Səidə Sultan artıq bunu da etdi
Medeniyyet
Oxunub: 2 521
19 okt 2016 | 21:02
Səidə Sultan artıq bunu da etdi








Səidə Sultandan Elnarəyə sərt CAVAB: "Onu istəyir ki, sirləri açım?"

Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişinin qonağı olan müğənni Elnarə Xəlilova bir sıra maraqlı açıqlamalarla diqqət çəkib.

Sənətçi verlişdə həmkarı Səidə Sultanın əlindən tutub səhnəyə çıxartdığını bildirib:

"Onu əlindən tutub, səhnəyə mən çıxartmışam. Necə Səidəni tanımaya bilərəm?"

Day.Az bildirir ki, Səidə Sultan isə bununla bağlı ölkə.az-a açıqlamasında E.Xəlilovanın yalan danışdığını deyib və səhnəyə gəldiyi illəri xatırlayıb:

"İlk dəfə səhnəyə 2000-ci ildə - 11-ci sinifdə oxuyanda gəlmişəm. Mədəniyyət Nazirliyinin məktəblilər arasında keçirdiyi "Pöhrə" müsabiqəsinin laureatı oldum. 2001-ci ildə "Bakı payızı" müsabiqəsində iştirak etmişəm. Müsabiqədə birinci yeri Zaur Əmiraslanovla Tünzalə Ağayeva, ikinci yeri Fidan və Xuraman Qasımova bacılarının tələbəsi Dilarə Əliyeva ilə mən tutduq. Müsabiqədə jürim Vaqif Gərayzadə, Samir Bağırov, Abbas Əhməd, Aygün Kazımova və Zülfiyyə Xanbabayeva olub. Yarımfinalda isə Eldar Mansurovla Faiq Ağayev də jüridə idi. O zamanlar "W Trio" qrupu dəbə düşmüşdü. Qrupun qızları da müsabiqənin konsertlərinə gəlirdilər, radioda mahnılarım gedirdi.

Onların iki illik müqaviləsi bitdi. Mən də prodüser Yalçın Cabbarovla işləyirdim. İlk müəllimim də konservatoriyadan Esmiralda Hüseynova olub. Ardınca Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. İki ildən sonra Röya gəldi, dedi ki, mən solo karyeraya başlayıram və istəyirəm ki, qrupda üçüncü qız sən olasan. Mən də razılaşdım. Gəldik bizə, evdəkilərlə danışdı. Röyayla birlikdə getdik Vaqif Gərayzadənin yanına. Axırda Xuraman Şuşalı gəldi. Elnarə isə heç vaxt mənim əlimdən tutub səhnəyə gətirməyib. Düzdür, o məndən 1-2 yaş böyükdür, amma o kim idi ki, əlimdən tutsun? Həmin vaxt o qızlar məndən təcrübəliydilər, mən məktəbi yeni qurtarmışdım, uşaq idim. Elnarənin bilirsiniz nələri yadıma gəlir? Qrupdan çıxanda dedi ki, ərə gedirəm. Zəng edirdi, danışırdıq. Elnarə kim olasıdır ki, mənim əlimdən tutsun? Onun əlindən tutan lazım idi, tutmuşdular da. Elnarə onu istəyir ki, abır-həyadan keçib ağzıma gələni danışım?"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO