500 qram arıqladan Elçin, Röyanın kişiyə bəs edən sinəsi, Nadirin 8 illik videosu - HƏFTƏBECƏR
Medeniyyet
Oxunub: 893
5 mar 2017 | 18:40
500 qram arıqladan Elçin, Röyanın kişiyə bəs edən sinəsi, Nadirin 8 illik videosu - HƏFTƏBECƏR









Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (15-ci say) təqdim edir.

Ötən həftə yazılan xoş sözlərə və tənqidlərə görə hər birinizə təşəkkür edirəm. Şou əhlinin yazdırdığı şərhləri isə xüsusi salamlayıram. İndi də keçək mətləbə...

Müğənni Elçin Cəfərov yenidən şəxsi həyatından danışıb. Halbuki, bu adam toyunda jurnalistlərə guya qadağa qoymuşdu ki, çəkmək olmaz. Yenə də, halbuki, elə özü də o toydan şəkillər çəkib sosial şəbəkələrdə paylaşdı. Maraq üçün həmin müsahibədən sonra çəkimi yoxladım. Təxminən 500 qram fərq var idi - azalmışdı. Kim istəsə, linkini ataram, oxuyar.

Əməkdar artist Bəsti Sevdiyeva deyib ki, oğluma ərə gələn qız papağını göyə atsın. Bəsti xanım illərin sənətkarıdır, həmişə də sənəti və fərqli səs tembri ilə adından söz etdirib. Amma bu açıqlama bir az müştəbeh, özündənrazı görüntüsü yaratdı.
İlhamə Quliyeva vəfat edəndən sonra partapart hərə bir tərəfdən mahnılarını qapazlayır. Əslində, mahnının yaşaması üçün bu, çox vacibdir. Ancaq reallığı nəzərə alanda çox da yaxşı görünmür.

Röya tənqiddən danışıb: "Məni ancaq dostlarım tənqid edə bilər, onlara etibar edirəm. Onlara demişəm ki, əgər qocalanda efirə çıxıb ağzıma gələni desəm, gic-gic danışsam, məni oturdurub deyin ki, "Özünə gəl!" Yəni, "Ulduzsan, əcəb eləyib dedin" sözünü deməyəcəklər. Dostlarım da söz verib ki, məni səhv hərəkət etməyə qoymayacaq".

Elə bunun ardınca başqa bir açıqlamasını oxudum. Deyib ki, sinəm çox da böyük deyil, amma kişi üçün bəs edər. Bunun 34 yaşı var. Əcəba nə tez qocaldı? Bakılılar demişkən, yaman xərifləyib ha.

Rəqqasə Fatimə də şəxsi həyatından danışıb. Deyib ki, 16 yaşımda qoşulub qaçdım. İndi bir tənqidi söz yazacaqsan, sabah "zerkalni" nömrələrdən zəng gələcək ki, əə, sən bilirsən mən kiməm?

O gün baxıram ki, Nadir Qafarzadənin səkkiz il əvvəl çəkilmiş bir videosu yayılıb. Videoda Nadir deyir ki, anamı saat 5-də dəfn edib, 7-də toy oxumağa getdim. Ardınca əlavə edir ki, Xocalı soyırımı matəm deyil və sair. Yeri gəlmişkən, bu günlərdə Nadir zəng vurmuşdu. Dedi ki sən məni tənqid etdikcə toylarım artır. İnanın ki, belə dedi. Mən də xoşməramlı insanam, tənqid edirəm ki, toyları artsın. Öz aramızdı, Nadir saçlarını rəngləməyəndə, dodağını, burnunu düzəltdirməyəndə, vallah, normal oxuyurdu da, heç kimlə də işi yox idi. Nə oldusa, "kraska"dan sonra oldu.

Sevda Yəhvayeva bir seriala çəkilirdi axı. Açıqlama verib ki, daha seriala çəkilməyəcək. Camaat da deyir ki, sən canın, bir səhv idi eləmişdin, imkan varsa, bundan sonra çəkilmə. Mən də deyirəm ki, biz gələcəyin Amaliya Pənahovasını itirdik. Təəssüf.

Hollivud ulduzu Ancelina Coli bir türk serialında rol alacaq. Həmin serialda da baş rolu azərbaycanlımız Könül Nağıyeva oynayır. Bax bu xəbərə sevinməyib, neynəyəsən? Ardı gəlsin.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu