Evləndikdən sonra sevginin bitməsini istəmirsinizsə... - 8 QAYDA
Maraqli
Oxunub: 1 127
11 dek 2015 | 19:13
Evləndikdən sonra sevginin bitməsini istəmirsinizsə... - 8 QAYDA










Bir göz qırpımında keçən zaman, gündəlik həyat, uşaq baxımı, karyera hədəfləri... Bunlarla başa çıxmağa, həyatla ayaqlaşmağa çalışarkən çox vaxt həyat yoldaşımızı və evliliyimizi arxa plana atırıq sanki

Edəcəyiniz çox kiçik toxunuşlarla evliliyinizi canlı tutmaq mümkündür. Aile.lent.az bunlardan bir neçəsini təqdim edir.

Bir-birinizə vaxt ayırın

Evin işlərini bir tərəfə buraxın, uşaqları yatızdırın, həyat yoldaşınızla söhbət edin. Gün ərzində nələr etdiyinizi müzakirə edin. Planlaşdırdığınız şeylərlə bağlı fikrini öyrənin. Ortaq müzakirə mövzularınızı zənginləşdirin.

Sadəcə ikiniz ola biləcəyiniz şəraitlər yaratmağa çalışın

Birlikdə etməkdən zövq aldığınız bir şeylər tapın: tenis oynayın, kinoya gedin, alış-veriş edin, telefon, kompüter və s. kimi əşyaları bir kənara buraxın. Rəqs kursuna gedin, qaçın. Qeyd edək ki, həyat yoldaşlarının bir-biriylə dost olmaları, birlikdə vaxt keçirməkdən zövq almaları evliliyi canlı tutan vacib amildir.

Müəyyən aralıqlarla evliliyinizlə bağlı danışın

Bir-birinizə qarşı nə qədər diqqətcilsiniz, hər iki həyat yoldaşı bu evlilikdə nə qədər xoşbəxtdir, bu evlilik hər ikinizin ehtiyaclarını nə qədər qarşılayır, daha yaxşı olması üçün nə edilə bilər? Bunları açıq şəkildə danışaraq münasibətinizdə ortaya çıxa biləcək problemləri minimuma endirmiş olarsınız. Ağlınızda dolaşan, sizi narahat edən həyat yoldaşınızın xoşlamadığınız davranışını içinizdə saxlayıb deməsəniz, sonra gec olacaq.

Hər zaman baxımlı və təmiz olun


"Artıq evlənmişik, məni bəyənib alıb, bundan sonra onun üçün özəl bəzənib-düzənməmə ehtiyac yoxdur", - düşüncəsinə qapılmayın. Baxımlı olmaq insanın özünə və qarşısındakına olan hörmətinin göstəricisidir. Şəxsi gigiyenanıza, xarici görünüşünüzə diqqət edin. Cütlüklər belə məsələlərdə nöqsan görəndə bir-birinə rahat ifadə edə bilmədikləri üçün sakitcə uzaqlaşırlar.

Kiçik sürprizlər edin

Həyat yoldaşınızı təəccübləndirin, gün içində gözləmədiyi anda ona romantik bir mesaj göndərin. Sevgili olduğunuz vaxtlarda dinlədiyiniz mahnılardan ibarət disk hazırlayıb ona hədiyyə edin. Romantik masa hazırlayın. İş yerinə çiçək göndərin, çox istədiyi bir şeyi ona hədiyyə alın, məktub yazıb poçtla göndərin. Yoldaşınıza edəcəyiniz kiçik sürprizlərlə onu hələ də düşündüyünüzü və önəmsədiyinizi göstərərək evlilikdəki durğunluğun önünə keçmiş ola bilərsiniz.

Münasibətinizə diqqət edin


Yoldaşınıza sıx-sıx onu bəyəndiyinizi, onunla birlikdə olmaqdan çox xoşbəxt olduğunuzu ifadə edin. Ona təriflər söyləyin. Mübahisə və danışıqlar zamanı sərt ifadələr istifadə etməkdən qaçın. Yoldaşınıza qarşı açıq və səmimi olun. Hər zaman ona qarşı yaxşı davranmaya bilərsiniz. Ancaq belə hallarda da ondan üzr istəməkdən çəkinməyin. Qətiyyən kin tutmayın. Ondan küsməyin.

Hər zaman yanında olduğunuzu ona hiss etdirin


Uğurlarını tərif edin, uğursuzluqlarında yanında olun, üzüntülərində təsəlli edin. Hər məsələdə dəstək göstərin. Ən yaxın dostu siz olun.

Mütəxəssis dəstəyi almaqdan çəkinməyin


Çox problemləriniz varsa, ailə terapevtinə getməkdən çəkinməyin.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"