Burun eşmək hansı xəstəliyin əlamətidir?
Maraqli
Oxunub: 721
6 okt 2017 | 17:56
Burun eşmək hansı xəstəliyin əlamətidir?













Burun eşmək hansı xəstəliyin əlamətdir?

Adətən uşaqlarda tez-tez rast gəlinəın davranışlardan biri də burunlarını eşmələridir. Lakin məlum məsələdir ki, uşaqlıqdan burunlarını eşən bəzi insanlar böyüyəndə də bu alışqanlıqlarını tərgidə bilmirlər. Bu da sosial həyatda, cəmiyyətdə heç də xoş qarşılanmayan haldır.
Bəs insan nə üçün burnunu eşir?

Bu haqda çox maraqlı araşdırma apardıq. Uzun müddət bu məsələnin üzərində “baş sındıran” psixoloqların şərhləri ilə tanış olduq.

Sən demə, burun eşmə alışqanlığı qeyri-iradi hal imiş. Ancaq real olan bir hal da var ki, “burnunda xəzinə axtarışına çıxan” insanlar adətən bunu gizlədirlər. Bəs bu zaman vəziyyət qeyri-iradi sayıla bilərmi?

Burnuna barmaq soxan uşaqar

Uşaqlarda müşahidə etdiyimiz burnuna barmaq soxmaq və eşməyin müxtəlif səbəbləri ola bilər. Əvvəla 2-3 yaşlardakı uşaqların bunu etməsi, özünü, orqanlarını tanıma məqsədi daşıya bilər. Məsələn 6-7 aylıq körpələrin ayaq barmaqlarını ağızlarına apardıqları tez-tez müşahidə olunan haldır. Belə ki, bu mərhələdə uşaq, dodaqlarından və dilindən özünü və ətrafı tanmaq məqsədi ilə istifadə edir.

Lakin uşaqların burunlarını eşmələri, xüsusilə erkən yaşlarda, ən çox valideynləri narahat edir. Bu cür uşaqlara xəbərdarlıq edilsə də, danlansalar da, yenə gizlincə burunlarını eşməkdə davam edirlər.

Burun öz funksiyasını yerinə yetirmir

Burun, qəbul edilən havanı titrək, incə tüklər vasitəsilə ağ ciyərlərə süzülmüş və təmizlənmiş halda göndərir. Hava soyuqdursa burun qəbul edilən havanı ilıq, istidirsə nəmləndirərək vəzifəsini icra edir. Burun bu funksiyasını icra edə bilməyəndə narahatçılıq yaradır.

Bu səbəbdən uşağınızın burnunu qurdaladığını görəndə, əvvəlcə üst nəfəs yollarında problem olub olmadığını yoxlatmaq lazımdır.

Həkim müayinəsilə burun seliyinin (mikoza) quruyaraq narahatçılıq verib vermədiyini öyrənmək lazımdır. Belə hallarda dəniz suyu kimi spreylərlə qurumuş seliyi yumuşaldıb burunu təmizləmək lazımdır. Bu prossesdən sonra həkim müayinəsi ilə uşaqda allergik burun axıntısı aşkar olunarsa müalicə edilməlidir.

Diqqət olunmalı məqamlaran biri də budur ki, əgər burnun içi qaşınırsa bu bağırsaq soxulcanından da xəbər verir.

Düşünmək burun eşməyə səbəb olurmu?

Ən çox müşahidə olunan hallardan biri də uşaqların (eyni zamanda yetkinlərin də) düşünən zaman qeyri-iradi burunlarını eşmələridir. Bunun səbəblərindən biri də boşluğun yaranmasıdır. Yəni heç nə ilə məşğul olmayanda bir çox insan burnunu eşir.

Uşaqlarda burun eşməyin qarşısını necə almaq olar?

Yetkin və özünü iradi şəkildə idarə edən insanlar burunlarını eşməyi tərgidə bilərlər. Uşaqlara isə bunu aşılamaq daha çətindir. Bu davranışın uşaqlıqdan yarandığını nəzərə alaraq vaxtında da qarşısını almaq olar. Bəs necə?

İlkin varianta bunu müşahidə etdiyiniz zaman, uşağa “ Gəl bunun bir küncündən tut, çəkək kənara, gəl kömək et bunu edək...”- deyə əllərini məşğul dərək fikrini burnundan yayındıra bilərsiniz. Bu məsələdə diqqəti uşaqların əllərinə yönəldərək mümkün qədər ələrini məşğul eməklə fikirlərini burunlarından yayındırmaq olar. Bunun üçü də daha çox oyuncaqlardan istifadə edin. Oyun xəmiri, rəngli kağızlar, boyamaq, top oynamaq, barmaqlarla oynamaq və sair kimi oyunlarla məşğul olmalarını təmin etmək lazımdır.

Danlayaraq bunun qarşısını ala bilməyəcəksiniz

Bu situasiyada uşağı danlamaqla psixologiyasını poza bilərsiniz. Bunu əvəzində vəziyyətin mahiyyətini ona izah etmək ən yaxşı çıxış yoludur. Məsələn, insalar və dostları tərəfindən bu halın xoş qarşılanmadığını, neçə ki, ayaqyoluna getdiyimiz kimi, burun təmizləmək üçün də tək olduğu zaman bunu dəsmal və su ilə etməli olduğuna uşağı inandırmaq lazımdır.

Son olaraq, uşağınız üçün bir model olduğunuzu unutmayın. Əgər ailədə burnunu eşən valideyn, ya bir başqa ailə üzvü varsa uşağın da bunu etməsi qaçılmazdır.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR