Kompüter, televizor qarşısında oturanlar – Diqqət
Maraqli
Oxunub: 743
17 sen 2017 | 00:53
Kompüter, televizor qarşısında oturanlar – Diqqət













Onurğa fəqərələrdən ibarətdir və fəqərələr fəqərəarası disklər vasitəsi ilə bir-birinin üzərində hərəkət edirlər. Bu disklər elastik olduğu üçün fəqərələr rahat hərəkət edə bilirlər. Degenerativ proseslər zamanı fəqərəarası disklərin elastikliyi pozulur, disk yastılaşır. Ağır hallarda isə onu əhatə fibroz halqa qırılır və yırtıqların, protruziya əmələ gəlməsinə səbəb olur.

Azerinfo.az axar.az-a istinadən bildirir ki, bu sözləri onurğa ağrıları ilə bağlı danışan terapevt-osteopat həkim Ülviyyə Süleymanova deyib. Onun sözlərinə görə, bu ağrıların səbəbi az hərəkətlilik, oturaq həyat tərzi, kompüter və televizor qarşısında çox oturmaqdır:

"Boyun osteoxondrozlarının, yırtıqlarının əsas səbəbi isə başı aşağı vəziyyətdə uzun müddət telefondan istifadə edilməsidir. Az maye qəbul etmək, ağır fiziki işlə məşğul olmaq da bu ağrıların əmələ gəlməsinə səbəb olur. Xəstəliyin əsas əlamətləri isə yerləşdiyi nahiyədən asılıdır. Yəni problem bel nahiyəsindədirsə, xəstə oturub-duran zaman çətinlik çəkir və yataqdan qalxdıqda ağrılar yaranır. Belə ağrılar ayağa doğru radiasiya edir, gecə vaxtı xəstənin ayaqlarının altında yanma hissi yaranır. Bu problem yeni başladığı zaman səhərlər bir müddət olur, sonra isə hərəkət etdikcə tədricən keçir. Boyun nahiyəsində olduqda isə həmin nahiyədən çiyinə radisasiya edən, qollara, barmaqlara doğru gedən ağrılar olur. Bu zaman barmaqların keyləşməsi, qol gücünün zəifləməsi, baş ağrıları, baş gicəllənmə halları müşahidə olunur. Bəzən bu ürəkbulanmaya və qusmaya da gətirib çıxara bilər. Bu, çox zaman diafraqma sinirinin qıcıqlanması ilə əlaqədardır. Boyun fəqərələrində problem olduqda diafraqma siniri qıcıqlanır. Buna görə də miqren tipli ağrılar müşahidə olunur".

Həkim Bioloji Təbabət Klinikasında onurğa ağrılarının müalicə olunmasından da danışıb:

"Bu xəstəliklərin müalicəsində biotənzimləyici preparatların və osteopatiyanın əvəzsiz rolu var. Belə ki, müalicədə əsas məqsəd fəqərələrdə və bağlardakı gərginliyi aradan götürmək, fəqərələrin normal hərəkətini bərpa etməkdir. Yəni fəqərəarası diski qidalandırmaq, daralmış hissəni genişləndirmək və fəqərəarası diski əvvəlki vəziyyətinə qaytarmaq lazım gəlir. Çox zaman xəstələr həkim məsləhəti olmadan ağrıkəsici preparatlardan istifadə edirlər. Bu da bir müddətlik ağrını kəssə də əsas prosesin qarşısını almır və problemin ağır dərəcəyə gəlib çıxmasına səbəb olur. Bunun üçün vaxtında həkim müayinəsində olmaq lazımdır. Vaxtında aparılmış düzgün müalicə gələcəkdəki ağır problemlərin qarşısını alır. Bioloji Təbabətin əsas üstünlüyü ondan ibarətdir ki, orqanizmə vahid sistem kimi baxırıq və yalnız xəstənin şikayət etdiyi yeri deyil, bütövlükdə orqanizm müalicə olunur. Yəni xəstəliyi deyil, xəstəni müalicə edirik".
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi