"Heç nəyim yox idi, yataqxanada yaşayırdıq" - Ədalət Şükürov
Medeniyyet
Oxunub: 775
26 may 2017 | 12:48
"Heç nəyim yox idi, yataqxanada yaşayırdıq" - Ədalət Şükürov

















“Biz evlənəndə həyat yoldaşım sadə Ədalətə ərə gəldi. Bir otaqlı evim vardı. Həyat yoldaşım uzun illər bankda işləyirdi, ali savadlı xanım idi. Sonra Sank-Peterburqa köçdük, məni rejissor işləməyə göndərmişdilər, yataqxanada yaşayırdıq”.

Ailem.az-ın məlumatına görə, Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən “Xanımlar və cənablar” proqramında əməkdar artist Ədalət Şükürov deyib.

Ailə qurmağından danışan müğənni çətin günlər keçirdiklərini etiraf edib. Lakin o, həyat yoldaşının hər zaman ona dəstək olduğunu deyib:

“Biz evlənəndə mənim heç nəyim yox idi. Heç həyat yoldaşım bilmirdi ki, mən müğənni olub populyarlaşacam. Sadəcə bir məsələ var, əgər görürsənsə, həyat yoldaşın çayı soyuq içə bilmir, vermə, nəsə xoşuma gəlmir, bunu etmə. Həyat yoldaşım məni
qısqanırsa, mən də ona heç vaxt qısqanmağa səbəb vermərəm. Deyəndə ki, qızı varlı oğlana ver, bu, mənə çatmır. Müdrik xanım odur ki, susur, başa düşür və ailəsi üçün hər şey edir. Olar ki, kişi ömür boyu işləyir, pul qazanıb evə gətirir, arvad biş-düş edib övladlarını böyüdür. Ya da kişi evdə oturur, xanım gedib pul qazanır. Biz müğənnilərin bir çoxunun arvadı işləyir. Hər kişinin işi ola bilməz. Əgər sənin xanımın işləyirsə, ona dəstək olmalısan, çantasını daşımalısan, maşını sürməlisən. Bu, ailəni bərkidir və büdcə evdə qalır”.

Ə. Şükürov sənət adamlarının boşanmalarından da bəhs edib. Bir çox ailədə ayrılmaların olduğunu xatırladan müğənni bildirib ki, sadəcə olaraq müğənnilər göz önündə olduğu üçün onların həyatı hər kəsə maraqlıdır:

“Bir çox sənət dostlarımın yaxşı ailəsi var. Bu, normaldır. Sadəcə digər insanlardan fərqimiz ondadır ki, bizi tez-tez efirdə göstərirlər və biz maraqlıyıq. Həkimlər, müəllimlər və başqa sənət sahibləri bizim qədər efirə çıxmır. Hər bir insan xoşbəxt olmaq istəyir. Hər kəs istəyir ki, bir dəfə evlənsin və bir ailəsi olsun. Qadın və kişi fərqlidir - həm fizioloji baxımdan, həm də düşüncə və fikirlərdə. Bəziləri deyir ki, həyat yoldaşımla bir-birimizi çox yaxşı başa düşürük, mən buna inanmıram. Ailədə gərək bir-birinə hörmət edəsən”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu