Aygündən təqdirəlayiq açıqlama, “Zapı” Səməd, Minanı “saxlayan” deputat, ərsiz Şəbnəmin macəraları və Telli - Həftəbecər
Medeniyyet
Oxunub: 1 117
23 yan 2017 | 09:14
Aygündən təqdirəlayiq açıqlama, “Zapı” Səməd, Minanı “saxlayan” deputat, ərsiz Şəbnəmin macəraları və Telli - Həftəbecər














Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”i (110-cu say) təqdim edir.

Ötən həftə türkiyəli müğənni Özcan Dənizin mahnımızı ermənicə oxumağı barədə yazmışdım. Gədənin ağlına nə gəlibsə, 20 Yanvar faciəsiylə bağlı xalqımıza başsağlığı verib. Ya yaz aylarında Bakıya konsertə gələcək, ya da buralarda iş-zad quracaq. Çünki Özcan xislətdə biri heç atasına da boşuna salam vermir.

Xalq artisti Aygün Kazımova tənqid etdiyim şou personalarındandır. Amma bu etirafı çox xoşuma gədi. Deyib ki, yenidən bəstəkar Cavanşir Quliyevlə iş birliyinə başlayıb və hələ də ustaddan öyrənir, onu dinləyir və çalışır. Doğrudur, Aygün fövqəladə bir səs deyil. Ancaq istənilən halda şou aləmindəki statusu göz qarşısındadır. Ötən həftə sənətə gəlib, bu həftə sponsor tapan müğənniciklərin sənətkarlıq iddiasına baxanda, Aygünün bu açıqlaması xeyli təqdirəlayiqdir.

Həmişə Əli Mirəliyev Səməd Səmədovu tənqid edəndə ikincinin halına acıyırdım. Çünki adam layiq olmadığı adı daşıyanda əzilir, tənqidlərə, iradlara cavab verə bilmir. Səməd müəllim üç aydır Moskvadaymış. Səbəbini özü izah etsin, sonra Qulpqoyan dayıyla şərh edək: “Üç aydı, Moskvada, nəvələrimin yanında idim. Həm də dişlərimi düzəltdirdim, başıma tük əkdirdim. “Mercedes” idim, oldum “Lexus”.

Qulpqoyan dayı deyir ki, oraya belə bir cümlə yaz. Səməd müəllim, saçın “Mercedes”, dişlərin “Lexus” ola bilər, amma sənətin heç “Zapı” da deyil. Bu, mənim fikrim deyil ha, ağsaqqal dedi, mən də yazdım. Məndən olsa, “Zapı” əvəzinə velosiped yazardım.

Müğənni Könül Kərimova Cabbar Musayev haqda bir açıqlama verib ki, gəl görəsən. Deyib ki, aramızı dəfələrlə vurmaq istəyiblər, amma onlara məhəl qoymamışıq-filan. Lap Təranənin Musa haqda verdiyi açıqlamaları xatırlatdı.

Gənc müğənni Minanın müsahibəsini oxudum, çox xoşuma gəldi. Deyib ki, istəmirəm, hansısa deputat məni “saxlasın”. Bu açıqlamaya görə Minanı ilin ən geridə qalmış şou nümayəndəsi kimi qələmə vermək olar. Rəhmətliyin nəvəsi, sən yaşda sənətçilər soymağa “JEK” müdiri axtarır, sən də deputatdan qaçırsan.

Çoxdandır Şəbnəm Tovuzlu haqqında yazmırıq. Yazaq, kefi açılsın. Deyib ki, boşanandan sonra müğənni oldum, beş aya maşın aldım. Ondan sonra da səkkiz maşın dəyişib. Aranızda Şəbnəmin neçə ildir boşandığını bilən var? Yəqin ki, 3-4 ildən çox olmaz. İlə iki maşın pis göstərici deyil ha. Zarafat bir qırağa, bu tip açıqlamaların tirajlanması yaxşı hal deyil. Deyə bilərsiniz ki, sən niyə bu haqda yazırsan? Ona görə ki, belə açıqlamaları qətiyyən təqdir etmirəm. Adam dolayısıyla gənc qızları, xanımları pis yola çəkir. Yəni, boşanın, beş aya maşın sahibi olun. Doğrudur, ağlı başında olan birinə yüz Şəbnəm də gəlsə, təsir göstərə bilməz. Ancaq istənilən halda bu, mənfi nümunədir.

Aşıq Telli Borçalı hamıya oxşamaq istəmişdi, qalmışdı bircə Aygün Kazımova. Aygün Kazımova ha. Telli deyib ki, son zamanlar artıq çəkilərdən əziyyət çəkir. Əslində, Telli bunu son zamanlar hiss edib: “Son zamanlar çox çəki almışam. İstəyirəm, arıqlayım, Aygün Kazımova kimi olum. Çox arıqlamaq istəyirəm, amma nəfsimə qalib gələ bilmirəm. Çünki bir oturuma 30 xəngəl yeyirəm. Xəngələ kim yox deyə bilər?”

Açıqlamanı şərh etməzdən öncə deyim ki, Telli yay aylarında məni məhkəməyə vermişdi. Amma məhkəmə onun iddiasını əsassız sayaraq, rədd etdi. İddiaya əsasən, mən ya cərimə olunmalı, ya da həbs edilməliydim. İnanıram ki, əgər məhkəmə mənim əleyhimə qərar versəydi, Telli bəyənmədiyi jurnalistləri başına yığıb deyəcəkdi ki, baxın, filankəsi cərimələtdirdim, həbs elətdirdim. Amma maraqlıdır ki, rədd olunandan sonra bu haqda ağzına bir kəlmə də almadı. Görünür, Telli məhkəmənin onu rədd etməsindən sonra xəngəllərin sayını artırıb. Allah səbr versin!


Aygündən təqdirəlayiq açıqlama, “Zapı” Səməd, Minanı “saxlayan” deputat, ərsiz Şəbnəmin macəraları və Telli - Həftəbecər
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh