Fədayə məhz buna görə "Qoca"nı sevmişdi - Rza Rzayev yazır
Maraqli
Oxunub: 658
5 noy 2017 | 00:50
Fədayə məhz buna görə "Qoca"nı sevmişdi - Rza Rzayev yazır















Rza Rzayev
O, o baxışı, o "baxmamağı" sevib.

Çoxdandı insanlarımız qurban vermir, ən yaxşı halda ildə bir dəfə qurban kəsirik, onu da öz aramızda qohuma - yaxına paylayırıq. İnanmırıq ki, kimsə qurbanı əsl ünvanına çatdıracaq və yaxud "qurban düşənlərə" çatdıracaq. Sadəcə , həmişə yediyimizə bu dəfə Qurban adı qoyub yeyirik. Qurban verməyi tam yadırğamışıq, çünki qurban getməyi sonra mənasız saydıq, sağ qalanlar dəyməz dedilər . Son günlər baş verən hadisə bu məsələni gündəmə gətirdi , iki məhbus qaçıb və yaxud qaçmaqlarına kömək olub. Biri tezcə təslim oldu, çünki əvvəldə məqsədini tam müəyyən etməmişdi, məqsədini qaçmağa qədər hesablamışdı , qaçandan sonra nə edəcəyini hesablamamışdı. Döyüşdə olduğu səngərdən çıxıb əvvəldən hara girəcəyini hesablamayan əsgər kimi. Çöldə yer tapa bilməyib içəridə yer elədiyi yeri də yenidən itirmiş oldu.
Mən"Qoca" ləqəbli məhbus isə çox şeyi hesablamışdı, məqsədi tək qaçmaq deyilmiş , başqa planları da qurulmuş imiş və ən sonuncunu da hesablamışdı. Onunla kimlərin necə davranacağını da öncədən bilmiş kimi. İçəridə yeri pis olmayan məhbusu qaçmağa nə vadar edə bilər? Heç demə içəridə ola - ola o, həm də çöldə özünə sevgi qazanmışmış, hətta çoxlarının çöldə qazana bilmədiyini, yolunda özünü ona qurban verənlər var imiş. Qurban verənlərdən bir də çoxumuzun ekranlardan tanıdığımız müğənni Fədayə imiş. Ağlı yerində olan biri, çöldə olan kişilərin çoxunu yaxından tanıyan və çoxu da təhlükəsiz hesab olunan kişilər. Amma həyatı risk altında olan və risk edib onunla görüşən, onu sevən müğənni. Bu məhbus özünü "çöldəkilərdən" necə fərqli göstərmişdi ki, ən azı bir neçə adam sonunu bilə- bilə bu adama özünü qurban verməyə hazır idi və verdilər. Niyə çöldə özünü bizə qurban verə biləcək adamları yetişdirə bilmirik, amma içəridə belələri var və onları hansısa səbəblərdən həbs etmişik, o səbəblərdən çoxumuz da azadlıqda şellənirik. Adama elə gəlir ki , onların çöldə olması çoxlarına əngəl yaradır.
Bəli , yaradır, bir az sonra buna aydınlıq gətirəcəm. Niyə çöldə belələrinin dəyərini bilmirik, çöldə onlara cəmiyyət üçün daha yararlı ola biləcəkləri imkanları yaratmırıq. Heç cəmiyyət içində olmusunuz? Hər yoldan keçən qadının hamının yanında arxasınca boylanan "kişiləri" görmüsünüz? Heç metroda , sıxlıqda, hamının içində şəraitdən istifadə edib hamının gözünün qarşısında adamın gözünün içinə baxa - baxa " özünü" qadınlara tərəf çəkən kişiləri görmüsünüz? Dayanacaqda avtobus gözləyən qadınlara maşın saxlayan kişiləri heç görməmisiniz?! Görmüsünüz! Bunlara etiraz edən kişiləri heç görmüsünüz? Yoxxx , çünki onların çoxunu müxtəlif səbəblərdən içəri salmışıq, bunları edənlər arxayındılar, bilirlər ki, kimsə nəsə deməyəcək, deyənlər ya içəridə, ya da içəri gedəcək...
Onda içəridə uşaq məhbuslarla "pis" davranan nadzoru qətlə yetirən və bu hərəkətin nəticəsinə görə özünün hansı fiziki , psixoloji təzyiqlərə məruz qalacağını öncədən bilən kişiyə , niyə kişi olmaq istəyənlər rəğbət bəsləməsin? Niyə hər addım başı restoran müdirlərindən, iş üçün münasibətdə olduğu "kişilərdən" her şeyin əvəzində "qadın "qarşılığı istənən Fədayəni içəridə "qadın" ehtiyacı olan bir kişi özünə bu qədər sevdirə bilib? Onun içəridə yata - yata Fədayəyə yaşatdığı nədi ki, çöldə siz onu neçə illərdi Fədayə içinizdə ola - ola sizdən görməyib? Siz çöldə Fədayəyə həmişə hansı gözlə baxmısınız ki, içəridəki, "qatil" ona elə baxmayıb, o, o baxışı, o "baxmamağı" sevib . Və bu baxışa görə qurban getməyin göz önünə alıb, bunu ürəklə edib. Dəyişə bilməyəcəyi nəticənin zövqün yaşayıb, bilib ki, bir daha çöldə bunu ona yaşadacaq kimsə yoxdu ...Kimsə çöldə ona o gözlə baxmayacaq. Bir həftə Azərbaycan güc sturukturlarını ayaq üstə saxlayan, hər yərdə axtarılan, bir neçə dəfə əldən çıxıb qaçan belə oğullarımızı niyə Azərbaycan ordusunun bəzi səbəblərdən gedə bilmədiyi, keçə bilmədiyi sədləri tək başına keçməsi, səsinin Yerevandan gəlməsini, düşmən ordusunu vahiməyə salmasını, düşmənin güc sutrukturlarını həftələrlə onu axtarmasına imkan tanımayaq? Onsuz da onun üçün təslim olmaq , yuxarı əl qaldırmaq anlayışı yoxdu, sona qədər döyüşmək, ya da ölmək var öz amalı üçün ... Qaçanı niyə öldürək ki, bəlkə Qoca bu qaçmaqla, təhlükə altında, sevgilisi ilə görüşməklə, təhlükə altında meşədə azaldığa əl eləməklə bu günə qədər heç kimin yaşamadığı zövqü yaşadı ki, ölüm onun üçün bu qədər adi gəldi. Heç biz azadlıqda, təhlükəsiz, axtarışda olmaya-olmaya o zövqü yaşamırıq. Öldürmək həmişə var , amma son deyil... Belə ölümlər rəğbət yaradır, yerləri boş qalmır... Yenə kəsdiyimiz qurbanı özümüz yedik, bundan heç kim qazanmadı. Bəlkə biz onu azadlıqdan aldığı zövqə görə öldürdük? Anasının başındakı yaylığın rənginə heç fikir verdiniz ? Azadlığın rənginə !
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı