"7 oğul istərəm" filminin kadrarxası: "Kələntər dayı"ya elə şillə vurdum ki..."
Medeniyyet
Oxunub: 3 493
30 okt 2014 | 20:25
"7 oğul istərəm" filminin kadrarxası: "Kələntər dayı"ya elə şillə vurdum ki..."Modern.azın "Kadrarxası" layihəsininin bu həftəki qonağı illərdən bəri maraqla izlədiyimiz "7 oğul istərəm" filminin 7 oğlundan biri - Cəlalı oynayan əməkdar artist Ənvər Həsənovdur. Beləliklə, "Kadrarxası"nda "7 oğul istərəm" filmidir.

Arayış: Ənvər Həsənov 1950-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olan Ə.Həsənov oranı 1969-cu ildə bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.

"7 oğul istərəm" filmi xalq şairi Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında ekranlaşdırılıb. Əsas ideyası gənc inqilabçıların əzmkarlığı, qələbəyə olan inamı və bu inam uğrunda mübarizəsindən bəhs edir. Filmin yaradıcılarına Azərbaycan Komsomolu mükafatı verilib.

Filmin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissor Tofiq Tağızadə, qurluşçu operator Rasim İsmayılov, rəssam Nadir Zeynalov, bəstəkar Xəyyam Mirzəzadə, filmin direktoru Davud Zöhrabovdur.

Rollarda Həsən Məmmədov, Əsgər İbrahimov, Əbdül Mahmudov, Şahmar Ələkbərov, Rafiq Əzimov, Elçin Məmmədov, Ələsgər İbrahimov, Həsənağa Turabov, Məhluqə Sadıqova, Hamlet Xanızadə, Zemfira İsmayılova, Məmmədrza Şeyxzamanov və başqaları çəkilib.

Filmin çəkilişinə start veriləndə səbəbi bilinmədən rejissor dəyişdi

Ənvər Həsənov: "1969-cu ildə 19 yaşında gənc bir oğlan idim. Hamı kimi mən də Cəfər Cabbarlı adına kinostudiyada işləyirdim. Burada həm aktyor kimi, həm də rejissor köməkçisi kimi çalışırdım. Bu ərəfədə eşitdim ki, "7 oğul istərəm adlı film çəkilir. Və filmə məni də dəvət etdilər. O vaxt qəribə bir situasiya yaranmışdı. Filmin bütün çəkiliş heyəti təsdiq olunmuşdu, bircə Cəlal rolundan başqa. İlk vaxtlar rejissor kimi Kamil Rüstəmbəyov təsdiq olunmuşdu, amma səbəbini bilməsəm də, film çəkilməyə başlayanda rejissor Tofiq Tağızadə oldu.
Yeddi oğulu oynayan aktyorlardan 6 nəfəri artıq sınaq çəkilişlərindən keçmişdi, nəhayətdə mən dəvət olundum. Bədii Şura mənim sınaq çəkilişimi qiymətləndirərək təsdiq etdi. Beləcə "7 oğul istərəm filmi start götürdü. Mənim bu filmdə rol almağım əlbəttə ki, Tofiq Tağızadənin adı ilə bağlıdır, çünki ilk dəvət ondan gəlib".

"Həsənağa Turabov atdan yaman qorxurdu"

Aktyor bildirir ki, film əsasən Bakıətrafında- Qobustan, Buzovna, Mərdəkan, Şağan, Şüvəlan Fatmayıda və Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda ekranlaşdırılıb. "Hazırlıq mərhələsində film üçün məkanlar müəyyən olunmuşdu. Tarixi film olduğuna görə, bilirdik ki, bizi çətinliklər gözləyir. İlk növbədə at məşqləri başladı. Onu deyim ki, buna qədər mən artıq at minməyi bilirdim. Məlumdur ki, hər aktyor at sürə bilmir. Ona görə də baş rolların ifaçılarına şərait yaradıldı, 2 aya yaxın təlim keçirildi. Hamımız at sürmə vərdişinə yiyələndik. Bu zaman bircə atdan qorxmaq problemi vardı. Allah rəhmət eləsin, Əsgər İbrahimov (Zalımoğlu) və Həsənağa Turabovun (Gəray bəy) at qorxusu vardı. Bütün bunlara baxmayaraq, hər şey məharətlə, ustalıqla yerinə yetirildi.

"At məni əlim-qolum bağlı halda uçuruma aparırdı"

Ənvər Həsənov: "Qobustanda Cəlalın ölüm səhnəsi çəkilirdi. Mənim əl-ayağımı bağlayıb atın üstünə atdılar. Guya ki, at Cəlalı Bəxtiyargilin yanına, öz məkanına gətirir. Kələntər (İsmayıl Osmanlı) "Hamam-hamam içində, xəlbir saman içində ..." deyərək ata qirmanc çalır.

Qobustanda çoxlu yaşıl rəngdə kərtənkələlər vardı. Çox nadir heyvandır, ancaq orda görmək olar. Deməli at 10-15 metr yeriyəndən sonra bu kərtənkələnimi gördü, ya nədənsə hürkdü. At çox ürkək heyvan olduğundan hər şeyə həssas yanaşır. Hər sözümə qulaq asan at bu dəfə eşitmədi, məni götürüb qaçmağa başladı. Baxmayaraq ki, mahir at sürən idim, əlim-ayağım bağlı olduğundan heç nə edə bilmirdim. Gördüm yox eyy, at məni saymır. Qarşıya baxanda 20 metrlikdə uçurum gördüm. Fikirləşdim ki, artıq bitdi. Gözümü yumub Allaha dua etməyə başladım. Dua edirdim ki, bir də gördüm kimsə özünü atın qabağına atdı, boynundan sallandı. O, kinostudiyda işıq ustası işləyən Akif Məmmədzadə idi. Daha çox gündüz çəkilişləri ediridk deyə, işıqdan az istifadə olunurdu. Akifin də işi az olduğundan özü üçün gəzişirdi. Cüssəli biri idi. Uzaqdan belə bir hadisənin baş verdiyini görəndə tez özünü yetirdi. Həmin vaxt sənət dostlarım atı saxlayıb məni xilas etdilər. Bu gün sağamsa, bunu Akifə borcluyam.
Nə isə, məni yerə endirdlər, hər şey sakitləşən kimi dedim ki, Tofiq müəllim, 2-ci dublu çəkək. Tofiq müəllim dedi ki, mən nə özümdən, nə aktyordan keçmişəm. Mən bu dublu bir daha çəkməyəcəm.

Filmdə Cəlal ölü halda atın belində göstərilir, ardınca at həyətə girir. Haqqında danışdığım həmin səhnə filmə daxil edilmədi.

Biz o qədər obraza girmişdik ki , belə şeylərə fikir vermirdik. Bütün belə təhlükəli səhnələri özümüz oynayırdıq. Kaskadyorlardan demək olar ki, çox az istifadə edilirdi.

Müsahibim deyir ki, Səməd Vurğun yaradıcılığı onun üçün çox maraqlıdır, xalq şairinin özü isə onun üçün ideal dramaturqdur:
"Filmdə Peykanlı adının çox çəkilməsi Səməd Vurğunun adı ilə bağlıdır. Allah ona rəhmət eləsin. Bu ssenari bütünlüklə Qazax mahalı ilə bağlıdır. Əsərdə cətəyan edən hadisələr Qazax-Ağstafa zonasında baş verir. Filmdə də bu yerlərin adı qorunub saxlanılıb. Mən belə düşünürəm ki, şair Cəlala özü kimi baxıb, öz istədiklərini onun simasında canlandırıb. Bu mənim şəxsi mülahizəmdir.Yuxarı Salahlı, Qırmızı Körpü adları da bu filmdə əhatə olunub".

"Atılan qəlpə bir nəfərin gözünü kor etdi"

Əməkdar artistin söylədiyinə görə, filmdə göstərilən qəbristanlıq qurulmuş səhnə olub. Atışma, partlayışla müşayiət edilən səhnələr olduğundan bunları real qəbristanlıqda etmək istəməyiblər.

Ənvər Həsənov: "Biz ölülülərimizə hörmətsizlik edə bilməzdik. Hamımız müsəlmanıq, baxmayaraq ki, çox sayda məzarlıq vardı, amma ölülərimizin ruhunu incitmək istəmədik. Buna görə də baş rəssam Nadir Zeynalov yaradıcı heyətlə qərar gəldilər ki, qəbristanlıq səhnəsi kənar bir yerdə qurulsun. Məkan olaraq Qobustan seçildi. Gəray bəyin düşərgəsini Qobustanda çəkmişdik deyə, elə qərara gəldik ki, qəbristanlığı da həmin yerdə çəkək. Orda biz rahatca güllə də atdıq, atla çapdıq da, partlayış da etdik.

Atışma səhnələrinin çəkilişi çox təhlükəli idi. O vaxt bizim istedadlı pirotexniklərimiz vardı. Bütün döyüş səhnələri onların əməyi sayəsində reallaşdırılırdı. Aktyorlara 7 metrdən az olmamaq şərtilə güllə atmağa icazə verilirdi. Partlayışlar, ard-arda silahların açılması çox təhlükəli idi. Yadıma gəlir ki, atılan qəlpələrdən biri bir nəfərin gözünə dəydi. O adam bir gözünü itirdi. Mən silah sənəsinin məşqi zamanı Qobustanın məşhur sakini kərtənkələyə atəş açdım. 3-4 metrlikən açılan güllədən sonra heyvanın yaş yeri qaldı. Təsəvvür edin ki, çox çətin idi. Aktyor çılğın olanda məsafəyə belə, bəzən fikir vermirdi. Yadımdadır, hətta çəkiliş qrupunda olan Kamil müəllimin də gözünə qəlpə dəyərək zədələmişdi".

Filmin ilk səhnələri Fatmayı kəndində çəkilib. Məscid səhnəsi, Bəxtiyarın camaatla söhbətləşməsi, eyni zamanda Cəllala Humayın görüş səhnəsi də həmin kənddə lentə alınıb. Kəndə çatmamış dağlar ətəyində bir göl vardı, hazırda o göl quruyub. Bu yaxınlarda xatirələri canlandırmaq üçün o yerlərə getmişdim, amma gördüm ki, həmin göl yoxdur.

Cəlalın ölümünən sonra qalan "6 oğulun" çıraq başında şeir deməsi kinostudiyanın pavilyonunda çəkilib. Nadir Zeynalovun yaratdığı səhnə idi."

Mən 1965-ci ildən "Azərbaycanfilm" kinostuidyasında çalışıram. Bu vaxta qədər irili-xırdlı 70 filmdə işləmişəm. Bu filmlərin içərisində ən çox ürəyimə yatan, yaradıcı heyətindən razı qaldığım film "7 oğul istərəm" olub. Burda Yusif Səmədoğlu, Tofiq Tağızadə, Rasim İsmayılov, Xəyyam Mirzəzadə və eyni zamanda aktyorların böyük rolu var. Adil İskəndərovun rəhbərliyi ilə çəkilən bir film başqa cür ola da bilməzdi. Bu gün əgər adını sadaladığım insanlar yaşasaydı, Azərbaycan filmi dünyada furror yaratmışdı. Təsəvvür edin ki, "7 oğul istərəm" filmi 1972-ci ildə SSRİ vaxtında fonda düşən bir filmdir".

"Hamlet ilan səsindən necə qorxdusa, ürəyi getdi"

Ənvər Həsənov: "Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanalara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər. Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər" söylədilər. Nəsə, maraqla söhbət edirdik. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm Elçin Məmmədov (Mirpaşa) Hamlet Xanızadənin (Gizir) ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı.

Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, "ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız". Bəlkə bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Bu hadisəni görən Elçin (Mirpaşa ) ordan qaçdı. Hamlet durdu ayağa ki, hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəm. Yalvar-yaxar etdik ki, "ay Hamlet, başına dönüm, gəl işimizi görək". Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq.

Çəkilişlərin birində Əbdül Mahmudov atdan yıxıldı. Qabırğası sındı, vəziyyəti çox pis idi. Yazıq ağrıdan nəfəs ala bilmiri. Buna görə çəkilişləri gipslə davam etdirdi.

"Vurduğum şillədən çox utandım"

Ənvər Həsənov: Susuzluq- aclıq kimi problemlərimiz olmurdu. Hara olmasından asılı olmayaraq, gedəcəyimiz yerə uyğun hər cür tədarükümüzü görürdük. Kinostudiya hər bir aktyora yeməkpulu ayırırdı. Su maşınları, çadırlar götürülürdü, bütün tədarükümüzü görüb gedirdik. Sağ olsun filmin direktoru, nəyimiz çatmırdısa, bizim üçün təşkil edirdi. Ona görə də o vaxtın bütün filmləri bu qədər ürəklə, məhəbbətlə çəkilirdi. Kəndlərdə çəkiliş zamanı əhali belə, bizə böyük maraq göstərir, zaman-zaman hətta yardım da edirdilər.

Əməkdar artist deyir ki, çəkilən lakin efirə getməyən bir çox kadrlar olub.

"Özümlə bağlı onu deyə bilərəm ki, Mirpaşanın ölümündən sonra Cəlal Humayın arxasınca gedir, Kələntərə "bəsdir-bəsdir qoca" deməsindən sonra ona şillə vurmalı idim. Amma vura bilmirdim. Aktyor İsmayıl Osmanlı məndən yaşca böyük idi deyə, bunu edə bilmirdim. Həmin səhnəni 2-3 dubla çəkdik. İsmayıl dayı mənə dedi ki, "ay, Ənvər belə aktyorluq etmək olmaz. Bilirəm sənin mənə hörmətin var. Amma gərək sən elə şillə çəkəsən ki, mən onu hiss edəm". Bu sözündən sonra mən də ona elə bir şillə vurudum ki, kişinin dişi çıxdı ağzından. Dublu çəkdilər, razı da qaldılar. Amma mən çox narahat idim. Özümdən böyük birinə doğrudan əl qaldrmaq mənə ağır gəlirdi.
Biz yeddi oğul bütün çəkilişlərdə bir yerdə olurduq. Baxmayaraq ki, Şahmar (Qəzənfər) da, Rafiq (Şahsuvar) də ailəli idi. Gecə-gündüz bir yerdə idik, hər sözümüz bir idi. Mən Şahmar Ələkbərovla söhbət edirdim. Ona bildirdim ki, bu səhnənin filmə daxil edilməsini istəmirəm. Mənə dedilər ki, bu sənin roluna xələl gətirə bilər, filan-fəsməkan. Dedim yox eyy. Şahmar məndən böyük idi deyə, onunla məsləhətləşdim. Bu epizod mənim əqidəmə uyğun deyildi. Nə də olsa Kələntər dayı məni böyüdüb boya-başa çatdrıb, mənim dayəmdir. Nəysə, 7 oğulun hamısı ilə qərara gəldik ki, rejissora müraciət edək ki, bu kadrı çıxarsın. Tofiq Tağızadə bizimlə razılaşdı ki, "düzdür, bu bizim xalqımızın əqidəsinə xas deyil. Amma sənin xahişinlə çıxarıram. Onu da nəzərə al ki, Kələntər sənin tüfəngini götürüb, sənin atını minib". Mənim böyüklərə olan hörmətim nəticəsində o səhnəni filmdən çxıartdıq".
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO