"Sosial şəbəkədə adamı tələyə salırlar" — MÜSAHİBƏ + VİDEO
Medeniyyet
Oxunub: 927
5 dek 2016 | 05:19
"Sosial şəbəkədə adamı tələyə salırlar" — MÜSAHİBƏ + VİDEO








Azərbaycanın ən tanınmış kamança ifaçılarındandır, dansa da, eyni zamanda şairdir. Son zamanlar efirdən uzaq düşsə də, görünən budur ki, şeirlərini sosial şəbəkədə paylaşmaqla, sanki bu durğunluğu sığortalayır. Ancaq elə məhz sosial şəbəkədəki fəaliyyətinə görə işdən çıxarıldığı deyilir. Əgər bu kimi məqamlar varsa, deməli, müsahiblə danışmağa söhbət də var.

Beləliklə, Ölkə.Az-ın suallarını Xəyyam Məmmədov cavablandırır.


- Xəyyam müəllim, son zamanlar konsert proqramlarında, efirdə az-az görünürsünüz. Təbii ki, bu mənim şəxsi müşahidəmdir. Səbəb nədir?

- Efirlərə dəvət olduqca gedirəm. Özbaşına gedə bilmərəm ki. Gərək kimsə dəvət edə.

- Onda belə çıxır ki, dəvətlərin sayı azalıb?

- Son zamanlar tar, kamança ifaçıları çoxalıb deyə, bir növ tələbat azalıb. Buna kənarda qalmaq demək olmaz. Bizim yaş nəslinin xanəndələri var. Daha çox onlarla çıxış edirik. İndi gənclərə daha çox meydan verilir.

- Öz yaş nəslinizdən olan hansı xanəndələrlə daha çox işləmisiniz?

- Xalq artisti Zabit Nəbizadə, əməkdar artist Firuz Səxavətlə daha çox çıxışlarım olur. Son zamanlar isə gənc xanəndələr Mirələm Mirələmovla, Abgül Mirzəliyevlə daha çox efirə çıxırıq.

- Milli Koservatoriyada da işləyirsiniz...

- Bəli.

- Bəs Dövlət Filarmoniyasından niyə işdən çıxarıldınız?

- Bir-iki xoşagəlməz söhbətlər oldu, mən də ərizə yazdım. Bir müddət başım qarışıq oldu, işə gedə bilmədim. Dedilər ki, davamiyyət qane etmir.

- Filarmoniyanın direktoru dedi ki, qane etmir?

- Xeyr, Murad müəllimlik problem deyildi, davamiyyət məsələsiydi. Mən də dedim ki, sənətim budur, tədbirlərə, özəl məclislərə gedirəm, festivallarda iştirak edirəm.

- Axı əvvəl də toya, konsertə, festivala gedirdiniz. Mən bildiyimə görə, işdən başqa bir səbəbə görə çıxarılmısınız.

- Əvvəl özəl işlər az idi, dövlət tədbirlərinə daha çox gedirdik. Sonra dedilər ki, özəl dəvətlərin olanda bizdən icazə al. İcazə versək gedərsən, verməsək, getməzsən.

- Bildiyimə görə, sosial şəbəkədəki paylaşımlarınıza görə işdən çıxarılmısınız.

- O məlumatı siz necə əldə etmisiniz, bilmirəm. Düzdür, sosial şəbəkədəki paylaşımlarımı bəzəyib ortalığa başqa cür çıxarmaq istəyirdilər. Amma o arqument deyil. Əsas odur ki, işdən öz ərizəmlə çıxmışam.

- Tənqidi statuslar yazırsınız...

- Tənqidi statuslar yazmıram, vətəndaş mövqeyimi bildirirəm, sözümü deyirəm. Nə siyasətə qarışmıram, nə siyasi partiyanın üzvü deyiləm. Mən bilən burada qeyri-adi bir şey yoxdur, nə iqtidar, nə də müxalifət kimi qiymətləndirilməli deyil. Bəzən öz mövqeyimi poetik şəkildə ortaya qoyuram. Torpaqdan, Qarabağdan, məişətdən yazılarım olur. Ancaq buna görə heç vaxt harasa çağırılıb sıxışdırılmamışam. Elə şey olmayıb.

- Fəxri adınız yoxdur...

- Fəxri ada 3-4 dəfə təqdim olunmuşam. Amma sənətə ad üçün yox, sənət üçün gəlmişəm. Bu, mənimçün elə böyük əhəmiyyət kəsb etmir. Layiq bilsələr verəcəklər, bilməsələr də yox. Mənə görə formal şeylərdir. Əsas xalqın istəyi və ürəyidir. Fəxri ada görə qapı döymək mənlik deyilş

- Şeir də yazırsınız...

- Hərdən olur. Şeir deyəndə ki, ürəyimdən gələn sözləri yazıram.

- Xanəndələr şeirlərinizi oxuyurlar?

- Almaz Orucova, Səbinə Ərəbli oxuyub. Doğrusu, yazdıqlarımı xanəndələrə, müğənnilərə təklif etmirəm. Özləri deyirlər ki, ver oxuyaq, istəmirəm. Çünki şair deyiləm.

- Şair necə olur ki?

- Şair özünü sırf poeziyaya həsr etməlidir.

- Amma elə adamlar var ki, biznesmendirlər, arada işləri düz getməyəndə şeir də yazırlar. Cəmiyyət də onları şair kimi tanıyır. Bəs o necə olur?

- Bir var peşə, bir də var istedad. Bu işlə məşğul olan, yeri gəldi-gəlmədi kitab çap etdirənlər, sandıq şairləri də var.

- Deməli, siz də sandıq şairisiniz?

- Özümə şair deməzdim. Əvvəl özüm üçün yazırdım, sosial şəbəkələr populyarlaşandan sonra orada da paylaşıram.

- Toya gedirsiniz?

- Əlbəttə, gedirəm. Azərbaycanda bütün həyat demək olar ki, toy üzərində qurulub. Toylar olmasa, musiqiçilər batar.

- Əksər kamança ifaçıları toylara skripkaçı kimi gedirlər. Bəs siz?

- Skripkaya meyilli olmamışam. Bir müddət maddi çətinliklə bağlı getmək istəyirdim. Sonra düşündüm ki, kamança sənətiylə məşğulam, bu sənəti yaşatmalıyam. Maddiyyatın ardınca qaçmaq o qədər də vacib deyil.

- Skripka sanballı alət sayılmır ki?

- Skripkayla peşəkar məşğul olsam, əsərlər çalsam, başqa məsələ. Toyda isə dolanışıq xatirinə skripka çalmaq olar.

- Doğrudanmı bu gün məclisində tar və kamança görmək istəyən şəxslər var?

- Əlbəttə. Azərbaycanda muğam üçlüyünə tələbat var. Düzdür, maddi məsələlərə görə hər kəs dəvət edə bilmir, amma var.

- Son zamanlar saat neçədə sosial şəbəkəyə baxsam, oradasınız. Deyəsən aludəçilik yaradıb.

- Aludəçilik deməzdim. Avtomobildə gedəndə də girib baxıram. Çünki son vaxtlar viruslar, ədəbsiz şeylər paylaşılır deyə nəzarətdə saxlayıram ki, səhifəmə artıq şeylər düşməsin.

- Dediyiniz "artıq şeylər" ona baxan şəxslərin səhifəsinə düşür. Siz nədən narahatsınız?

- Xəbər paylaşmışdılar ki, kiçik uşağı parçaladılar. Daxil oldum, gördüm başqa şeydir, tez çıxdım. Yəni o tip viruslar olur deyə, nəzarətdə saxlayıram. Sosial şəbəkədə adamı tələyə salırlar.

- Müşayiət etmək arzusunda olduğunuz xanəndə olub?

- Arzuladığım adamların hamısını müşayiət etmişəm. Arif Babayevdən, Alim Qasımovdan tutmuş, orta və gənc nəsildəki ən yaxşı xanəndələrin hamısıyla müşayiətim olub.

- Sizə görə hazırda Azərbaycanın ən yaxşı kamança ifaçıları kimlərdir?

- Xalq artisti Ağacəbrayıl Abasəliyev, Fəxrəddin Dadaşov, Mirnazim Əsədullayev, Elnur Əhmədov, Elşən Mansurov... Bu sənətkarları bir-birindən ayırmazdım.

- Hansı ruhunuza daha yaxındır?

- Musiqi ovqatdan asılıdır.

- Və son olaraq...

- Vətənimi, xalqımı sevən bir adamam. Xalqıma əminamanlıq, xoş rifah arzulayıram. Allah xalqımızın köməyi olsun.




Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu