"Dedi ki, səni videoya çəkərəm" — Aktrisa qonşu kişiylə davasının TƏFƏRRÜATINI AÇIQLADI
Medeniyyet
Oxunub: 752
27 dek 2017 | 13:43
"Dedi ki, səni videoya çəkərəm" — Aktrisa qonşu kişiylə davasının TƏFƏRRÜATINI AÇIQLADI














"Dünən axşam saat altı radələrində qızımla toya getməyə hazırlaşırdım. Qapı döyüldü, Rafiq adlı qonşu çox sərt şəkildə dedi ki, düş, maşını götür, mənim yerimdə saxlamısan. Bildirdim ki, toya gedirəm, indi düşürəm. Mən aşağı düşən kimi maşına cumdu. Uşaq oturan tərəfdən qapını açıb məni təhqir etməyə başladı".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında ötən gün qonşusuyla bağlı Xətai RPİ-nin 36-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edən aparıcı-aktrisa Könül Yusifqızı hadisənin təfərrüatını danışarkən səsləndirib. O, bildirib ki, maşın saxlamaq üstündə yaranan mübahisə davaya çevrilib və 40-45 yaşlarında olan Rafiq adlı qonşusu onu vurub:

"Deyir, bilirsən sənin başına nə oyun açaram? Bütün bunları səkkiz yaşlı qızımın yanında deyir. Aşağı düşüb dedim ki, yekə kişisən, bu nə danışıqdır? Axı harda yazılıb ki, bura sənin yerindir. Bildirdi ki, səni videoya çəkərəm. Mən indiyə qədər elə küçə söyüşləri eşitməmişəm. Qonşular araya girdilər. Amma buna qədər o məni vurdu və gödəkçəmi cırdı. Əlimdə məhkəmə tibbi ekspertizasından kağızım var. Kəllə beyin travması almışam. Gecə də üstümə təcili tibbi yardım gəldi. Uşaq da çox pis qorxub".

K.Yusifqızı qeyd edib ki, sözügedən şəxs də onun barəsində polisə ərizəylə müraciət edib:
"Şəxsi tanışlığım olmayan adamdır. Bilirəm ki, üst mərtəbədə yaşayır və tez-tez evdə davaları olur. Ancaq harda işlədiyini bilmirəm. Xətai RPİ-nin 36-cı polis bölməsində ərizə yazmışam. Amma bildiyimə görə, həmin şəxs saxlanılmayıb. Deyəsən o da ərizə yazıb. Mən polis bölməsindəydim, o qapıdan içəri girəndə yüksək vəzifəli şəxsin adını çəkdi. Polislərə dedi ki, filankəsdən sizə salamlar var. Mən indi onun vəzifəsini araşdırıram. Mənim atam, ərim yoxdur. Ancaq bu o demək deyil ki, kimsə belə etməlidir? Bütün mediadan xahiş edirəm ki, bu məsələni ictimailəşdirsinlər. Çünki o efirdə olanların hamısın ıtəhqir edirdi. Deyirdi ki, efirə çıxırsız, filansız, evə gec gəlirsən. Başım çıxmır, bu adam gecə məni güdür?"

Qeyd edək ki, faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı