Azərbaycanda radiasiyalı ərazilərin siyahısı
Maraqli
Oxunub: 740
8 sen 2017 | 11:22
Azərbaycanda radiasiyalı ərazilərin siyahısı














Azərbaycanda ciddi radiasiya təhlükəsi yoxdur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva deyib.

R.Mehdiyeva bildirib ki, bu, institutun apardığı tədqiqatlar nəticəsində məlum olub: “Ölkədə radiasiya çirklənməsi yoxdur. Biz ehtiyac yarandıqda lazım olan ərazilərdə tədqiqatlar aparırıq. Azərbaycanda radiaktiv, ionlaşdırıcı şüa ilə işləyən enerji obyekti yoxdur. Biz bu baxımdan başqa regionlardan fərqlənirik. Məsələn, Ermənistanda Atom Elektrik Stansiyası (AES) var, orada radiasiya təhlükəsi çox yüksəkdir. Türkiyə bizə nisbətən həmin stansiya yerləşən əraziyə daha yaxın olduğu üçün onlara daha çox ziyanı var”.

O qeyd edib ki, təmsil etdiyi qurum radiasiyanı elmi-tədqiqat işləri üçün ölçür: “Əvvəllər Bakıda neftlə çirklənən ərazilərə gedirdik və o ərazilərdə tədqiqatlar aparırdıq. Qeyd edək ki, neft çıxarılan ərazilərdə neftlə bərabər, lay suları çıxır və həmin sularda radiasiya, özündə şualanma olan elementlər olur. Amma indi o əraziləri SOCAR təmizləyir və nəzarət edir”.

Ekologiya Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova da hesab edir ki, Azərbaycanda radiasiya yaradacaq obyekt olmadığından ölkədə ciddi radiasiya təhlükəsi yoxdur: “Azərbaycanda radiasiyanı ölçən avtomatk stansiyalarımız var. Həmin stansiyalar əsasən sərhəd bölgələrində yerləşdirilib. Artıq bu stansiyalar neçə illərdir fəaliyyət göstərir. Bu müddət ərzində ölkədə fövqəladə bir hal qeydə alınmayıb. Stansiyanın göstəricilərinə görə, ölkə ərazisində radiasiya şəraiti stabildir. Çünki Azərbaycanda radiasiya yaradan mənbə yoxdur”.

Azərbaycanda neft ərazilərində lay suları ilə çıxan radiaktiv radon qazından danışan M.Avazova bildirib ki, həmin radiaktiv elementin açıq hava şəraitində insan həyatı üçün heç bir təhlükəsi yoxdur: “Həmin radiaktiv element yerin üst qatına çıxandan sonra qisa müddətə parçalanır və təbii fon səviyyəsinə enir. Bu cür radiaktiv elementlər açıq havada təhlükəli deyil. Bu, elementlər yalnız qapalı şəraitdə təhlükəli ola bilər”.

Direktor müavini bildirib ki, Azərbaycanda təbii radiasiyalı ərazilər Böyük Qafqaz sıra dağları, Kür-Araz ovalığıdır: “Məsələn, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Zaqatala və Balakən rayonlarında təbii radiasiyanın fon səviyyəsi 12-20 mkr/saatdır. Abşeron üçün isə bu fon səviyyəsi 6-8, 8-10 mkr/saatdır. Bu ərazilərdə elə dağ suxurları var ki, həmin suxurlara günəş şüaları düşəndə radiasiya yaradır. Bu, ladşaftdan formalaşan təbii radiasiya fonudur”.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...