Oynaq və bel yırtığı xəstəliyinin müalicəsində yeni üsul (MÜSAHİBƏ)
Maraqli
Oxunub: 683
20 sen 2017 | 13:47
Oynaq və bel yırtığı xəstəliyinin müalicəsində yeni üsul (MÜSAHİBƏ)













Bakıda möcüzəyə bərabər terapeya

Azərbaycanda onurğa, oynaq və diz ağrıları, fəqərələrarası yırtıq xəstəlikləri getdikcə çox yayılan və cavanlaşan xəstəliklərə çevrilməkdədir. Hazırda nəinki yaşlı, gənc nəsil də müxtəlif bel, oynaq, diz, ayaq ağrılarından bu və ya digər şəkildə şikayətçidir. Pasiyentlər isə ağrılarla mübarizədə bir neçə yol arasında seçim etmək məcburiyyətindədir: ya həddən çox ağrıkəsicidən istifadə edib, daxili orqanları sıradan çıxarmaq, ya xalq təbabətinə üz tutmaq, ya da fizioterapiya ilə əməliyyatdan birini seçmək.

Lakin başqa bir üsul da var ki, bundan çox az adam xəbərdardır. Bu da əzələ, oynaq və onurğa ağrılarının inyeksiya ilə müalicəsidir.

"Qaynarinfo" "Grand Hospital”ın nevroloqu Sevinc Həmidova Medicina.az-a verdiyi müsahibəsinə əsasən 2015-ci ildən Bakıda tətbiq etdiyi unikal Proloterapiya müalicə üsulunun faydaları barədə məlumatı sizə təqdim edir:



- Sevinc xanım, əvvəlcə bu terapiya ilə bağlı ümumi məlumat verərdiniz.

- Əslində, bu terapiya ABŞ və Avropada 50 ildən artıqdır ki, uğurla tətbiq olunur. Türkiyədə isə uzman İlker Solmaz tərəfindən başlanılıb. Mənim də proloterapiya ilə tanışlığım doktor İlker Solmazla bağlıdır. Onun işinə olan sevgisi, bu metodla xəstələri sağaltması məndə də maraq və inam yaratdı. Bu metodu Türkiyədə daha dərindən öyrənərək Bakıya gətirdim. Xəstələrim üzərində tətbiq etdikdən sonra uğurlu müalicəyə nail olduğumu görüb, proloterapiyanı daha geniş sahələrdə müalicədə istifadə etməyə başladım.

- Protoloterapiya çətin metoddurmu?

-Xeyr, cəmi 25 dəqiqə vaxt alır. Proleferativ adlanan hüceyrə və toxuma bərpaedici məhlulun bədənə inyeksiya şəklində yeridilməsindən ibarətdir. Bu hipertonik məhlul oynaqlarda, vətərlərin əzələlərə birləşən yerlərində və oynağa yapışma yerlərində keçici mikrobsuz iltihab yaradaraq, orqanizmə siqnal göndərib, həmin nahiyədə zədələnmiş toxumanı bərpa etməyə səfərbər edir. Yəni orqanizm öz-özünü sağaltma mexanizmini işə salaraq müalicəyə başlayır. Bağlarda və qığırdaqlarda yenilənmə yaranır. Bununla da oynaq, vətər, əzələ ağrıları aradan götürülür.



- Kimlər hansı problemlər zamanı sizə proloterapiya üçün üz tuta bilər?

- Bel ağrıları – bel fəqərələrarası yırtıq, ostexondroz, boyun ağrıları, kürək ağrıları, onurğa, döş qəfəsi və qabırğalarda əzələ və bağ ağrıları, vətər və bağlarda sağalmayan xroniki ağrılar, artozlar, diz qapaqlarında ağrılar, ayaq və əl burxulması, büzdüm ağrısı, skalioz, tennisçi dirsəyi, donmuş çiyin, Morton nevrinoması, bel sürüşməsi, karpal tunel sindromu, bel, oynaq, diz, onurğa, yırtıq əməliyyatlarından sonrakı ağrılar və s. simptomları olan istənilən şəxs bu metodla müalicə oluna bilər. Uşaqlarda isə bu üsulu 14-15 yaşından sonra tətbiq edirəm.

- Belə çıxır ki, onurğasında böyük ölçüdə disk yırtığı olan şəxs əməliyyata yox, proloterapiyaya gəlməlidir?

- Ümumiyyətlə, onurğa ilə bağlı istənilən problemdə ilk olaraq nevroloqa müraciət olunmalıdır. Konservativ müalicə, fizioterapiya və proloterapiyaya göstəriş olarsa bu yolla müalicə olunur. Yox əgər pasiyentin bunlardan effekt görməyəcəyi qənaətinə gəliriksə və xəstəlik həddən artıq irəliləyibsə, biz onu neyrocərraha yönləndirik.



Biz doğru xəstələrdə 80-90% effektivlilik almışıq. Əməliyyatlıq çox az xəstə olub.

Proloterapiya üçün xəstənin əllə yoxlanması mütləqdir. Müəyyən analizlər də aparıla bilər. Çox yüksək revmatizması, osteoparez – sümük əriməsi olan, yüksək dərəcəli şəkər və onkoloji xəstələrdə əks-göstərişdir. Orqanizmdə kalsium çatmırsa, bu inyeksiyanın təsiri olmayacaq.

- Sevinc xanım, əməliyyat ucuz başa gəlir, yoxsa bu üsulla müalicə?

- Əlbəttə ki, proloterapiya. Nəzərə alsaq ki, endirimli kampaniyalarımız da olur, bu üsulla müalicə almaq çox münasibdir. 3-6 proloterapiya seansı effekt üçün kifayət edir. Sonradan təyin etdiyim məsləhətlərə, qida, iş və həyat tərzi qaydalarına əməl etdikdə, uzun müddət sağlam və ağrısız həyat sürmək olur.
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib