2018-ci ildə Azərbaycan tarixinə yazılacaq önəmli hadisələr
Maraqli
Oxunub: 600
5 yan 2018 | 11:10
2018-ci ildə Azərbaycan tarixinə yazılacaq önəmli hadisələr















Ötən il olduğu kimi, 2018-ci ildə də Azərbaycanda bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
AZTB.info Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Prezident seçkiləri oktyabrın 17-də keçiriləcək.

28 mayda isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq.

Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir. Yeni ildə ölkəmiz bir sıra mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək. Belə ki, 5-9 iyun tarixlərində Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing" növü üzrə dünya çempionatı keçiriləcək.

Bundan əlavə, Bakı şəhəri 15-18 mart 2018-ci il tarixlərində idman gimnastikası üzrə Dünya Kubokuna, 12-15 aprel 2018-ci il tarixlərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatına, 27-29 aprel 2018-ci il tarixlərində bədii gimnastika üzrə Dünya Kubokuna və 22-23 iyun 2018-ci il tarixlərində yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti – 82-ci iclası da 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək

27-29 aprel tarixlərində isə ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan Qran Prisi ilə cəlb edəcək.
Bu il Azərbaycan, həmçinin bir sıra mühüm siyasi tədbirlərə ev sahibliyi edəcək. 2018-ci ilin 3-6 aprelomdə Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək.

2018-ci ildə ölkəmiz üçün gözlənilən ən mühüm hadisələrdən biri də Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP layihəsinin işə düşməsi olacaq.

88 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı da bu il ölkəmizdə baş tutacaq.

Bundan əlavə, 2018-ci ildə Azərbaycanda beynəlxalq turizm, qida, neft və qaz, energetika və alternativ enerji, nəqliyyat, tranzit və logistika sərgi və konfransları keçiriləcək.
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi