“Fəxrəddini məhkəməyə verərəm, təzminat da alaram...” - Meral - VİDEO
Medeniyyet / Video
Oxunub: 840
23 noy 2016 | 09:06
“Fəxrəddini məhkəməyə verərəm, təzminat da alaram...” - Meral - VİDEO








“Bizim dostluq münasibətimiz var, Fəxrəddin mənim qardaşımdır. O, çox yaxşı bir aktyordur”"Meral Konratın nə dediyi mənə maraqlı deyil" - Fəxrəddin Manafov
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında türkiyəli aktrisa Meral Konrat deyib.

Konrat bildirib ki, F. Manafov onu uşaq kimi aldadıb:

“Onunla yenidən bir layihədə iştirak etmək istərdim. Ancaq təssüf ki, belə söz-söhbətlər yarandı. Bacı-qardaş arasında belə anlaşılmazlıqlar olur. Fəxrəddindən çox incimişəm. Məsələ ilə bağlı bir dəfə açıqlama vermişəm. Məni aldatdılar, “Təhminə 2” filminin tanıtım çəkilişlərinin olacağını dedilər. Sən demə, klip çəkilişi imiş. Zülfiyyə Xanbabayeva çəkiliş zamanı mənə heç nə demədi. O xanım mənə dedi ki, filmin musiqilərini hazırlayıram, çox həyəcanlıyam.

Mən də söyləyirəm ki, bu xanım kimdir? Deyirlər ki, Azərbaycanın məşhur müğənnisidir. Mən də onların dediklərinə inanıram. Zülfiyyə xanım düzgün danışmalı idi. Deməlidir ki, Meral xanım, sizi klipimə çəkmək istəyirəm. Məni uşaq kimi aldatdılar, bu işdən pul belə almadım. Fəxrəddinin sözlərinə güvənərək Bakıya gəldim. Ona birinci dedim ki, ssenari hardadı? Cavab verdi ki, Bakıya gəl, tanıtım filminin çəkək, sonra danışarıq. İşə bir də Zülfiyyə xanım alət olub.

Fəxrəddin telefon zənglərimə cavab vermirdi. Daha sonra “Nərgiz” jurnalının çəkilişi üçün Bakıya gəldim. Fəxrəddinlə birgə pozalar verdik. Bu məsələni açmaq istədim, alınmadı. Soruşa bilmədim. İnsan qardaşına belə əsəbiləşir. Ən azından üzr istəməli idi. Mən məhkəməyə verib, təzminat tələb edə bilərəm. Amma Fəxrəddinə görə susuram”.

"Meral Konratın nə dediyi mənə maraqlı deyil"

Bunu report-a açıqlamasında xalq artisti Fəxrəddin Manafov Meral Konratın müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Müsahibədəki fikirlərlə tanış olmadığını deyən azərbaycanlı aktyor qeyd edib ki, Rasim Ocaqovun ("Təhminə" filminin rejissoru) sabah doğum günüdür və kimin nəsə danışması onun üçün maraqlı deyil: "Bizim onunla əlaqələrimiz 23 il (film 1993-cü ildə çəkilib) bundan öncəyə dayanır və hər şey artıq bitib. Ona görə də onun nə deməsi mənə maraqlı deyil".

Xatırladaq ki, Meral Konrat report-a müsahibəsində Fəxrəddin Manafonun onu məyus etdiyini deyib. Onun sözlərinə görə, F.Manafov ötən il "Təhminə-2" filminin çəkilməsi ilə bağlı aktrisaya zəng edib. Lakin onu Bakıda filmə deyil, Zülfiyyə Xanbabayevanın klipinə çəkiblər. "Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nə qonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə... Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm", - məşhur aktrisa əlavə edib.


Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi