Aytac qısa ətək geyinib fotosessiya etdirdi: “Mən anayam”
Medeniyyet
Oxunub: 804
13 mar 2018 | 16:12
Aytac qısa ətək geyinib fotosessiya etdirdi: “Mən anayam”













ARB Ulduz-un "Şou-məkan” proqramının növbəti qonağı müğənni Aytac Vidadiqızı olub.

Fotosessiya üçün kamera önünə keçən ifaçı, heç vaxt geyinmədiyi paltarlarda cəsarətli şəkillər çəkdirdiyini söyləyib:

"Bu gün fotosessiyamdır. İnanıram ki, çox gözəl çəkimlər olacaq. Çünki bu gün gördüyünüz kimi fərqli obrazlardayam. Heç vaxt geyinmədiyim, biraz da cəsarətli paltarlara üz tutdum. Mən çox qısa geyinən olmadığım üçün bu, mənə görə cəsarətli sayılır. Ailə qurursansa, artıq ailənə hörmət etməlisən. Mən həm də anayam. Ana kimi də hər şeyə diqqət yetirməliyəm”.

Ailə qurduqdan sonra sənətilə risk etdiyini etiraf edən Aytac, işlərinin də buna görə yarımçıq qaldığını bildirib:

"Mən sənətimlə risk elədim. Düzdür, bir neçə işim, əməyim yarıda qaldı. Təəssüflənmədim də. Çünki qadın üçün ailə hər şeydən önəmlidir. Övladım oldu. O, mənim hər şeyimdir”.

Həmkarlarından fərqli olaraq, Türkiyədə çevrəsinin geniş olduğunu arxayın şəkildə söyləyən müğənni, orda daha çox uğur qazana biləcəyini dilə gətirib:

"Düzdür, hamı deyir ki, ora gedib gələn müğənnilər bir şey edə bilmir, sən də edə bilməyəcəksən. Əslində isə bu, belə deyil. Mənim yoldaşım Türkiyə vətəndaşıdır. Bu, mənim üçün daha asandır. Mənim çevrəm orda çoxdur, nəinki burda. Orda bir neçə sənətçiyə öz yazdığım, bəstələdiyim mahnıları verirəm. Satacağım mahnılarım da var”.

Aytac Azərbaycana gələn kimi Türkiyə vətəndaşı olan həyat yoldaşından ayrılması ilə bağlı xəbərlər yayılmağa başlayıb:

"Heç bir ayrılıq yoxdur. Bunu deyən sadəcə bizi istəməyən insanlardır. İçini qurd basan insanlar bu sözü deyə bilərlər. Çox şükür, heç bir problem yoxdur. Yoldaşım burda işlədiyinə görə, mənim də işlərim burda yaxşı getdiyinə görə, qərar verdik ki, Azərbaycana qayıdaq. Təbii ki, orda da işlərimiz gedir, burda da. Bu belə davam edəcək. Mən həm burda, həm də Türkiyədə olacam. Məni istəməyənlər toy sahiblərinə deyirlər ki, Aytac Türkiyədə yaşayır, burda yoxdur. Əziz tamaşaçılar, mən burda, Azərbaycanda yaşayıram. Türkiyəyə gedib gəlsəm də, burda yaşayıram”.

Aytac, həyat yoldaşın tərəfindən gedəcəyin yerlərlə və ya geyimlərinlə bağlı hansısa qadağalar varmı?

"Qadağalar deyəndə, bəzi yerlər var ki, həyat yoldaşım deyir ki, ora getmək olmaz. Təbii ki, mən də hörmətlə yanaşıram, deyirəm yaxşı. Bəzi geyimlər var ki, deyir bu, sənə yaraşmır. Bir-birimizin fikrinə hörmətlə yanaşırıq”.

Son olaraq isə Aytac yenicə işıq üzü görmüş mahnısının qısa zamanda populyarlaşmasını da diqqətə çatdırmaqla fikirlərini tamamladı:

"Bu yaxınlarda sözləri və musiqisi Arzu Abbasovaya aid yeni mahnım işıq üzü görüb. Uğurlu alındı. El şənliklərində də məndən tez-tez istəyirlər bu mahnını. Mahnının adı "mən dağlar qızı”dır”.
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO