Xalq artistinin ölümünün ürəkləri dağlayan - Təfərrüatları
Medeniyyet
Oxunub: 985
21 may 2017 | 10:40
Xalq artistinin ölümünün ürəkləri dağlayan - Təfərrüatları

















ARB TV-nin "Yolun sonu" verilişi bu dəfə xalq artisti, xanəndə Ağaxan Abdullayevə həsr olunub.

Proqramda mərhumun oğulları ilə yanaşı, dostları da onun haqqında danışıblar.

Xoşbəxt Abdullayev - oğlu: "Ağaxan müəllim mənim üçün atadan əlavə yaxın dost idi, böyük qardaş idi. Hər bir insan bunların hamısı cəmləyə bilmir ki, övladı ilə həm dost ola bilsin, həm qardaş, həm də oğul onun yanında oğuluğunu hiss eləsin. Deyirdi ki, sən böyüksən, bu gün sən özünü necə aparsan, qardaşların da sənə baxıb, özünü o cür aparacaq. Onun elə bir ifası yoxdu ki, onu dinləyəndə kövrəlməyim. O, hər bir ifasına elə yanaşırdı ki, bir növ imtahan idi. Qardaşlarımın 2-si sənətdədir. Biri tar, biri də kamança ifaçısıdır. Səhhətində problem 2010-cu ildən başlandı. Bizə məsləhət gördülər ki, Türkiyəyə aparın. Orada üzə çıxdı xəstəliyi, 6 il davam etdi. 2010-2011-ci illərdə müalicə çox gözəl getdi. Xəstəlik demək olar ki götürüldü. Heydər Əliyev Fondunun köməkliyi ilə atam Türkiyədə müalicə aldı, daha sonra Almaniyada. Almaniyadan xəbər gəldi ki, aam xəstəliyə qalib gəlib və heç bir şey yoxdu. Amma görünür Allahın yazısıdır".

Minxan Abdullayev - oğlu: "Hara gedirdisə mən aparırdım. 1993-cü ildən sonra özü bizə dost kimi yaxınlaşdı, anam rəhmətə gedəndən sonra. Bizlə dostluq edirdi, məsləhət edirdi. Ata kimi, ata itirmişəm, amma xalqımız sənətkar itirib. Mənim içimdə çəkdiyimi xalq bilməz. Həyatda həmişə bizə düz yol göstərib. Seçimdə də deyib ki, özünüz seçin, amma düz yol seçin. Anamın ölümündən 2 il keçdi. Qərara gəldik ki, ya Xoşbəxt evlənməliydi, ya da mən. İkimiz də cavan idik. Oturub məsləhətləşdik ki, atamızı evləndirək. Özümüz məsləhətləşdik, qıraq da deyildi, qonşudan aldıq. Dedi ki, sənətkar adamam, camaat falan. Dedik ki, nə qədər o fikirlə yaşayacağıq? Bir az da öz fikrimizlə yaşayaq. Vəsiyyəti, bütün oğlanlarını yığıb dedi ki, sizi bu günədək necə saxlamışam, elə də qalacaqsınız".

Orxan Abdullayev - oğlu: "Atam məndən 45 yaş böyük olub. Buna baxmayaraq biz atamızla həm dost, həm də ata-oğul olmuşuq. Özündə bir məsuliyyət hiss edirsən ki, atan Ağaxan Abdullayevdir. Onun adına uyğun hərəkət eləməlisən ki, sabah deyəcəklər ki, Ağaxan müəllimin oğludur. Mən və Hikməti ancaq sənətkar kimi görmək istəyirdi. Atam məsləhət gördü ki, musiqi ilə məşğul ol. Məni də kamançaya qoydular. Səhhətində problem yaranan vaxtı 14 yaşım var idi. Musiqi məktəbində oxuyurdum. Qardaşımın da 12 yaşı var idi".

Hikmət Abdullayev - oğlu: "Evin son beşiyi digərlərdən fərqlənir. Amma biz də elə bir fərq qoymurdu atam. Digər qardaşlarımla münasibəti necə idisə, mənlə də elə idi. Atamın bizə bir söz deməyə ehtiyacı yox idi. Bir baxışı ilə bilirdik ki, nə demək istəyir. Xəstəliyi haqqında məlumatımız var idi. Amma inanmaq istəmirdik. Təsəlli tapmaq çox çətindir. Atamın "Ey təbibim, daha yox dərdə dəva, neyniyim?" ifasına qulaq asdıqca, anlar gəlib gözümün qabağından keçir".

Vüqar Əhməd - şair: "Hansı ki, evdə Əliağa Vahid doğulub, həmin evi satıblar Ağaxan müəllimgilin valideynlərinə. Həmin evdə də Ağaxan müəllim doğulub. 1987-ci ildə Azərbaycan radiosunda işə düzələndə, bizim dostluğumuz daha da möhkəmləndi. Mən Ağaxan müəllim haqqında oçerk yazdım, şeir həsr elədim. Ağaxan müəllimin ifası təmiz Azərbaycan nəfəsləridir, amma dərvişanəlik var. Onunla getdim vidalaşmağa. Dedi ki, Vüqar, "Uzaq sahillərdə" filmində, Mixaylo sonda deyir ki, bu da axırı. İndi Vüqar bu da axırı, gedirəm. Oğlunun toyunda da Arif Babayevin əlindən öpdü, məni də öpüb, uşaq kimi əl edib sağollaşdı. Biz anladıq, Təyyar Bayramovla çıxdıq. Xoşbəxt olsun, amma Orxanın toyu ən kədərli toy olub".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu