Yol polisi “Ambulans”ı da cərimələyir - Azərbaycanda
Maraqli
Oxunub: 687
6 apr 2017 | 10:31
Yol polisi “Ambulans”ı da cərimələyir - Azərbaycanda















Ağdaş Mərkəzi Xəstəxanasından ağır infarkt diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni daşıyan təcili tibbi yardım maşını 310 manat cərimələnib.

Azxeber.com xəbər verir ki, bu haqda adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınını idarə edən sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdıqları zaman radarlara düşürlər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirir:

"Artıq neçə aydır ki, Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdığımız zaman radara düşürük. Sonuncu dəfə martın 27-də Bakıya ağır infarkt diaqnozu ilə köçürülməli olan xəstəni daşıdığım zaman 310 manat radar cəriməsi kəsilib. Xəstəxana rəhbərliyi bu cərimələrin maaşlarımızdan kəsiləcəyini bildirir. O, "yavaş sürün, qoyun xəstə ölürsə ölsün” deyərək cərimələrin biz tərəfindən ödənilməli olduğunu bildirir. Bizimsə maaşımız 200 manatdır. Nə edəcəyimizi bilmirik”.

Müraciətdən göründüyü kimi DYP-nin təcili tibbi yardım maşınlarını bilərəkdən radara salmasının səbəbi bilinmir.

Məlumat üçün bildirək ki, dünyanın bir çox, Moskva, Nyu-York, Paris kimi böyük şəhərlərində fövqəladə hallar üçün yol bütün orta xətt boyu boş olur. Həyat zolağı adlanan bu yoldan bütün sürücülər məlumatlıdırlar və onlar xüsusi xidmət maşınlarının işinə orta yola girməməklə yardım etmiş olurlar. Azərbaycanda Yol hərəkəti haqqında qanunun 48-ci maddəsinin 1-ci bəndində deyilir: "Üzərində polis, yanğınsöndürən və təcili tibbi yardım nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən, üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. Eyni qanun sürücülərin təcili tibbi yardım maşınlarına istənilən halda yol vermələrini tələb edir. Əks təqdirdə bu tələbi pozanları 20 manatdan 40 manatadək cərimə gözləyir".


Yol polisi “Ambulans”ı da cərimələyir - Azərbaycanda
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16-05-2024, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...