Cazibədar modeli ÖLÜMLƏ HƏDƏLƏDİLƏR: “Deyir, birgecəlik məşuqəm olmasan, səni də, qızını da...”
Maraqli
Oxunub: 1 022
18 may 2017 | 15:09
Cazibədar modeli ÖLÜMLƏ HƏDƏLƏDİLƏR: “Deyir, birgecəlik məşuqəm olmasan, səni də, qızını da...”
















O, ATV-nin “Özünə bax” stil layihəsinin qalibi kimi məşhurlaşıb. Eyni zamanda, “Miss Bikini of Baku” nominasiyasının qalibidir. Gənc azərbaycanlı model Türkiyənin TV 8 telekanalının “Bu tarz benim” layihəsində də qalib adını qazanıb.

Merilin Rzayevanın Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Niyə Merilin?

– Nənəm ukraynalıdır, ona görə də adımı Merilin qoyublar.

– Bildiyimiz qədər Türkiyədə də məşhur model yarışmasının qalibi olmusan, bəs nə əcəb qardaş ölkədə karyeranı davam etdirmədin?

Türkiyədə “Bu tərz mənim” stil yarışmasında qalib seçildim, amma müəyyən səbəblər üzündən orda qalmadım. İndi də heç Azərbaycanda model kimi fəaliyyətimi davam etdirmirəm. Daha çox gəlinliklərlə bağlı layihələrdə iştirak edirəm. Rejissorlar məni aktrisa kimi sınamaq qərarına gəliblər. Bu yaxınlarda Milli qəhrəman “Mübariz İbrahimov haqqında çəkiləcək filmə dəvət almışam. Açıq-saçıq filmlərə çəkilməkdən imtina etmişəm.

– Niyə?

– Daha keyfiyyətli filmlərdə özümü sınamaq istəyirəm. Tarixi filmlərə çəkilmək istəyirəm. Kliplərə də dəvət alıram, amma çəkilmirəm. Göründüyü kimi deyiləm, xasiyyətcə utancağam.

– Amma geyimlərində bu, hiss olunmur…

– Hə, dekolte, qısa ətəklər geyinirəm, amma hərəkətlərimdə utancağam.

– Cazibədar xanımın ətrafında həmişə əks-cinsin nümayəndələri çox olur… Sevgi təklifləri alırsan?

– Hər gün belə təkliflər alıram, hətta hərdən bezirəm də. Sevgi təklifləri yox, xoşagəlməz təkliflər olur.

Məsələn?

– Deyirlər, birgünlük məşuqəm ol. Əlbəttə ki, buna görə pul təklif edirlər.

– Kimlər?

– Vəzifəli şəxslər, iş adamları. Mən təklifləri qəbul etmədiyim üçün həmin adamlar tərəfindən hədələnirəm. Bu barədə istəmirəm danışım, çünki yenidən başlayacaqlar. Qızım var, uşağıma görə çox qorxuram.

– Hədələyib nə deyirlər ki?

– Övladımla şantaj edirlər. Deyirlər, yoxsa səni də, qızını da öldürərik.

Qızının necə yaşı var?

– 10. Gəl, bu barədə danışmayaq, dəlinin yadına daş düşəcək. Təhdidlərdən bezmişəm.

– Həyat yoldaşından ayrılmısan?

– Rəsmən ailəliyəm, amma bu evlilik çoxdan bitib.

İkinci dəfə ailə qurmağı düşünmürsən?

– Yaxşı bir insan tərəfindən təklif gəlsə, ailə quracam. Amma birgünlük sevgili olmaq mənə görə deyil. Evli kişilərlə münasibət qurmuram.

– Planlarını açıqlayardın.

– “Merilin” əyləncə mərkəzi açmaq fikrindəyəm.


Cəvahir
Yeniçağ.az
Foto:Cəmalə Əlizadə


Cazibədar modeli ÖLÜMLƏ HƏDƏLƏDİLƏR: “Deyir, birgecəlik məşuqəm olmasan, səni də, qızını da...”
Cazibədar modeli ÖLÜMLƏ HƏDƏLƏDİLƏR: “Deyir, birgecəlik məşuqəm olmasan, səni də, qızını da...”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu