Gəncə qalası haqqında
Gəncə şəhərinin tarixi abidələri barədə söz düşəndə ilk növbədə Gəncə qalası və qapiları xüsusi qeyd olunmalıdır. Belə ki, bəhs olunan tikililər şəhərin hələ erkən orta əsrlər dövründən etibarən möhtəşəm, böyük, eyni zamanda, iqtisadi, mədəni inkişafı baxımından fərqləndirir.Gəncə qalasının inşası IX-X əsrlərə aid edilir. Bu qala sədləri Gəncə çayının sağ sahilində tikilmişdir. Qalanın qalıqları isə Qədim (köhnə) Gəncənin xarabalıqları ərazisindədir. Çoxsaylı tədqiqatlarla yanaşı, Gəncə qalasının ilkin, yaxud qədim hissələrinin inşa edilmə tarixinin IX-X əsrlərlə müəyyən olunmasında ən tutarlı dəlil qismində XI əsrdə hazırlanmış məşhur Gəncə qapıları çıxış edir. Belə ki, məntiqi olaraq əvvəlcə Gəncə şəhərinin ətrafına yadelli işğalçılardan və feodal basqınlarından qorunmaq üçün müdafiə sədləri, qala çəkilmiş, sonra onun böyük, ikiqapılı dəmir darvazaları hazırlanmışdır. Məşhur Gəncə qapıları Şəddadi hökmdarı əl-Fəzlin oğlu Əbül Əsvar Şavurun zamanında (1048-1066) onun tapşırığı ilə dəmirçi İbrahim Osman oğlu tərəfindən 1063-cü ildə hazırlanmış və 1139-cu ildə 9 bal gücündə baş vermiş dəhşətli zəlzələdən sonra gürcü çarı I Demetre tərəfindən aparılmış, bu günədək Kutaisidəki Helati (Gelati) monastrında saxlanılır.
Bəhs edilən dövrdə Gəncənin beş darvazası olmuşdur: Babül-əl Məqbərə, Babül-əl Bərdə, Babül-əl Qarabağ, Babül-əl Gülüstan, Babül-əl Tiflis.
Fərhad Paşa Sultan III Muradın əmri ilə Səfəvilərin əlində qalan Gəncə üzərinə gedir. Gəncə 1 sentyabr 1588/9 şəvval 996 tarixində alınır. Gəncə alındıqdan sonra Fərhad Paşa qala inşasına başlanmasına əmr verir (3 sentyabr 1588/11 şəvval 996). Qırx günə 3800 Zira (1 Zira=1 Arşın, Təqribən 61 cm.) uzunluğunda, 10 Zira yüksəkliyində və 3 Zira qalınlığında qala inşa olunur. Səlatini Səbuktəkindən qalma xarab bir məscid sürətlə təmir edilmiş və ilk cümə namazı 14 oktyabr 1589/23 zilqadə 997 tarixində bu məsciddə qılınaraq Murad bin Səlim adına ilk xutbə oxunmuştur. Qalanın tikintisində gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən istifadə olunub. Qalanın ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m-dir. Qala tikilərkən isə Gəncənin bəzi məhəllələri Qala divarlarından kənarda saxlanılıb.
1606-cı ildən etibarən isə, I Şah Abbas da bu sahədə müəyyən quruculuq işləri həyata keçirmişdir. Ümumiyyətlə, XVI-XVII əsrlərin hüdudlarında Gəncə şəhəri dörd hissədən ibarət olmuş və şəhər qalası xüsusi əhəmiyyəti ilə seçilmişdir:
1 Bayır şəhər
2 Şəhristan
3 İçqala
4 Narınqala
XVI əsrin sonu, XVII əsrin əvvəllərində Gəncə şəhəri dörd hissədən Bayır şəhər, Şəhristan, İçqala və Narınqaladan ibarət idi. 1868-ci ildə Gəncə Qafqazın quberniya mərkəzinə çevrildikdən sonra şəhərin yeni baş planı tərtib olunur. 1873-cü ildə təsdiq olunmuş baş plana əsasən qala divarları sökülür, yerində Avropa sayağı məhəllələr salınır. Hazırda Gəncə Qalasının çox kiçik hissəsi Şirəlibəy bürcü bugünki nəsillərə yadigar qalmışdır. 2007-ci ilin bu qala divarında bərpa işləri aparılmışdır.
Ümumiyyətlə isə 17-19 əsrlər ərzində Gəncənin 72 məhəlləsi olub: 1)Çölək, 2)Sadıllı, 3)Şəmbiatlı, 4)Sarvanlar, 5)Mollacəlilli, 6)Misgərlər, 7)Seyidli, 8)Ayalmaz, 9)Arazbar, 10)Dəmirçilər, 11)Qacarlar, 12)Qazbinlər, 13)Sofulu, 14)Haxlı, 15)Tatabad, 16)Toyuqçular, 17)Şahsevənlər, 18)Qıllılar, 19)Sutökülən, 20)Qaramanlı, 21)Gorqi, 22)Noraşen, 23)Şərəfxanlı, 24)Tapqışlaq, 25)Şamlı, 26)Qırkilimşi, 27)Xocalı, 28)Şabanlı, 29)Xələni, 30)Qazaxlar, 31)Qızılhacılı, 32)Qırıxlı, 33)Talalı, 34)Carlılar, 35)Toxanlı, 36)Üçtəpə, 37)Qərb qayalı, 38)Mollacəmilli, 39)Caqarlar, 40)Şöylü bəyli, 41)Özümbəyli, 42)Təbrizli, 43)Şayır görən, 44)Səbzəvad, 45)Allahdad, 46)Ərəbli, 47)İyirmidörd, 48)Balabağban, 49)Əttarlar, 50)Dulusçular, 51)Cuhudlar, 52)İmamlı, 53)Kilsəkənd, 54)Hacıməlikli, 55)Qulacadərəsi, 56)Hacıməlikli, 57)Şıx düzü, 58)Quruqobu, 59)Qarməmmədli, 60)Daş körpü, 61)Xarba yeri, 62)Qala, 63)Xanlıqlar, 64)Dördyol, 65)Şərbaflar, 66)Aşıqlar, 67)Böyük bağban, 68)Çaylı, 69)Haçayeri, 70)Boyaqçılar, 71)Sədən, 72)Sabirabad
Dünən, 12:08
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Dünən, 11:46
Yol polisi sürücülərə müraciət etdi
Dünən, 11:41
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Dünən, 11:37
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Dünən, 10:32
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Dünən, 10:29
Azərbaycanda insanlar bu qədər yaşayır - NAZİRLİK AÇIQLADI
Dünən, 10:24
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO
Dünən, 10:19
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Dünən, 10:14
Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
Dünən, 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
9-10-2026, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
9-10-2026, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
9-10-2026, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
9-10-2026, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
9-10-2026, 13:19
Azərbaycanda maaş artdı
9-10-2026, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
9-10-2026, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
9-10-2026, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
9-10-2026, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
9-10-2026, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
9-10-2026, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
9-10-2026, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
9-10-2026, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
9-10-2026, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
9-10-2026, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
9-10-2026, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi