Elzanı şairə edənlər
Maraqli
Oxunub: 627
12 sen 2017 | 16:58
Elzanı şairə edənlər















Rəşad ERGÜN

5-6 gün əvvəl idi, taksiyə əyləşib, işə gedirdim. Xoşbəxtlikdən, sürücü bayağı, zövqsüz musiqi pərəstişkarına oxşamırdı. Radionu açmışdı və xanım aparıcının ifasında xəbərlərə qulaq asırdıq. Və birdən... Xəbər təxminən bu cür idi:

“Tovuzda it bir uşağı dişləyib. Xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyətinin normal olduğu deyilir”.

Bu, nədi? Xəbərdimi? Jurnalistikadımı? Niyə bu günə düşdü jurnalistika? Kim etdi, niyə etdi, necə etdi?

Uşaq vaxtı məni nə az, nə çox, düz iki dəfə it dişləyib. Hələ mən kəndimizdə it dişləməsinə görə “Ginnesin rekordlar kitabı”na düşə biləcək başqa uşaqları demirəm. İtlərin dişlərini 5, hətta 6 dəfə bədənində hiss edənlər olmuşdu. Elə indi də çoxdan ayrıldığım kəndimizdə itlər var və bu sədaqətli heyvanlara hələ də insanları dişləməyin yaxşı bir şey olmadığını başa salan olmayıb.

Bəs Elza Seyidcahana nə deyirsiz? “Elza Seyidcahanın ərə vermək istədiyi pişiyi xərçəngdi, xəstəxanaya yerləşdirilib” - bu, xəbərdimi? Ümumiyyətlə, şeiri, poeziyanı ələ salan, barmağında oynadan bu xanımın yazdığı hər cızma-qaranı ictimailəşdirən, insanlara çatdıran, onları oxumağa məcbur edən biz jurnalistlər deyilikmi? Elza Seyidcahanı zorla gündəmdə saxlayan mətbuat deyilmi? Adam “haha, hihi” oxuyub, yoluna davam edəcəkdi. Biz bu xanımı zorla həm də şairə olmağa məcbur edirik və ya artıq etmişik.

“Bakıda oğlanla qız parkda çəmənə uzanıb sevişdi”... Və başlığın qabağında yekə hərflərlə yazılmış “VİDEO” sözü. Başqalarının həyatına burun soxmağa adət etmiş, ətrafdakıların intim dünyasını erotik filmiymiş kimi izləmək üçün sinov gedən hansısa zavallı yoldan keçərkən iki gəncin otluqda uzandığını, arabir öpüşdüyünü görür və bunu dərhal telefonunun yaddaşına ötürür. Sonra nə olur? Bir neçə gün keçir, bu video sosial mediaya, mətbuata “Bakıda oğlanla qız parkda çəmənə uzanıb sevişdi” başlığı altında bomba kimi düşür. İki gəncin çəməndə uzanması, hətta hərdən öpüşməsi əxlaqsızlıq deyil, ola da bilməz! Əxlaqsız onları çəkən insanlar, o insanların çəkdiyini sosial mediada, mətbuatda yayanlardı! Normal ölkələrdə, cəmiyyətlərdə, hətta burnumuzun dibindəki Gürcüstanda belə, insanlar bu kimi şeyləri çoxdan aşıb, geridə qoyub. O ölkələrdə heç kim başqasının həyatına burnunu soxmur, heç kim başqasının geyiminə baxmır, üzünü, saçını, gözlərini, burnunu, sinəsini, ayaqlarını “UZİ”-dən keçirmir. Bunu etmək əxlaqsızlıqdı, görməmişlikdi. Etməyin, qardaşlar, bacılar, etməyin!

Heyf ki, zəlil günündə olan təkcə ictimai-siyasi mətbuat deyil. Oxşar proses idman mətbuatında da gedir.

“Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığından xəbər tutmayan olmadı. Əla, çox gözəl! “Qarabağ” uzun illərdi həsrət qaldığımız Qarabağın adını daşıyır, “idman siyasətə qarışmır”, “idman elə siyasətin özüdü”, ermənilərin ürəyi partlasın və sair və ilaxır. Bütün bunları anladım, siz də anladız. Hətta kimsə “Qarabağ”ın tarixi uğurundan vəcdə gəlib, Bakının küçələrində bütün gün dombalaq da aşa bilər, özünü 12-ci mərtəbədən yerə də atar. Aşsın və atsın. Amma bunu edən jurnalist olmamalıdı! Jurnalist “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun şəklini profilinə qoymamalıdı! Jurnalist status yerinə “Qurban, sənə Qurban” yazmamalıdı! Azərbaycan futbolu “Qarabağ”dan və Qurban Qurbanovdan ibarət deyil. Burda “Qəbələ”, “Zirə”, “Neftçi”, “İnter” var. Burda Roman Qriqorçuk, Ayxan Abbasov, Samir Abasov var. Sabah öz profil yerinə Qurban Qurbanovun şəklini qoymuş jurnalist “Qarabağ”la “Qəbələ” oynayanda, hakim “Qarabağ”ın lehinə haqsız qərar verəndə “Qəbələ”ni müdafiə edəcəkmi? İnandıra biləcəkmi Roman Qriqorçuku? Ki, onu da Qurban Qurbanov qədər sevir, onun da haqqını Qurbanovun haqqını qoruyacaq qədər qoruyacaq. Siz özünüz inanarsızmı buna? Çətin...

Çətin ki, düzələ mətbuatımız. Həmişə dediyimiz “zamanla pislər ələnəcək, yaxşılar qalacaq” deyimi də içi boş qoz kimi çıxdı. Yaxşılar ələnir, pislər qalır. İnanmırsız? Diqqətlə baxın saytlara, sosial mediaya, paylaşımlara. Amma baxarkən burnunuzu tutun, burdan üfunət iyi gəlir.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi