Səttar Bəhlulzadənin görmədiyimiz əsərlərini görəcəyik
Medeniyyet
Oxunub: 2 127
6 noy 2014 | 20:50
Səttar Bəhlulzadənin görmədiyimiz əsərlərini görəcəyikNoyabrın 7-də böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin Əmircan kəndindəki ev-muzeyində rəssamın qrafik əsərlərindən ibarət fərdi sərgisinin açılışı olacaq.

Sərgidə Səttar Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və çoxu bu vaxta kimi heç yerdə sərgilənməyən 30 əsəri nümayiş olunacaq. Sərgilənəcək əsərlər "Səttar Bəhlulzadə-105. Qrafika" adlı kataloqda (Bakı, 2014) toplanıb.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Bakıda yerləşən ev-muzeylərin əməkdaşları, KİV nümayəndələri dəvət olunub.

S.Bəhlulzadənin Azərbaycan təsviri sənət tarixində rəngkar rəssam kimi xarakterizə edilməsinə, sərgilərdə əsas etibarilə boyakarlıq əsərləri ilə çıxış etməsinə baxmayaraq, rəssamın qrafikaları yaradıcılığının mühüm bir hissəsini təşkil edir. S.Bəhlulzadə qrafik əsərlərini qrafika sənətinin müxtəlif təsvir vasitələri ilə - karandaş, tuş, qamış qələm, rəngli flomaster və s. işləyib.

1966-cı ilin oktyabrında Çexoslovakiyanın paytaxtı Praqa şəhərində S.Bəhlulzadənin məhz qrafik əsərlərindən ibarət fərdi sərgisi açılmışdı. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi. Boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, Azərbaycan təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm edib. "Tut ağacları", "Bilgəh kəndi", "Gözəllər", "Dağlar və göl", "Sənaye mənzərəsi", "Keramika və meyvələr", "Dağlar və buludlar" və b. əsərlərində rəssam doğma diyarımızın səfalı guşələrini qrafika sənətinin təsvir vastələrindən məharətlə istifadə edərək böyük məhəbbətlə təsvir edib. Bu əsərlərə baxdıqca müəllifin orijinal dəst-xətti, bənzərsiz duyma qabiliyyəti bir daha üzə çıxır.

S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda, Leyli və Məcnunun müxtəlif obrazlarını yaradıb.

İstər muzey və qalereyalarda, istərsə də şəxsi kolleksiyalarda qorunan qrafik əsərlərin hər birində rəssamın sadəcə gördüyü bir təbiət bucağının kağızda əksini deyil, hərarətli qəlbli sənət ustadının əsərini görürük. Bu rəsmlərdə Bəhlulzadənin məqsədi sadəcə reallığı təsvir etmək yox, özünün də gündəliklərində qeyd etdiyi kimi "məhəbbətlə əsərlər" yaratmaqdır. Böyük emosionallıq və geniş improvizasiya ilə yaradılmış qrafik rəsmlər bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutub.

2014-cü ildə rəssam Səttar Bəhlulzadənin anadan olmasından 105, ölümündən 40 il keçir. Sərgi bu əlamətdar hadisələr şərəfinə təşkil edilir.

http://virtualaz.org
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı