Gəncəbasarda alman kolonistlərinin məskunlaşması tarixi
Gəncə mahalında alman kolonistləri əsasən Gəncə çayının sağ sahili boyunca indiki Göygöl rayonuna kimi olan ərazidə və Şəmkir rayonunda yaşamışlar. 1818-ci ildə Şəmkirə köçürülən vürtemberq almanlarına mahalın ən məhsuldar yeri hesab olunan torpaqlar verilmişdir ki, bu torpaqların da çoxu Şəmkir sultanlarının nəslindən olan Böyük ağaya mənsub idi. Şəmkirdə məskunlaşmış almanlar Gəncə şəhərinin 20 verstliyində, Şəmkir çayının sahilində Annenfeld koloniyasını salmışdılar.Həmin illərdə Gəncəyə köçürülmüş almanların digər bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad xana məxsus olmuş torpaqlar verilmişdi. Onlar Gəncənin 7 verst güneyində indiki Göygöl rayonunda koloniya salmışdılar və 1819-cu ildə koloniyanı böyük knyaginya Yelenanın şərəfinə Yelenendorf adlandırmışlar. Gəncə almanları 1941-ci ilə kimi bu mahalda yaşamışlar. 1897-ci il məlumatına görə Gəncə vilayətində almanların sayı 4 min nəfərə çatırdı.
Yaşadıqları dövr ərzində alman kolonistləri sənaye sahəsində də böyük işlər görmüşlər. Gəncəbasarın o vaxtki tarixini sahifələsək, Forer, Hummel və Simens qardaşlarının Gəncənin iqtisadiyyatında qazandıqları nailiyyətləri görə bilərik.
1883-cü ildə Gəncədə Forer qardaşları tərəfindən ikinci buxar dəyirmanının əsası qoyuldu. 1902-ci ildə Forerlərin dəyirmanında İsveç maşınları yerləşdirildi.Bu dəyirmanda üç növdə istehsal olunmuş un nəinki şəhərin özündə, eyni zamanda başqa şəhərlərdə də satılırdı. 1905-ci ildə Forer qardaşları tərəfindən yeni bir sənaye müəssisəsinin,Rektifikasiya spirti istehsal edən zavodlardan birinin əsası qoyuldu. Yelenendorf alman koloniyasında fəaliyyətə başlayan “Forer və oğlanları” şirkətinin Gəncənin də iqtisadi həyatında böyük rol oynamışdı. 1913-cü ildə qardaşlar şirkətin əsasında "Forer qardaşları" ticarət evini yaratdılar. Qardaşların təkcə Gəncə şəhərində rektifikasiya spirti zavodunun 10-a yaxın anbar və zirzəmisi, eləcədə Gəncə dəmiryol stansiyasında Forerlərin 6 şöbədən ibarət şərab satışı zirzəmisi var idi. O dövrdə Gəncədə Zərrabi məhəlləsində XIX əsrin ortaları üçün yeganə teatr binası olan "Forer" şəhər teatrı da fəaliyyət göstərirdi. Həmin teatr hazırda C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur.
Gəncədə burjuaziya formalaşdıqca böyük nüfuz qazanmış Forer qardaşları və Hummel qardaşları yeyinti məhsulları istehsalının müxtəlif sahələrini öz əllərinə almışdılar. 19-cu əsrin əvvəllərində Gəncə qəzasına köçmüş alman kolonistlərindən olan Hummel qardaşları 1900-cu ildə Yelenendorfda "Hummel qardaşları" ticarət evində fəaliyyət göstərirmişlər. Onların Gəncəbasarda və Rusiyanın bir sıra şəhərlərində şərab-konyak istehsalı ilə məşğul olan müəssisələri və istehsal sahələri vardır. Lakin sonradan "Hümmel qardaşları" ticarət evinə məxsus sənaye müəssisələri və torpaq mülkləri 1916-cı ildə yaradılmış "Zaqafqaziya şərabçılığı" səhmdar cəmiyyətinə satılmışdır. Forer və Hummel qardaşları ilə yanaşı Gəncə dairəsinin sənaye tarixində Simens qardaşlarının da böyük izləri vardır. 19-cu əsrin 50-ci illərində Simens qardaşları öz şirkətlərini yaratdılar. Simens qardaşları şirkətinin əsas sənaye müəssisələri Gədəbəy rayonundaydı. Gədəbəydə kəşf edilmiş mis filizi əsasında yaradılan Gədəbəy mis əritmə zavodu sonralar Simens qardaşlarının əlinə keçmişdir. 1883 ildə isə Qalakənd mis əritmə zavodu yaradılmışdır. Gədəbəy-Qalakənd zavodlarında istehsal olunan mis məhsulları və qızıl-gümüş Rusiya bazarlarına çıxarılırdı.
1902-1920-ci illərdə alman mexanikləri olan Zinger qardaşlarının firmasının istehsal etdiyi, o zamanın texnoloji ugurlarından olan tikiş maşınlarının Gəncədə də satış dükanı olmuşdur. Həmin dükanın yerləşdiyi binanın fasadında Zinger tikiş maşınının forması belə həkk edilmişdir. Bina sanki tikiş maşınının görkəmini xatırladır. Qeyd etmək istərdimki bu bina hazırda Gəncədə Cavad xan küçəsində bir iaşə obyekti kimi fəaliyyət göstərir və tarixi əsər kimi dövlət tərəfindən qorunur.
1914-cü ildə I Dünya Müharibəsi başlayanda çar Rusiyasının tələbiylə alman kolonistləri Gəncədən köçürüldü. Köçürülmə zamanı almanlar hakimiyyət tərəfindən haqsızlıqla üzləşdi. Hər alman dəbdəbəli evini 40 qızıla və adi evini 20 qızıla dəyişərək, heç nə aparmamaq şərtiylə köçməliydi. Bu haqsız qərarı yerli əhali yaxşı qarşılamır və həmin xeyir duasız evləri almaqdan imtina edirlər. Lakin şəhərin erməni əhalisi bundan sui istifadə edərək, həmin evlərə yiyələnirlər. Təəssüflər olsunki, ermənilər XX əsrin 90-cı illərinədək həmin evlərdə yaşamışlar .Alman kolonistlərinin vaxtilə yaşadığı Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında inşa etdirdiyi yaşayış evləri və dini abidələri bu günümüzədək qorunub saxlanılır. Gəncədə Gəncə çayının sağ sahilində yerləşən, qotik memarlıq üslubunda tikilmiş, vaxtilə dini mərkəzləri olmuş kilsə binası, hazırda “Kukla teatrı” kimi fəaliyyət göstərir. Göygöl rayonunda almanların dini mərkəzləri olmuş, hazırda Tarix və Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Müqəddəs Yelena kilsəsi Göygölün tarixi rəmzinə çevrilmişdir. Şəmkir rayonunda 1900-cü ildə tikilən alman kilsəsidə bu günümüzədək öz əzəmətini saxlayır. Sonda onu qeyd etmək istərdimki, vaxtilə Gəncədə və Gəncə bölgəsində məskunlaşmış alman kolonistləri öz tarixi izlərini, mədəniyyətlərini və hazırda mahalın tarixi incilərinə çevrilmiş, avropa üslubunda inşa edilmiş əzəmətli binalarını miras qoyub getmişlər. Biz Gəncəbasarlılar isə öz mərdliyimizə sadiq qalaraq, almanların bizə miras qoyub getdiyi mədəniyyəti və mədəni abidələri yadigar olaraq qoruyub saxlayırıq.
Günel Məmmədova
Dünən, 16:00
Paşinyanın referendum XOFU
Dünən, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Dünən, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Dünən, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Dünən, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Dünən, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Dünən, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Dünən, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Dünən, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Dünən, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Dünən, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Dünən, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Dünən, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Dünən, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Dünən, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Dünən, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Dünən, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Dünən, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Dünən, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Dünən, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Dünən, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
21-07-2026, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
21-07-2026, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
21-07-2026, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."