"Polis haqqında dediklərimiz meyxana xatirinə deyilən sözlərdir" — MƏŞHUR MEYXANAÇIDAN MARAQLI AÇIQLAMALAR
Medeniyyet
Oxunub: 574
28 fev 2018 | 13:16
"Polis haqqında dediklərimiz meyxana xatirinə deyilən sözlərdir" — MƏŞHUR MEYXANAÇIDAN MARAQLI AÇIQLAMALAR













Şəxsi qənaətimə görə Azərbaycanın 2-3 ən intellektual meyxanaçısından biridir. Filmlərimizi isə şübhəsiz ki, ondan daha yaxşı bilən meyxanaçı yoxdur. Amma bütün bu özəlliklərinə rəğmən, insanlar hələ də onun nə dövlət televiziyasının təşkil etdiyi intellektual yarışmanın dörd dəfə qalibi olmasından, nə KVN üzvlüyündən nə də digər tərəflərindən xəbərdar deyillər.
Beləliklə, tanınmış meyxanaçı Rüfət Nasosnu "Ölkə.Az"-ın suallarını cavablandırır.

- Rüfət bəy, sizi meyxanaçı kimi tanıyırıq. Bəs siz özünüzü oxuculara necə tanıdardınız?

- Ali təhsilliyəm - 2000-ci ildə Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Meyxanaya həvəsim Bayram Kürdəxanılıdan yaranıb. Onu dinləyə-dinləyə həvəs yaranıb. Sonra Kərim, Namiq Məna, Ağamirzə, rəhmətlik Ağasəlim, Nizami Rəmzini özümə ustad bilə-bilə meyxanaya gəlmişəm.

- Sizcə qulaq asmaqla meyxana öyrənmək olar ki?

- Bəli.

- Bəs istedad?

- İstedad seçilmək üçün lazımdır. Ancaq hamı meyxana deyə bilər. Bunun üçün öz üzərində çalışmaq lazımdır. Gizli deyil ki, hər kəsin içində bir şair var. Uşaq vaxtı, gənclik, yeniyetməlik illərində hamımız bir-iki bənd şeir yazmışıq. Seçilmək, tanınmaq üçün istedad mütləqdir. İstedadı olmayan müxtəlif yollarla, yaxud bəxtin sayəsində tanına bilər. Lakin istedad olmadan məşhurluğu saxlamaq mümkün deyil.

- Bəs sizi nə tanıtdı?

- Mən universitetdə oxuyanda LUMU (Lənkəran Universitetinin Məzəli Uşaqları) adlanan Şən və Hazırcavablar Klubunun üzvü idim. Rejissor Natiq Axund bizim kapitanımız idi.

- O zaman meyxana deyirdiniz?

- Xeyr, həvəskar prizmadan yanaşırdım.

- Bəs peşəkar meyxanaya neçə yaşınızda gəlmisiniz?

- İyirmi dörd yaşımdan peşəkar meyxana deyirəm.

- Məncə meyxana üçün iyirmi dörd yaş xeyli gecdir. Məsələn, biz Rəşad Dağlını, Vüqar Biləcərini 15-16 yaşlarından tanıyırıq.

- Bəli, tamamilə doğrudur. Meyxanaya başlamaq üçün maksimum yaş iyirmi olmalıdır.

- Sizin nəyin sayəsində tanındığınızı soruşdum...

- Bəlkə də komediya janrına yaxın olmağım tanıtdı.

- Xüsusən də filmlərimizdən sitatlarınız yetərincə maraqlı alınır. Belə təsəvvür yaranır ki, baxmadığınız Azərbaycan filmi yoxdur.

- Azərbaycan filmini sevməyən azərbaycanlı mənə çatmır. O filmlərdə həyat var, Azərbaycanın özü, keçmişi, gələcəyi, bu günü var. Doqquzuncu sinifdə oxuyanda AZTV-də "Tap tapmaca" adlı intellektual yarış var idi. Həmin verilişin dörd dəfə qalibi olmuşam. Bir neçə dəfə "Tələbə dünyası" verilişində qonaq olmuşuq.
- Azərbaycan filmlərindəki hansı obraz sizə daha yaxındır?

- Filmlərimizi sevirəm və çox istərdim ki, filmə də çəkilim, özümü sınayım. Tələbəlik illərində Süleyman Sani Axundovun "Tamahkar" əsəri əsasında hazırlanmış tamaşada oynamışam. Lənkəran Xalq Teatrında da aktyor kimi işlərim olub.

- Meyxanaçılar kriminal aləmə xeyli ithaflar edirlər. Bu, tələbatdan irəli gəlir, yoxsa meyxanaçıların öz istəkləridir?

- İstənilən insanın içində kiməsə bənzəmək istəyi olur. Adam var ki, idealı Yuri Qaqarindi, başqa birinin idealı Babək, bir başqasının kumiri kriminal avtoritetdi.

- Bəs sizin idealınız?

- Mənim idealım Şah İsmayıl Xətaidir, Həzrəti Əlidir. Dediyimiz meyxanalar tələbatdan irəli gəlir. Məclisə gedirik, ev sahibinin istəyini analiz edib, meyxana şəklində qonaqlara çatdırırıq.

- Meyxanaçıların ən çox gileyləndiyi şəxslərdən biri də sahə müvəkkilləri, sizin təbirinizcə desək, "uçastkovı"dır. Polislərlə doğrudanmı yola getmirsiniz?

- Əksinə, çox yaxşı yola gedirik. O meyxanaya xatir deyilən sözdür. Bizim polisdən kifayət qədər dostlarımız var. Azərbaycanı qoruyan polislər və əsgərlərimizdir.

- Bildiyimə görə meyxanada da müxtəlif çevrələr və qruplaşmalar var. Toy videolarına da baxanda bunu hiss etmək olur. Bu qruplaşmalar necə yaranır?

- Xalq özü seçir. Məsələn, camaat deyir ki, Rüfətlə filan meyxanaçını çağırıram.

- Kimlə meyxananız daha yaxşı alınır?

- Fərq etmir, hamıyla deyirəm. Çünki vaxt olub ki, özüm də zəif demişəm.

- Düşünürsünüz ki, indi çox güclü deyirsiniz?

- Ona xalq qiymət verir.

- Mən də xalqın nümayəndəsiyəm.

- Sizcə necə deyirəm?

- Güclü film baqajı və yumor hissi olan meyxanaçı kimi tanıyıram.

- Necə bilirsinizsə, elədir.
"Polis haqqında dediklərimiz meyxana xatirinə deyilən sözlərdir" — MƏŞHUR MEYXANAÇIDAN MARAQLI AÇIQLAMALAR
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib