Zəlzələ yerin altından yox, göydən gəlirmiş
Maraqli
Oxunub: 4 652
23 sen 2015 | 17:28
Zəlzələ yerin altından yox, göydən gəlirmişBəşəriyyət tarix boyu minlərlə insanların ölümünə, yaralanmasına və itkin düşməsinə səbəb olan təbii fəlakətlərə şahid olub. Belə təbii fəlakətlərdən biri də təkcə adıyla insanlarda vahimə yaradan zəlzələdir. Zəlzələ tektonik proseslər səbəbindən yeraltı təkanların yaranması və Yer səthinin silkələnməsidir. Hər il Yer üzərində həm dənizlərdə, həm okeanlarda, həm də qitələrdə yüzlərlə zəlzələlər qeydə alınır. Bəs zəlzələnin əsl yaranma səbəbi nədir? Zəlzələ nədən yaranır? Çox təəssüfki, bu günümüzə qədər zəlzələnin yaranmasının səbəbi tam olaraq məlum deyil. Bir çox alimlər zəlzələnin yaranmasıyla baglı bir cox mülahizələr irəli yürütsələr də yenə də bu qəddar təbiət hadisəsinin sirrini aça bilməsələr də, ama zəlzələnin yaranmasıyla baglı bəzi mülahizələri irəli sürürlər.
Nə qədər müəmmalı görünsə də, zəlzələ yerin altından yox, göydən gəlirmiş. bu belədir. Səbəbini aşkarlamaq üçün gəlin bir neçə fakta diqqət yetirək. Çoxdandır ki, müasir astroloqlar arasında bilicilik üzrə rəqabət gedir. Özü də bu yarış fəlakətləri qabaqcadan söyləmək baxımından ölçülür. Ümumdünya təcrübəsi göstərir ki, bu sahədə Hind astroloqları başqa xalqlardan olan həmkarlarını əməlli başlı üstələyiblər. Məsələn Hindistan seysmoloqları əhalini arxayınlaşdırdıqları vaxt, astroloji yarışda birinci yerdə gedən Caypradkaş Madhan Raykot şəhərinin axşam qəzetində qarşıdakı güclü zəlzələdən xəbər verib. Onun yazısı yanvarın 13-də çıxıb , Hindistanda zəlzələ isə həmin ayın 26-da olub. Astroloq bildirib ki, Saturnun Mars və Plutonla xüsusi düzülüşündən 8 gün əvvəl belə bir fəlakət baş verəcək. O hətta bu planetlərin hərəkətləri ilə əlaqədar dəmiryol qəzalarının və bir sıra başqa bəlaların da artacağını bildirmişdi. Alimin söylədiyi proqnozların hamısı deyilən vaxt həyata keçdi. Qəzet astroloqu Dejan Daruvalla isə öz bəd proqnozlarını 2000ci ilin aprelindən söyləyib. O tək zəlzələlərdən yox, həm də ekoloji fəlakətlərdən, çaxnaxmalardan, radioaktiv qaz sızıntılarından, partlayışlardan, qəzalardan da xəbər verib. Bu astroloq da həmin bəlaları Saturnun Mars, Venera, Yupiter və Günəşlə əlaqədar hərəkətləri ilə izahlayıb.
Burada maraqlı bir faktı nəzərə çatdırmaq yerinə düşərdi: seysmoloqlar ən müasir cihazlarla təmin olunmalarına baxmayaraq, hələ də zəlzələləri əvvəlcədən xəbər verə bilməyiblər. Onlar yalnız mövcud yer təkanlarını qeyd etməyi bacarırlar. Halbuki, astroloqlar ta qədimdən bu bəlanın vaxtını təxmini də olsa müəyyənləşdirə biliblər. Əslində tarixi hadisələr də zəlzələlərin planetlərin, Günəş və Ayın düzümündən törəməsini təsdiqləyir. Çox uzağa getməyək, götürək elə 1999cu ildə Günəş tutulmasını. Bütün qədim mənbələr Günəş və Ayın tutulmasının Yerdə fəlakətlərlə nəticələnəcəyindən xəbər verir. Bu da məlumdurki həmin il tam Günəş tutulması Türkiyədə, təxminən 80% Azərbaycanda, Türkmənistanda, həmin trayektoriyadakı bir sıra dövlətlərdə müşahidə olunub. Bu hadisədən az sonra Türkiyədəki 7.4 gücündəki zəlzələnin vüsətindən sözsüz ki, hamınız xəbərdarsız. Bir qədər gec isə Azərbaycandakı, Türkmənistandakı təkanlardan, o cümlədən həmin trayektoriyadakı digər zəlzələlər də hamının yaddaşındadı. Yalnız bir şey məlumdurki, Yerin bəzi ərazilərində vaxtaşırı zəlzələlər olur, bəzi yerlərdə (Ərəbitan yarımadası, Abş-ın mərkəzi və şimali ştatları, Afrikanın bir cox regionları və s. ) isə heç vaxt zəlzələ olmur. Həmin seysmoloji aktiv regionlarda zəlzələlər Günəş və Ay tutulması,o cümlədən planetlərin müəyyən düzümləri zamanı baş verir. Artıq çoxillik tarixdən məlumdur ki, İtaliya, Yunanıstan, Türkiyə, İran, Ermənistan, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan, Hindistan, Nikaraqua, Honduras, Yaponiya, Çili, ABŞ-ın Kaliforniya sahilləri və s. seysmoloji aktiv regionlardır. İndoneziya və Yaponiya isə xüsusilə seysmoaktiv ərazilərdir. Bəs, görəsən, bu zonalarda yer titrəyişlərinin səbəbi nədir? Nə üçün zəlzələlər əsasən dəniz və okeanlarda baş verir? Seysmoloqlar titrəyişlərin səbəbini Yerin altında axtararaq, dərin süxurlarda temperaturun yüksəkliyindən əriyib lava halına düşmüş qatların, isti qazların hərəkəti, onların yuxarı çıxmaq üçün yer axtarmaları və sairə kimi şeylərlə izah etməyə çalışırlar.
Zəlzələ yerin altından yox, göydən gəlirmişBəs əsl həqiqət haradadır?
Bu bir faktdır ki, gecələr Ay cazibəsi sayəsində dəniz və okeanların suları qabarır, hətta sahildən də kənara çixir. Ay batandan sonra isə yenə də əvvəlki səviyyəsinə qayıdır. Əgər Ay, Yer suyunu "dartmaq" xüsusiyyətinə malikdirsə, deməli planetlər də Yer təkindəki hər hansısa elementi "dartıb" üst süxurları tərpədərək, zəlzələ yaratmaq imkanına malikdirllər. Elə seysmoloji aktiv regionları da bu nöqteyi nəzərdən izah etmək mümkündür: sadəcə olaraq, həmin ərazilərdə cazıbəyə məruz qalan müvafiq elementlər digər yerlərə nisbətən çoxdur. Bu əsasla da Günəş tutulmasının zəlzələlərə təsirini anlamaq mümkündür. Ola bilər ki Günəşin şüaları və ya elektromaqnit dalgaları planetlərin bu cazibə qüvvəsini neytrallaşdırır. Ay Günəşlə Yerin ortasında durarkən bu neytrallaşdırmadan məhrum olan Yer yenə də həmin cazibəyə məruz qaldığından zəlzələlər baş verir.
Əlbəttəki Yer tərpənişlərinin az, Saturnun cazibəsinin isə daimi olduğunu, zəlzələlərin həmişə Günəş, Ay tutulmalarına təsadüf etməməsini nəzərə alsaq, bu fərziyyə bir qədər inandırıcı görünməyə bilər. Ancaq başqa planetlərin də Saturn qüvvələrinə maneciliyini və müəyyən düzümdə bu müqavimətin minimuma enməsini nəzərə alsaq, məsələ bir qədər aydınlaşar.
Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, zəlzələni, vulkanı, sunamini və daşqınları doğuran səbəblər Yer altından yox, fəzadan gəlir. Bu da ki, planetlərin Yer təkindəki bəzi elementləri cəzb edərək hərəkətə gətirməsi sayəsində üst süxurun tərpənməsindən yaranır. Sübut isə astroloqların verdikləri çoxsaylı proqnozların həyata keçməsidir.

P.S. Bir çox heyvanlar zəlzələnin baş verəcəyini əvvəlcədən hiss edirlər. Bu zaman onlar qəribə davranışları ilə diqqəti çəkirlər. Məsələn, toyuqlar hinə, donuzlar dama girmək istəmir, mal-qara fərqli bir səslə mələşir, sanki hansısa həyəcanı xəbər vermək istəyirlər. İtlər ulaşır, siçanlar yuvalarından çıxıb qaçırlar, atlar kişnəyir, o yan- bu yana qaçırlar. İlanlar qış yuxusunda olsalar da zəlzələni hiss edən kimi gizləndikləri yerdən çıxırlar. 1964-cü ildə Alyaskada güclü zəlzələdən iki həftə əvvəl boz ayılar qış yuxusundan oyanıb təpəliklərə qaçmışdılar. 2008-ci ildə Çinin Siçuan əyalətində baş verən güclü zəlzələdən qabaq şəhərin magistral yolunda minlərlə qurbağalar görünmüşdür. 2011-ci ildə Yaponiyada baş verən dəhşətli zəlzələ və Sunamidən bir neçə gün qabaq Sakit okeanın bəzi sahillərində minlərlə balıq ölü tapılmışdı.

Günel Məmmədova
Dünən, 16:00
Paşinyanın referendum XOFU
Dünən, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Dünən, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Dünən, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Dünən, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Dünən, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Dünən, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Dünən, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Dünən, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Dünən, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Dünən, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Dünən, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Dünən, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Dünən, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Dünən, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Dünən, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Dünən, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Dünən, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Dünən, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Dünən, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Dünən, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
21-07-2026, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
21-07-2026, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
21-07-2026, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."