Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı: "Bizi Aygün ayırdı..." - FOTO
Medeniyyet
Oxunub: 1 795
24 okt 2014 | 17:13
Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı: "Bizi Aygün ayırdı..." - FOTO"Namiqlə çox xoşbəxt idik, Aygün Kazımova ilə tanış olandan sonra ailəmiz dağıldı"

Bunu azvision.az-a açıqlamasında məşhur meyxanaçı Namiq Qaraçuxurlunun indiyədək hamıdan gizlətdiyi keçmiş həyat yoldaşı Solmaz Şükürova bildirib.
Namiq Qaraçuxurlu ilə evliliyindən 2 oğlunun dünyaya gəldiyini deyən S.Şükürova meyxanaçının hamıdan gizlətdiyi böyük sirri açaraq onu şan-şöhrətə görə övladlarını atmaqda ittiham edib:
"Namiq artıq özü danışdığı yalanların məsuliyyətini daşımalıdır. O, şan-şöhrətə görə iki oğlunu atıb getdi. Amma artıq faktlar qarşısından heç yerə qaça bilməyəcək. Namiq Ümidlə Ülvinin atasıdır. Biz Aygünə görə ayrılmışıq. Ayrıldıq deyəndə ki, Namiq özü bizi atıb getdi. Onda Ülvi 4 aylıq, Ümid isə yaş yarım idi.
2005-ci ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsində rəsmən boşanmışıq. Mənim nəsə gizlətməyə və gizlənməyə ehtiyacım yoxdur. Çünki hər şey rəsmi olub, evlənməyimiz də, boşanmağımız da".

S.Şükürova Namiq Qaraçuxurluya olan sevgisindən indiyədək ailə qurmadığını deyib.

"Sadəcə, bu günə qədər uşaqlarımın atası kimi Namiqə hörmət etdiyimdən susmuşam. Ailə də qurmadım, çünki uşaqlarımı hansısa yad bir kişi ilə böyütmək istəmədim. Ona görə ki, dünyada Namiqdən başqa heç bir kişi onlara atalıq edə bilməz. Kişilər çox eqoist olur. Başqa nə bilmək istəyirsizsə, Namiqdən soruşun".

Keçmiş xanımının sözlərinə görə, Namiq Qaraçuxurlu 8 il övladları ilə maraqlanmayıb. Meyxanaçı boşanandan sonra keçmiş həyat yoldaşına 2 ev bağışlayıb.

"Boşananda Namiq mənə iki ev verdi. Sonra 8 il heç bir münasibətimiz olmadı. Son iki ildir ki, hərdən uşaqlara zəng edir. Uşaqlarım atasını çox istəyirlər. Çünki mən heç vaxt Namiqi oğlanlarımın gözündən salmağa çalışmamışam, əksinə heç vaxt istəməmişəm ki, onların içində nifrət olsun. Uşaqlarımı sevgi ilə sevgi dolu böyütmüşəm. Onları atalarının da yerinə sevmişəm. Bizi tanıyan hamı deyir ki, bu uşaqlar atalı uşaqlardan ürəkli oğullardır. 11 ildir uşaqlarımı öz əziyyətimlə böyütmüşəm. Namiq Allah qarşısında cavab verəcək".

BDU-nin Hüquq fakültəsini bitirdiyini deyən S. Şükür hazırda hüquqşünas kimi fəaliyyət göstərdiyini qeyd edib.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı