Bakirəliklə bağlı ŞOK FAKTLAR: xəyanət zamanı orqanizmdə nə baş verir?
Maraqli
Oxunub: 1 209
19 apr 2017 | 10:30
Bakirəliklə bağlı ŞOK FAKTLAR: xəyanət zamanı orqanizmdə nə baş verir?















Təbiət qanunları dini və ya mentalitet qanunları ilə bəzən uzlaşmır.

Dinin və ya hər xalqın özünəməxsus qanunları var ki, çox vaxt bundan əziyyət çəkən qadınlar olur. Amma kişilər də bu qanunların güdazına az getməyiblər. Məsələn, bir çox millətlərdə (xüsusən də şərqdə) artıq həddi-büluğa çatmış gəncin ailə qurmasını onun nəsil böyükləri tələb edir. Bu zaman gənc qızın kimisə sevib-sevmədiyi nəzərə alınmır. Gənc oğlana isə yanlışlıqla “evlən, bizim dediyimiz qızla ailə qur, sonra istədiyin qadınlarla “cavanlıq edərsən” tövsiyəsi verilir. Əslində bu tövsiyənin heç bir dinlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Bütün səmavi və qeyri-səmavi dinlər xəyanəti günah sayır. Bəs təbiət nə deyir?

İnsan bədəninin quruluşu onun vaxtında intim münasibətə başlamasını tələb edir. Hər iki cinsdə gecikmə müxtəlif fiziki-psixoloji fəsadlar yarada bilər. Amma gecikməmək məqsədilə gözübağlı cinsi həyata başlamaq da insanın ən böyük yanlışıdır. Buna yol verdiyi halda nəinki özünə, özündən sonrakı nəslə də sağalmaz yara açır. Bu proses belə baş verir: kişi və qadın arasında doğru enerji mübadiləsinin sağlam nəsil yetişməsinə səbəb olması danılmaz faktdır. Amma burda “doğru” sözünü xüsusi qabartmaq lazımdır. Doğru enerji mübadiləsi cinslərin sadəcə ailə qurmaq, törəmək çərçivəsində qətiyyən mümkün deyil. Burada mütləq surətdə tərəflərin bir-birinə səmimi, ürəkdən duyğuları olmalıdır. Əks təqdirdə enerji mübadiləsi axını tam olaraq orqanizmdə dövr edə bilməz. Məlum olduğu kimi, enerji axınının ən güclü həddi cinsi akt zamanı baş verir, amma... əgər bu proses iki sevən şəxs arasında baş verirsə... Sadəcə zövq üçün və ya ailə böyükləri məsləhəti ilə bir araya gələn gənclər arasında enerji mübadiləsi natamam və zərərli baş verir. İki sevən insanın cinsi qovuşması zamanı insanın müsbət enerjisi, qadın və kişi toxumlarının daha fəal birləşməsi, həmçinin fərdlərin gen məlumatının bir-birinin orqanizminə ötürülməsi prosesi gedir.

Yuxarıda qeyd olunduğu kimi, təbiət+mentalitet+dinin yeganə uzlaşdığı nöqtə xəyanət və çoxpartnyorlu münasibətə yol verilməməsidir. Səbəb? Məsələ burasındadır ki, qadın orqanizmi, xüsusən də sırf qadın orqanları kişinin mikroflorası əsasında qurulur. Qurulmuş sistem isə seks partnyoru dəyişərkən dağılıb yenidən qurulmağa başlayır. Təsəvvür edin ki, binanın bünövrəsi qoyulub daşı qaldırılır, sonra kimsə onu söküb yenidən tikməyə başlayır. Bu proses hər dəfə təkrarlanarsa, nə həmin torrpaqda, nə də özüldə dözüm qalar. Sonrakı qurulan bina isə qəzalı vəziyyətdə olacaq. Ona görə də bir insanla fiziki və mənəvi məhəbbət qadının özü və onun dünyaya gətirəcəyi uşaq üçün çox vacibdir. Bunun üçün də qızın bakirə ərə getməsi məqbul sayılır. Yoxsa hər kişidən qalan “daş parçası” gələcək nəslin təməlini bəri başdan yanlış qurar. Amma burada bir nüansa diqqət: təbiət bakirəliyi sadəcə cinsi orqanın bütövlüyü ilə qəbul etmir. Ona bakirəlik tam olaraq lazımdır. Yəni qız nəinki qadınlıq orqanını, hisslərini, baxışlarını da bakirə saxladığı halda onun kişiyə ötürdüyü enerji də tam olaraq bəhrəsini verər. Amma burada kişi də yaxasını kənara çəkməməlidir. Bakirlik güclü cinsdən də tələb olunur. Burada oxucu etirazların şahə qalxacağını təxmin etmək olar, amma təkrar edirəm, təbiət öz saydığını sayır, o, “kişiyə olar, qadın özünü qorusun” prinsipi ilə işləmir. Alimlərin çoxdan irəli sürdüyü və təsdiqlədiyi teleqoniya (Əvvəlki, xüsusilə də ilk seksual partnyorla əlaqənin cütlüyün sonrakı nikahından olan övladlarının irsi xüsusiyyətlərinə təsir etməsi) prosesi var. Qadınla yanaşı, kişi də ilk partnyorundan bədənində “xatirə” gəzdirir. İndi belə çıxır ki, müasir dövrdə doğulan bütün uşaqlar ata-analarının əvvəlki sevgisini özündə yaşadır.

Maraqlı bir fakt var ki, bakirə qızlar qadınlara nisbətən ətrafa daha sağlam və təmiz aura yayırlar. Çünki qızların daxili harmoniyası hələ tamdır, əks cinslə bölüşülməyib.

Deyək ki, tamamilə toxunulmaz olan cütlük qovuşur, doğru enerji axınını yaradır və dünyaya sağlam övlad gətirirlər. Amma daha sonra ər və arvad xəyanət etdiyi halda artıq hər iki orqanizmə alışıq olan enerji mübadiləsi başqa bir orqanizm üçün də ehtiyat saxlayır. Yəni enerjinin yarısı digər rəqib bədənə ötürülür. Natamam enerji isə ilk olaraq psixoloji təsirlə başlayır. Beyin yad bədənlə etdiklərinin şüuraltı əziyyətini çəkir. Bunu dilə gətirməsə belə, özündən asılı olmadan peşmanlıq hissi baş qaldırır. Getdikcə cütlüyün bir-birindən soyuması, soyuqluqdan yaranan qəzəb, qısqanclıq, nifrət artıq mübət enerjini “yaralayır”. Daha sonra isə stress və daxili gərginlikdən müxtəlif xəstəliklər törəyir. Beləliklə, bu cütlük yenidən sağlam “bina” tikməsi üçün hər şeyi yenidən başlamağa məcbur olur.

Boş yerə deməyiblər ki, “Hər güclü kişinin arxasında bir iradəli qadın dayanır”. Seksoloqlar bunu belə təsvir edirlər: kişi maşındır. Amma ən yaxşı maşın da yanacaq olmasa işləyə bilməz. Qadın isə o maşını hərəkətə gətirən yanacaqdır. Məhz yanacağın tərkibinin keyfiyyəti ilə maşının gələcək taleyi və uzunömürlülüyü bəlli olar.
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16-05-2024, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...