qüllə dizini yerə qoyur...
Medeniyyet
Oxunub: 715
31 mar 2018 | 13:47
Cənab nazir, ermənilərin belə qədim abidəsi olsaydı, indi dünyanın gözünə soxurdu... - 500 yaşı olan qüllə dizini yerə qoyur...

















Qədim Azərbaycanın dilbər guşələrindən biri — əsrlərin səsini, nəsillərin nəfəsini yaşadan Oğuz rayonu açıq səma altında muzeyi xatırladır. Rayon ərazisində tarixin müxtəlif dövrlərinə aid 40-dan çox abidə var.

Bölgədə ilk arxeoloji qazıntı işləri 1915-ci ildə aparılıb. 1950-ci illərdə əslən Oğuzdan olan alim, respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlər aşkar edilib.

Rayonun möhtəşəm abidələrindən biri Muxas qülləsidir. Qüllə Muxas kəndinin şimal-qərbində yerləşir. Tarixi mənbələrdən məlumdur ki, qüllə 16-cı əsrin əvvəllərində inşa olunub. Kənd sakinlərinin sözlərinə görə, böyük tarixi əhəmiyyəti olan bu qaladan bir zamanlar insanlar simsiz xəbərləşmək üçün istifadə edirmişlər.

Sputnik Azərbaycan-a danışan kənd sakinləri deyirlər ki, keçmişdə kənddə hər hansı xeyir-şər hadisəsi baş verdikdə, hansısa problem olanda, eləcə də düşmən basqın edəndə, ata-babalar bu qüllənin təpəsində ocaq qalarmışlar. Həmin ocaq sayəsində də kənddə hansı hadisə baş verdiyini anlayar və tez zamanda tədbir görərmişlər.

Sakinlər danışırlar ki, əslində, bu qüllədən kəndin dörd bir tərəfində olub. Lakin zaman keçdikcə baxımsızlıq, eləcə də tariximizə biganəlik nəticəsində məhv olub. Sonuncu qalan bu qüllə də, demək olar ki, dağılmaq, məhv olmaq üzrədir. Bir neçə yerində böyük çatlar yaranmış Muxas qülləsi də tarixin qaranlığına qovuşmaq üzrədir.

Muxaslıların dediklərinə görə, dəfələrlə aidiyyatı qurumlara bildirilməsinə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə məktub yazılmasına baxmayaraq, hələ də bu tarixi abidə ilə maraqlanan yoxdur.

Hazırda qüllə yerləşən, eləcə də ətrafdakı üç kəndin yolları yenidən qurulur, bərpa olunur. Əsas məqsədin də bu kənddəki tarixi abidələrin turizm marşrutuna salınması göstərilir. Sakinlər isə bundan çox narahatdır.

"Yolların təmiri bitdikdən sonra bu kəndlərə turist axını olacaq, o zaman baxımsız vəziyyətdə olan Muxas qülləsini qonaqlara hansı üzlə göstərəcəyik? Onlara bu tarixi abidəni göstərib deyəcəyik ki, baxın, görün, tariximizə, keçmişimizə necə sahib çıxmışıq?" — sakinlər qeyd edirlər.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Oğuz rayon şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, problemdən agahdırlar, lakin bu məsələyə Şəki regional Mədəniyyət və Turizm İdarəsi münasibət bildirə bilər.

Qeyd edək ki, Oğuz rayonunda biganəlikdən məhv olmuş, unudulmuş, baxımsız bir çox tarixi abidəyə rast gəlmək mümkündür. Ancaq görünən odur ki, kimlərinsə yadına düşməsə və ya zorla xatırladılmasa, bölgədə bir dənə olsun tarixi abidə qalmayacaq.''

Cənab nazir, ermənilərin belə qədim abidəsi olsaydı, indi dünyanın gözünə soxurdu... - 500 yaşı olan qüllə dizini yerə qoyur...Cənab nazir, ermənilərin belə qədim abidəsi olsaydı, indi dünyanın gözünə soxurdu... - 500 yaşı olan qüllə dizini yerə qoyur...Cənab nazir, ermənilərin belə qədim abidəsi olsaydı, indi dünyanın gözünə soxurdu... - 500 yaşı olan qüllə dizini yerə qoyur...Cənab nazir, ermənilərin belə qədim abidəsi olsaydı, indi dünyanın gözünə soxurdu... - 500 yaşı olan qüllə dizini yerə qoyur...Cənab nazir, ermənilərin belə qədim abidəsi olsaydı, indi dünyanın gözünə soxurdu... - 500 yaşı olan qüllə dizini yerə qoyur...
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh