Leyla Əliyeva şeirlərini səsləndirdi — FOTOLAR
Medeniyyet
Oxunub: 631
16 dek 2017 | 12:01
Leyla Əliyeva şeirlərini səsləndirdi — FOTOLAR













Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə dekabrın 15-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü” keçirilib.
"Ölkə.Az" "Report"- a istinadən xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ədəbiyyat və mədəniyyət xadimləri, gənc şairlər, həmçinin Qarabağ müharibəsinin Qəbələdən olan veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Poeziya günü”nün açılışında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şair və yazıçılara diqqət və qayğısından, həmçinin hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq Şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Gənc şairlər Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova və Şahanə Müşfiq müharibə, həmçinin Azərbaycan və Bakı haqqında şeirlərini səsləndiriblər. Şairlərin çıxışları Azərbaycan bəstəkarlarının musiqilərinin sədaları və videogörüntülərlə müşayiət olunub.

“Poeziya günü”nün ideya müəllifi Aynur Nurlu, quruluşçu rejissoru Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının bədii rəhbəri Rövnəq Həsənzadədir.
Sonra Leyla Əliyeva özünün “Zəhranın xatirəsinə” və “Bakı” adlı şerlərini oxuyub.

Mərasimdə həm də tədbirin aparıcılığı həvalə olunmuş Nigar Həsənzadənin rəhbərliyi ilə “Söz” ədəbi layihəsinin iştirakçıları - Əsgər Novruzov, Leyla Qurbanova, Səbinə Vəlibəyova, Zaur Rəxşan və Firdovsi Rəsul müəllifi olduqları şerləri səsləndiriblər.

Proqram çərçivəsində xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Fərqanə Alimqızı və Sevda Ələkbərzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, pianoçu Naibə Şahməmmədova və Qəbələ Uşaq Xoru zövq oxşayan mahnılar və musiqi ifa ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi və tövsiyəsi ilə yeni çapdan çıxmış “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” təqdim olunub. Leyla xanım Əliyevanın, o cümlədən 47 gənc şairin, ümumilikdə, 61 şerinin yer aldığı kitab iştirakçılara və qonaqlara paylanılıb.

Sonda Leyla Əliyeva tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”