Aparıcı Zaur qızının FOTOSUNU YAYDI: "Onsuz da bir gün yollarımız ayrılacaq..."
Medeniyyet
Oxunub: 783
31 avq 2017 | 11:10
Aparıcı Zaur qızının FOTOSUNU YAYDI: "Onsuz da bir gün yollarımız ayrılacaq..."













ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev qızı Dilavərdən danışıb.

BiG.AZ-ın məlumatına görə, aparıcı bildirib ki, qızına görə əlindən gəldiyi qədər çalışıb və bundan sonra da çalışmağa davam edəcək. O, bundan sonrakı həyatını, gələcəyini isə qızının öz öhdəsinə buraxıb. Zaurun qızı ilə bağlı təsirli sözlərini təqdim edirik:

"Onsuz da nə vaxtsa, haradasa yollarımız ayrılacaq. Əlimi buraxıb öz yoluna, öz dünyana, öz həyatına, öz arzu və xəyallarına tərəf qaçacaqsan. Geriyə dönmədən get, qızım. Arxada sənin üçün döyünən, yaşayan, sevinən, kədələnən, min bir əziyyətini çəkən ata-anan olsa da dönmədən yalnız irəli get. Mənsiz onsuz da səni irəli göndərmək üçün həmişə arxada qalacağam. Əlindən tutub gedəndə ürəyimdə qəribə hiss keçirdim. Geyindiyin libas mənə bir gəlinliyi xatırlatdı. Mənim balaca şaftalım, əynindəki paltar yırtıla, çirklənə, sökülə və köhnələ bilər, amma çalış vicdanın heç zaman çirklənməsin. 4 yaşlı quzum, vicdan bilirsənmi nədir? vicdan zəhmət çəkən insanların haqqını itirməməkdir.

Çalış, heç kimin haqqını itirmə, balaca şaftalım. Ata-anana borclu kimi yaşama. Biz istədik ki, sən doğulasan. Bis istədik ki, həyatımızı sənin kimi balaca tüklü bir şaftalı bəzəsin. Odur ki, böyüyəndə Allahından başqa özünü kimsəyə borclu bilmə. Çünki yalnız o səni təmənnasız sevib və bu dünyaya göndərib. Səni sevirəm, qızım.

Həyatımda ən böyük dəyərin nə olduğunu bilmirəm və bəlkə də heç vaxt bilməyəcəyəm, çünki zamana görə maraqlarım və dəyərlərimin çəkisi, qiyməti dəyişib. İndiki anımda ən böyük dəyərim sənsən. unu yəqin bilirəm. Böyüdüyün zaman harda, kimlə olsan ən birinci səni yaradanı və sonra səni sev. Özünü sevməsən sənə kimsə dəyər verməyəcək.

Həyatında zəhməti keçən insanlar olacaq, çalış, onları unutma. Sənin üçün bu gün əlimdə olan bütün imkanlardan istifadə edib şərait yaradıram. Sabah bu imkanların daha artıq, və ya heç olmaya bilər. İstədiyin an onları əldə edə bilərsən, ona görə də onları itirməkdən qorxma. Yalnız bir şeyi qazana bilməzsən: itirilmiş vicdan. Bax, onu heç vaxt itirmə.

Mən sənə əxlaq dərsi keçməyəcəm. Beyin, ruh, istək, maraq sənindir. Sən mənə və çevrənə görə yaxşı görünməyə çalışma. İçindən necə rahatdırsa elə yaşa. Mən sənə nə qədər yol cızsam da, yenə də öz yolunla gedəcəksən. Lap elə bu şəkildəki kimi. Odur ki, yolun hər zaman açıq olsun, mənim balaca tüklü şaftalım".

Ruhi Muradova
Aparıcı Zaur qızının FOTOSUNU YAYDI: "Onsuz da bir gün yollarımız ayrılacaq..."
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib