Pərvin Abıyeva və Donald Tramp: Özüm də çaş-baş qaldım
Medeniyyet
Oxunub: 14 709
27 noy 2017 | 01:01
Pərvin Abıyeva və Donald Tramp: Özüm də çaş-baş qaldım













Milli.Az Sputnik Azərbaycan-a istinadən Fuad Həsənovun yazısını təqdim edir

Srağagün axşam ABŞ prezidenti Donald Tramp Ərdoğana zəng vurub dedi ki, Suriyanın şimalındakı YPG terrorçularına daha silah verməyəcəklər. Elə bu haqda maraqlı bir material hazırlamaq üçün xəbər saytlarına girib ətraflı məlumat toplamağa çalışırdım. Birdən kompüterin monitorunun düz ortasına yarı-çılpaq, sinəsi, kürəyi açıq qız şəkli çıxdı. İstər-istəməz fikrim dağıldı. Nə material, nə Tramp, nə Ərdoğan?! Hamısı yaddan çıxdı.

Amma heç də o qıza görə yox, şəklin altındakı türkcə yazıya görə. "Azeri erkekler biraz kaba, biraz eski kafalılar. Türk erkekleri gibi romantik değiller" yazılmışdı. Qeyri-ixtiyari ağzımdan söyüş çıxdı. Televiziya və şou-biznes xəbərlərini izləmədiyim üçün şəkildəki xanımın kim olduğunu, bu sözü kimin dediyini də həmin anda kəsdirə bilmədim. Fikirləşdim ki, yəqin Türkiyədə yaşayan hansısa erməni əsilli müğənni, ya da aktrisadır. Klik edib xəbərə daxil oldum və çaş-baş qaldım. Bir dəqiqə əvvələ qədər Tramp haqda yazacaqdım, amma Pərvin Abıyeva adlı azərbaycanlı aktrisa məni məcbur elədi ki, işlətdiyi ifadələrə görə onun haqda bir neçə kəlmə yazım.

Deməli, bizim bu gözəl-göyçək qızımız bir filmə çəkilib. Azərbaycan və Türkiyənin birgə istehsalı olan komedik bir filmə. Adı da "Yanlış Anlama"-dır. Filmi izləməmişəm, amma fragmenti çox xoşuma gəldi. Əminəm ki, filmə tam baxanlar da bəyənib. Çünki təkcə fraqmentini izləyəndə çox güldüm.

İndi keçək əsas məsələyə. Türkiyənin ən məşhur və ən çox oxunan qəzetlərindən biri olan "Hürriyet", ulduzu yeni-yeni parlayan Pərvin xanımdan müsahibə alıb. Görünür, aktrisa o qədər həyəcanlı olub ki, özünü-sözünü əməlli-başlı itirib. Məsələn, Hürriyet-in İsmail Bayrak adlı müxbiri Pərvin qızımızdan soruşur:

- Özəl həyatınızda biri varmı?

- Var, amma yox kimi bir şeydir. Əgər İstanbula köçüb burada işləməyə başlasam, Azərbaycanla bağlı hər şeyi unudacam. Burada mənim üçün yeni həyat başlayacaq. Bərabər olduğum oğlan istəsə həyatımda qalar, istəməsə də özü bilər. Kiməsə görə həyatımı dəyişə bilmərəm...

Düşünürəm ki, Pərvin bu sualdan "peşəkarlıqla" sıyrıla bilib. Verdiyi cavaba baxın. "Var, amma yox kimi bir şeydir". Yəni, "öz ölkəmdə başımı daşa döyüb, nəfsimə uyub, ehtirasımı cilovlaya bilməyib kobud bir azərbaycanlı ilə tanış olmuşam, indi isə canımı qurtarmaq istəyirəm. Gəlin məni bu adamdan xilas edin, ey romantik türk kişiləri" - demək istəyir. Bu, onun bir ayıbı.

İndi keçək ikinci və üçüncü ayıblara. İsmail Bayrak soruşur:

- Türkiyədən sizə yeni təkliflər var?

- Rafet El Romanla birlikdə klipə çəkilə bilərəm. Rafet bəy serial çəkməyə hazırlaşır və məni də dəvət edir. Azərbaycandan çıxmaq, tamamilə Türkiyəyə yerləşmək istəyirəm.

- Rafet bəy sizə heyran olmuş ola bilər?

- Ola bilər. O, çox romantik insandır. Bizim azərbaycanlılar kimi kobud, köhnə fikirli deyil. Ümumiyyətlə, azəri kişiləri türk kişiləri kimi romantik deyil.

- Rafet El Romanla aranızda sevgi əlaqəsi olduğu barədə dedi-qodular var...

- Tez bir zamanda işlə bağlı bizi biryerdə görə bilərsiniz. Amma hələlik aramızda eşq yoxdur.

Qısa dialoqdan bunu anladım ki, qız evində toydur, oğlan evinin xəbəri yox. Pərvin Abıyeva açıq-aşkar Rafet El Romana "gəl al apar məni" deyir. Qız daha nə desin? Baxmayaraq ki, o hələ azərbaycanlı ilə sevgilidir. Həqiqətən ayıbdır.

Pərvinin üçüncü ayıbı isə ölçüyə-mizana gəlməz. O, bütün azərbaycanlı kişiləri eyni kateqoriyada təsnifləşdirib. Lakin hamıya "kobud", "geridə qalmış" demək, gərək ki, tərbiyəsizliyin ən böyüyü sayılsın.

İndi Pərvini qoydum bir kənara. Dialoqun ən dəhşətli yerini yazım sizə, diqqətlə oxuyun!

Jurnalist ondan soruşur:

- Sizi necə kəşf etdilər? O barədə danışın.

- 20 yaşım olardı. Bir rəfiqəm vardı. Dövlət Teatrında aktrisaydı. Günlərin birində onu görməyə getdim. Dəhlizdə qarşıma bir nəfər çıxdı. Uzun-uzadı mənə baxıb dedi: "Bax budur mənim axtardığım, sən mənə lazımsan! Yerimdə donub qaldım. Nə demək istədiyini anlamamışdım. Sən demə, rejissor imiş. Beləcə, karyerama oradan başladım.

Təsəvvür edin, rejissor dəhlizdə gözəl bir qız görür. Kim bilir, bəlkə də vurulur. "Sən mənə lazımsan" deyib, onu aktrisa edir.

Sonra da deyirik ki, niyə bizdə Hollivud ulduzları sayaq aktyorlar yetişmir, niyə bizim filmlərimiz "Kann" festivalına gedib çıxa bilmirik. Necə yetişsin, necə çıxsın, axı?! Belə rejissorlarla?
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib