Nazirin vəzifə verdiyi deyilən istedadlı "çoban"la müsahibe: "Məni iş yox, təhsil maraqlandırır" - Video
Maraqli
Oxunub: 908
22 apr 2017 | 10:29
Nazirin vəzifə verdiyi deyilən istedadlı "çoban"la müsahibe: "Məni iş yox, təhsil maraqlandırır" - Video
















Sosial şəbəkələrdə məşhurlaşan gənc Pərvin Səfərovla bağlı məlumat vermişdik

Xəbərdə Mədəniyyət və Turizm Nazirliyindən ona zəng olunduğu , əməkdaşların onunla görüşdüyü və P.Səfərovun işə təyin edildiyi qeyd olunurdu.

Pərvin Səfərov qeyd olunanlarla bağlı danışıb. O, müsahibəsində digər maraqlı mətləbləra də aydınlıq gətirib.

-Pərvin bəy, Mədəniyyət və Turizm idarəsinin işçiləri səninlə görüşdülərmi? İşə təyin olunmağın barədə nə deyə bilərsən?

-Bu gün Biləsuvar Regional Mədəniyyət və Turizm idarəsinin işçiləri mənimlə görüşdülər. İş təklifi etdilər. Buna görə nazir Əbülfəz Qarayevə təşəkkür edirəm. Mədəniyyət evində iş təklif olunub. Bu barədə düşünürəm. Hələki qərar verməmişəm. Hazırda məni iş yox təhsil maraqlandırır. Bu sahədə təhsil alıb peşəkar olmaq istəyirəm. Düşünürəm ki, kənd yerində qalmağımın perspektivi yoxdur. Hələki Dedilər ayın 24-də, yəni həftənin birinci günü gəlib məni aparacaqlar idarəyə, sənədləşmə işlərini həll edəcəklər. etmək üçün. Ancaq yenə də tam olaraq qərar verməmişəm. Buna baxmayaraq bir daha təşəkkür edirəm ki, mənimlə maraqlanıblar. Bundan başqa Milli Konservatoriyadan da zəng etdilər. Bildirdilər ki, Siyavuş müəllim şəxsən özü maraqlanıb. Dedilər konkret vaxt təyin edib gələn həftə mənimlə görüşəcəklər.

-Belə bir reaksiyanın olmasını gözləyirdinmi?

-Açığını deyim bu videonu çəkib paylaşanda belə bir reaksiyanın olacağını düşünmürdüm. Sadəcə izləyicilərin münasibəti maraqlı idi. Bu həddə gəlib çıxacağını düşünməmişdim. Fəhlə işləyəndə traktor sürürdüm. Onda ağlıma gəlmişdi ki, belə bir video çəkim. Ancaq gecə növbəsində işlədyim üçün imkan olmurdu. Sonra işdən çıxdım. Kənddə qoyunları otaranda birdən təb gəldi oxudum və videoya çəkdim, paylaşdım.

-Səhv etmirəmsə, ATV-dəki yarışmaların birində də iştirak etmisən...

- 2016-cı ildə "Bizim vətən” layihəsində iştirak elədim. Mənə çox yaxşı münasibət göstərdilər. Hətta canlı efirdə bir xanım mənə dəstək olmaq üün zəng vurdu. Bildirdi ki, mənim təhsil xərclərimi qarşılmaq istəyir. Axırda bu məsələ ilə bağlı soruşdum. Dedilər "biz özümüz səninlə əlaqə saxlayacağıq”. Həmin söhbət orada da qaldı. Nə zəng edən , nə də axtaran. "Tanıdım səni” layihəsi başlayanda məni çağırmadılar. Teymur Əmrah zəng vurdu ki, "bəs səni dəvət etmədilər?”. Dedim, yox.
Sonrada hansı səbəbdən dəvət edilmədiyimi soruşmaq üçün ATV-də Faiq adlı əməkdaşa zəng vurdum. Dedi maraqlanıb xəbər deyəcək. Sonradan ATV-nin başqa bir əməkdaşı Elçin müəllim mənimlə danışdı Dedi "yaxşı zəng vurmusan, gəl”. Getdim, Teymur Əmrah növbəti dəfə səsimi yoxladı. Bildirdilər ki, özləri məni çağıracaqlar. Düzdür, dəvət etdilər. Ancaq məni bir neçə gün əvvəl dəvət etməli idilər ki, məşqlərdə iştirak edim. Axşam zəng edib bildirdilər ki, səhər birbaşa efirə çıxmalıyam. Verilişdən bir saat əvvəl iştirakçılardan eşitdim ki, məni hansısa iştirakçının əvəzinə çağırıblar.Yəni, sadəcə yola vermək üçün.

-Bundan sonra planların nədən ibarətdir?

-Planım sırf təhsil almaqdır. Mən ifaçıyam. Sənətimi inkişaf etdirmək istəyirəm. Sosial şəbəkədəki münaisbətlərdən görürəm ki, insanlarımız səsimi, ifamı bəyənir. Mən də öz üzərimdə işləyib, təhsi alıb, peşəkar olmaq istəyirəm.

-Toylara gedirsənmi?

-Dəvət edirlər. Ancaq toy mənlik deyil. Bayaq da musiqiçilər zəng ediblər. Mənim əvvəlcədən istiqamətim klassik, bəstəkar mahnıları olub. Bu səbəbdən toy mənim üçün maraqlı deyil. (Unikal.org)


Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"