İlhamə Quliyeva Cavanşir Məmmədova 200 min veribmiş
Medeniyyet
Oxunub: 1 132
4 avq 2016 | 06:15
İlhamə Quliyeva Cavanşir Məmmədova 200 min veribmiş









Azərbaycan və Dağıstanın Xalq artisti İlhamə Quliyevanın vəfatından aylar keçsə də, onun haqda söz-söhbətlər səngimək bilmir

Bizimyol.info-nun yaydığı məlumata görə, Xalq artisti İlhamə Quliyeva ölümündən az əvvəl Əməkdar artist Cavanşir Məmmədova 200 min manat pul verib. Cavanşir Məmmədov açıqlamasında əvvəl məlumatın doğru olmadığını bildirsə də, sonradan bir çox sirlərə aydınlıq gətirib:

“İlhamə xanım hələ ölməmişdən qabaq bankda olan pulundan 200 min manat çıxarmışdı. Bir gün mənə zəng etdi ki, bankdan pulumu çıxarmışam, ev almaq istəyirəm. Evi axtarıb tapana qədər pulun səndə qalmasını istəyirəm. Mən də pulu götürüb evdə saxladım. İnanın istəmirdim saxlamaq, çünki böyük məsuliyyət idi. Hər gün pula görə evə 10 dəfə zəng edirdim ki, qapını heç kimə açmayın, pulu oğurlayarlar. İlhamə xanım pulu mənə əmanət edəndə dedim ki, oğulun, yaxınların da bilsin ki, birdən sənə nəsə olar, pulun aqibətini bilim nə etmək lazımdı”.

“Bəs pulu öz evində niyə saxlamırdı?” sualına Cavanşir Məmmədov belə cavab verib:

“O mənə dedi ki, ev tapan kimi pulu səndən götürəcəyəm. Mənim evimdən oğurlayarlar. Heç kimin adını çəkmədi, sadəcə dedi ki, oğurlayarlar”.

Daha sonra Əməkdar artist açıqlamasında pulun aqibətinə də aydınlıq gətirib:

“İlhamə xanımın pulu iki ay məndə qaldı. Daha sonra biz ona ev tapdıq. Elə rəhmətə getdiyi evi, həmin pulun üstünə 120 min manat da əlavə edib 320 min manata aldıq. Hüseyn Cavid parkından aşağıda, dənizə panaramalı evdir. Yəni bu məsələni onun oğlu da, əməkdar artist Firuzə İbadova da bilir.

Oğlu Orxan evi 350 min manata danışmışdı, mən 320 minə aldım. İlhamə xanımı bu məsələdə 30 min qabaq saldım. Daha sonra evin mebellərini də mən almışam, orda da İlhamə xanımı 15 min manat endirim etdirmişəm. Mebelləri də 50 minə almışam. Yəni məlumat doğrudur. Mən belə etibarlı adam olmuşam. O qədər pulu qardaş-qardaşa etibar etməz. Heç bir sənəd, razılaşma olmadan, pulu mənə əmanət edib.

Görünür, kimsə məni çox istəyənlərdən biri, bu məlumatı sizin saytınıza verib. İlhamə xanımla mən çox yaxın olmuşam. Allah onu rəhmət eləsin. Çox yaxşı qadın olub. Çoxlarına yaxşılıqlar edib, amma nədənsə ancaq pisliyi danışılır”.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı