Əməkdar artist Nyu-Yorkun məşhur səhnəsində

Azərbaycanın tanınmış opera ifaçısı, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Moskva Böyük Teatrının solisti Elçin Əzizov Nyu-Yorkun “Metropoliten-opera” səhnəsində P.İ.Çaykovskinin “İolanta” operasının premyerasında iştirak edib.
Azerinfo.az Publika.az-a istinadən yaydığı məlumata görə, E.Əzizov dünyanın ən nüfuzlu səhnələrindən birində “İolanta” operasının əsas partiyalarından birini - mavritaniyalı həkim Ebn Hakianın partiyasını böyük müvəffəqiyyətlə ifa edib. Qeyd edək ki, premyerada Elçin Əzizovla yanaşı, dünyanın ən yaxşı opera ifaçılarından olan Anna Netrebko da çıxış edib.
Premyerada ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
Elçin Əzizov Bakıda anadan olub. Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2005-ci ildən başlayaraq, vokal ifaçılığı üzrə bir sıra görkəmli müğənnilərdən dərs alıb və təcrübə keçib.
2007-ci ildə Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzində Badri Maysuradzenin rəhbərliyi altında təcrübəçi və solist olub, Eskamilyo (J.Bize ”Karmen”) partiyası ilə operada debüt edib. 2008-ci ildən Böyük Teatrın opera truppasının solistidir. Opera partiyalarını ifa etmək üçün o, başqa şəhərlərə - Çili, Santyaqo, Varşava, Drezden, Vyana, Tallin, London, Roma opera teatrlarına dəvət alıb. Beynəlxalq müsabiqələr laureatıdır.
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Dünən, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Dünən, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Dünən, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Dünən, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dünən, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini