Leyla Əliyeva Londonda Azərbaycan rəssamlarının sərgisində iştirak edib
Medeniyyet
Oxunub: 1 344
28 yan 2015 | 15:19
Leyla Əliyeva Londonda Azərbaycan rəssamlarının sərgisində iştirak edib



“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı keçirilib.

Azerinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan məlumata verilib. Festival çərçivəsində məşhur incəsənət qalereyası “Louise Blouin Foundation”da ölkəmizin müasir incəsənətinin istedadlı nümayəndələri Aidə Mahmudovanın və Faiq Əhmədin “Daxili tədqiqat” (Exploring Inward) adlı birgə sərgisi açılıb.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi bir sıra layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında məlumat verib.

Sərginin kuratoru müasir incəsənət mütəxəsisi, qalereyaçı Fərəh Piriyeva, Aidə Mahmudova və Faiq Əhmədin sənət və yaradıcılıqları barədə məlumat verib.

O, Azərbaycanın gənc istedadlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hər iki rəssamda incəsənəti daxildən kəşf etmək əzmi var. Onlarda axtarış marağı açıq şəkildə özünü biruzə verir və daha ötədə nə olduğunu öyrənmək üçün daim səyahətdədirlər.

Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aidə Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə rəsm edilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırlanan incəsənət qurğuları nümayiş etdirilir.
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi