Yemək zamanı su içək, ya yox? - HƏKİM MƏSLƏHƏTİ
Maraqli
Oxunub: 1 259
23 noy 2015 | 13:46
Qastroenteroloq Anar Salayevin Aile.lent.az-a müsahibəsini təqdim edirik.
Yemək zamanı su içək, ya yox? - HƏKİM MƏSLƏHƏTİ
- Son zamanlar ən geniş yayılmış mədə-bağırsaq xəstəlikləri hansılardır?

- Qastro-ezofageal reflüks xəstəliyi – bu, qida borusunun aşağı nahiyəsində mədə turşuluğunun artması ilə əlaqədardır, bəzi yırtıqlardan dolayı mədə turşuluğunun qida borusuna qayıtması nəticəsində əmələ gəlir. Bu xəstəliyə daha çox düzgün qidalanmayan, çəkisi artıq olan, şəkərli diabet xəstələrində, həyat tərzinə düzgün nəzarət etməyən insanlarda daha çox rast gəlinir. Mədə və onikibarmaq bağırsağın xorası da geniş yayılıb. Bəzən bağırsağın iltihabı problemi ilə müraciət edənlər olur. Yəni, xoralı kolit, kron xəstəliyi kimi iltihabi xəstəliklər nəzərdə tutulur. Bunlar hazırda dünyada tibb sahəsində kifayət qədər böyük problemlərdir. Xəstəliklərin səbəbi tam aydınlaşdırılmadığı üçün köklü müalicəsi problem olaraq qalır. Bundan başqa, təəssüf ki, cavanlarda, xüsusilə, 30 yaşdan yuxarı insanlarda mədə bağırsağın bəd xassəli törəmələri, mədə, qida borusu, düz bağırsaq, yoğun bağırsağın digər nahiyələrində olan xərçəngə daha çox rast gəlinir. Təəssüf ki, biz bu xəstəlikləri nadir hallarda ilkin mərhələdə müəyyən edə bilirik. Çünki başlanğıcda bu xəstəliklər o qədər də narahatlıq vermir, lap inkişaf edir, hətta xəstə özünü yaxşı hiss edir. Amma tədricən, çəkinin azalması, iştahanın kəsilməsi müşahidə olunur. İlkin mərhələdə heç bir ağrı olmur, sadəcə mədə yanğısı ola bilər. Bağırsaq problemləri olan xəstələrdə qəbizlik yaranır. Yəni, problemi olmayan insanlarda birdən-birə qəbizlik əmələ gəlir, ishalla əvəz olunur. Bu əlamətlər varsa, ilk növbədə bədxassəli problemlər barədə düşünürük. Müayinə mütləq olunmalıdır. Xəstələr çox zaman müayinədən qaçırlar. Həkimə getmirlər, müraciət etmək istəmirlər. Hətta getsələr belə, tövsiyə olunan müayinələrdən keçmək istəmirlər. Təbii ki, burada müəyyən subyektiv və obyektiv səbəblər ola bilər. Müayinədən qaçmağın əsas səbəblərindən biri də budur ki, insanlar nəyinsə aşkar olunacağından qorxurlar. Halbuki zamanında aşkar olunan bəzi xəstəliklər müalicə oluna bilər.

- Mədə-bağırsaq xəstəliklərinin ilkin mərhələlərdə heç bir narahatlıq yaratmaması nə ilə əlaqədardır?

- Söhbət xərçəng xəstəliyindən gedirsə, yerindən və formasından asılı olaraq, xərçəng gizli inkişaf edir. Orqanizmin müəyyən funksiyalarını pozmadan öncə çox da problem yaratmır. Buna görə ilkin mərhələdə heç bir əlamət özünü büruzə vermir. Xərçəng xəstəliyi gizli gedən prosesdir.

- Bəs tez-tez müayinəyə gedən insanlarda necə, zamanında aşkar oluna bilərmi?

- Ultrasonoqrafiya və qan analizi bu xəstəliyin əlamətlərini göstərməyə bilər. Lakin endoskopik müayinə zamanı ən xırda dəyişikliyi belə, aşkar etmək mümkündür. Xəstələr endoskopik müayinədən qorxurlar. Amma yalnız bu yolla mövcud dəyişikliyi gözlə aydın görmək olar. Nə rentgen, nə də ultrasəs müayinəsi zamanı xəstəliyi aşkar etmək mümkün deyil. Müasir tibdə endoskopik müayinə tamamilə ağrısız aparılır. Xəstə anesteziya üsulu ilə yatızdırılır.

- Rejimsizlik və düzgün qidalanmamaq. Mədə-bağırsaq xəstəliklərinin yaranmasına bu iki amildən hansı daha çox səbəb olur?

- Qəbul etdiyimiz qida bizi yaşadır, amma onu qəbul etmə qaydası da vacib faktordur. Çünki biz sağlam qidanı nəzarətsiz qəbul etsək, istədiyimiz qədər, heç bir normaya uyğun olmadan, həddən artıq, yaxud, əksinə, miqdarından az qəbul etsək, müəyyən fəsadlar yarana bilər. Məsələn, su. Susuz həyat yoxdur, amma onun da miqdarı var. Qida nə zaman, necə qəbul olunmalıdır? Günün hansı hissəsində hansı qidaları qəbul etmək olar və ya olmaz? Bunlara çox az riayət olunur. Amma əlimizdən gələn qədər müəyyən qaydalara riayət etsək, bəzi fəsadların qarşısını almaq olar.

- Yeri gəlmişkən, bir çox həkimlər səhərlər ac qarına su içməyi məsləhət görürlər...

- Bu, ilk növbədə mədə-bağırsağı yeyiləcək yeməyə hazırlayır. Bütün fermentləri, prosesləri aktivləşdirir. Xüsusilə bağırsaq problemi olan xəstələrdə suyun stimullaşdırıcı funksiyası var. Hətta suyun hansı temperaturda olması mühüm əhəmiyyət kəsb edir. Çünki bir çox fermentlər sudan ibarətdir. Kimyəvi reaksiyalar su mühitində gedir. Suyun qəbul olunmaması müəyyən fəsadlara gətirib çıxara bilər. Günün sonunda da su qəbul etmək ürək-damar sisteminə müsbət təsir edir, insultun, infarktın qarşını alır.

- Günün müəyyən saatlarında yeməkdən əvvəl və sonra su içmək necə, məsləhətdirmi?

- Bəli. Yeməkdən yarım saat öncə və bir saat sonra müsbət təsir göstərir. Əvvəllər belə bir fikir var idi ki, yemək zamanı su içmək olmaz. Amma türklərə baxanda görürük ki, süfrədən su əskik olmur. Mən bunun elmi əsası olub-olmadığını bir qədər araşdırdım. Təbii ki, yeməklə bərabər çox miqdarda su içilməməlidir. Amma qurtum-qurtum qəbul etmək həm qidanın yaxşı həzm olunmasına, həm də fermentlərin daha da yaxşı aktivləşməsinə yardımçı olur.

- Maddələr mübadiləsinin pozulması hansı amillərlə əlaqədardır?

- Burada bir çox faktorlar rol oynayır. İlk növbədə genetik, daha sonra xarici faktorlardan dolayı, düzgün qidalanmamaq, zərərli vərdişlər, rejimsizlik, eləcə də müəyyən xəstəliklər zamanı maddələr mübadiləsi pozulur.

- Yəqin ki, GMO qidaların da payı olmamış deyil...

- Bu problemlə biz hər gün qarşılaşırıq. Bu gün dünyada ən böyük problemlərdən biri də GMO qidalarla bağlıdır. Bir çox ölkələr bu cür məhsulların idxalına qadağa qoyan qanunlar qəbul ediblər. Amma istər-istəməz bu növ qidalar bazara daxil olur. GMO qidalar birmənalı şəkildə ziyandır. Çünki orqanizm təbii qidalara alışıb. Bu gün otun verdiyi xeyir, dərmanın verdiyi xeyirdən çoxdur. Tədqiqatlar nəticəsində sübut olunub ki, orqanizmdəki makro və mikro elementlərin miqdarı torpaqdakı eyni elementlərin miqdarı ilə eynidir. Bu da o deməkdir ki, torpaqdan gələn hər növ qida xeyirlidir. Amma kimyəvi üsulla istehsal olunan qida ziyandır. Hətta bu növ qidaların daimi rasiona daxil edilməsi böyük fəlakətlərə səbəb ola bilər. Dərman sənayesi inkişaf edib, sənaye üsulu ilə hazırlanan qidalar istehsal edən şirkətlər də eyni zamanda. Amma nəticə budur ki, xəstəliklər, xüsusilə, xərçəng xəstəliyi artıb. Deməli, dərmanların, eyni zamanda hazır qidaların xeyrindən çox, ziyanı var. GMO qidalar insanlarda ruhi xəstəliklərə də gətirib çıxara bilər. İnsanlarda kin, ədavət, aqressiya yaradır. Çünki bu növ qidalar insanın genini, hüceyrə quruluşunu pozur.

- Siz həkim olaraq, insanlara nə məsləhət görürsünüz?

- Meyvə-tərəvəzlərə, bal məhsullarına üstünlük vermək lazımdır. Süd məhsullarına isə diqqət etmək lazımdır. Çünki bəzi məhsullara qatqı maddələri əlavə edirlər. Marketlərdə satılan qatıqları uşaqlara vermək olmaz. Çərəzləri təbii halında, yəni qabıqlı şəkildə almaq lazımdır.

- Payız-qış mövsümündə orqanizmi möhkəmləndirmək üçün müəyyən vitaminlər qəbul edirik. Bu vitaminlər nə dərəcədə təsirlidir?

- Orqanizm üçün lazım olan elementləri qida ilə alsaq, səhərdən axşama qədər qidalanmalı olarıq. Çünki orqanizmə tələb olunan elementlərin miqdarı bir qidada toplanmayıb. Məsələn, gündəlik dəmirə olan ehtiyacı ödəmək üçün gün ərzində bir neçə kilo alma yemək lazımdır. Bu, mümkün deyil. Nəinki, qışda, hətta yay aylarında insan orqanizm üçün lazım olan maddələri – yağ, zülal, vitaminlər, karbohidratları, eyni zamanda suyu yalnız yeməklə ala bilməz. Çay, şorbada da su var. Amma biz gün ərzində 2-2,5 litr adi su içməyi məsləhət görürük. O, cümlədən, qidalar. Makro, mikro elementlər, zülallar, yağlar, karbohidratları yeməkdən almaq mümkündür. Amma beynin işləməsi üçün lazım olan müəyyən maddələr var ki, onları yalnız qida ilə qəbul etmək qeyri-mümkündür. ƏXüsusən də müasir dövrdə qəbul etdiyimiz qidalar buna imkan vermir. Ona görə də balansı qorumaq üçün bioloji aktiv əlavələrdən istifadə etmək olar. Mikroelementlər, vitaminlər, kapsul şəklində balıq yağlarını qəbul etmək olar.

- Bəs bu növ vitaminlərin ziyanı varmı?

- Həddən artıq qəbul olunarsa var. Yaxşı olar ki, həkim tövsiyəsi ilə qəbul olunsun. Müəyyən periodlarla içmək məsləhətdir. Balıq yağı çox xeyirlidir. Görməni yaxşılaşdırır, beynin işinə, fiziki və zehni əməklə məşğul olan insanlara çox yaxşı təsir göstərir. Qan damarlarında tıxaclanmanın qarşısını alır, eyni zamanda ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Amma vitaminlərin həddən artıq qəbulu hipervitaminoza səbəb ola bilər.

- Şirniyyat məhsullarının da həm xeyirli, həm də ziyanlı tərəfləri var. Xüsusilə, uşaqlar üçün. Nəzərə alsaq ki, uşaqlar şirniyyatı çox sevi, onları bu məhsullardan çəkindirmək mümkün olmur. Bəs valideynlərə nə məsləhət görə bilərsiniz?

- Şəkər əvəzedicilərindən istifadəni tövsiyə etmirəm. Bu maddələr daha çox şirələrin tərkibində olur – limonadlar, qazlı sular və s. Kimyəvi olduğu üçün xərçəngə səbəb olduğu sübut edilib. İshala da səbəb ola bilər. Bu, müəyyən maddələrin orqanizmdən xaric olunması deməkdir. Nəticədə mədə-bağırsaqda müəyyən problemlər yaranır. Uşaqlara təbii şəkərlər vermək lazımdır, məsələn, meyvə. Az miqdarda meyvə şirəsi də olar. Əsasən, meyvənin özünü, yaxud ləti ilə birgə çəkilmiş şəkildə vermək lazımdır. Tərəvəzlərə üstünlük vermək lazımdır, məsələn, yerkökü.

- Bəs uşaqları şokoladdan çəkindirmək üçün nə etmək olar?

- Şokoladı azaltmaq lazımdır. Həftədə bir dəfə təmiz qara şokoladdan istifadə etmək olar. Yeməkdən bir neçə saat sonra olsa, yaxşı olar. Amma yemək əvəzinə uşağa şokolad vermək iştahasızlıq əmələ gətirəcək. Çünki bu məhsul toxluq hissi yaradır.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu