Elza Seyidcahan Oqtay Əliyevi özündən çıxardı: " Sən avtoritetsən?.."
Medeniyyet
Oxunub: 706
18 mar 2017 | 22:11
Elza Seyidcahan Oqtay Əliyevi özündən çıxardı: " Sən avtoritetsən?.."













"SOY" prodakşnın rəhbəri Oqtay Əliyev Əməkdar artist Elza Seyidcahanın onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

O.Əliyevin dediyinə görə, Elza Seyidcahanın "SOY" prodakşn haqqında dediyi fikirlərdoğru deyil: "Elza Seyidcahan mətbuata müsahibəsində iddia edir ki, guya müğənni Röya Ayxanı müdafiə etdiyi üçün biz də onun "SOY" prodakşnın verilişlərinə gəlməsinə qadağa qoymuşuq. Bu, tamamilə yalan fikirlərdir. Mən bu məsələ ilə bağlı Elza Seyidcahana zəng edib, narazaılığımı bildirdim. O isə mənə dedi ki, fikirləri təhrif olunub və elə demək istəməyib. Daha sonra Elza Seyidcahan hazırda Qazaxda çəkilişdə olduğunu və Bakıya gələndən sonra yayılan məlumatları aydınlaşdıracağını bildirdi. Amma mən Elza Seyidcahana dedim ki, bizim aramızda olan məsələyə Röya Ayxanın heç bir aidiyyəti olmayıb".

O.Əliyev Elza Seyidcahanın bəhs etdiyi həmin hadisənin əslində başqa səbəbdən baş verdiyini söyləyib: "Təqribən 12-15 il öncə Elza Seyidcahan tədbir təşkil etmişdi. Həmin tədbirə bizim müxbirlər də getmişdi. Ancaq həmin vaxtı Elza Seyidcahan müxbirlərimizin verdiyi suallara çox aqressiv və aşağılayıcı cavab vermişdi. Bundan dərhal sonra mən jurnalistlərə bildirmişəm ki, daha Elza Seyidcahandan müsahibə almayın, onunla heç işimiz olmayacaq və sairə. Bu hadisədən bir neçə il sonra Elza Seyidcahan mənimlə əlaqə yaratdı və verilişlərə çağırılmamasına görə narazılığını bildirdi. Mən də ona olanları izah etmişəm. Demişəm ki, Elza Seyidcahan sən filan vaxtı jurnalistlərimizə hörmətsizlik etmisən, buna görə də səninlə əlaqələri kəsmişik. Sonra Elza Seyidcahan mənə dedi ki, arada anlaşılmazlıq olub və sairə. Ona görə də bu məsələni bağladıq. İllər sonra Elza Seyidcahan yenidən nə üçün bu məsələni bizim adımızla gündəmə gətirir? Axı bu məsələyə Röya Ayxanın nə bağlılığı var? Burada söhbət nə Röya Ayxandan, nə Natavan Həbibidən, nə Lalə Məmmədovadan, nə də digərlərindən gedir. Elza Seyidcahanın deməyindən belə çıxır ki, sabah onun tədbirində kimlər qonaq olacaqsa, o da deyəcək ki, mən filankəslə onlara görə dava etmişəm! Ay Elza Seyidcahan, özün özünə cavabdeh ol! Əgər sən öz fikirlərini və hissələrini cilovlaya bilmirsənsə, daha başqa adamların adını nə üçün hallandırırsan? Sən onun-bunun tərəfini saxlayan avtoritetsən? Elza Seyidcahanın çox qəribə məntiqi var".

Xatırladaq ki, əməkdar artist Elza Seyidcahan müğənni Röya Ayxanla bağlı açıqlamasında "SOY" prodakşnın rəhbəri Oqtay Əliyevin ünvanına ittihamlar səsləndirib:

"Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə "SOY" prodakşn mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün "SOY"un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır".

///publika.az
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib