Ev heyvanının sağlamlığa inanılmaz təsirləri
Maraqli
Oxunub: 1 385
20 noy 2014 | 18:03
Ev heyvanının sağlamlığa inanılmaz təsirləri20 ildir ki, alimlər insanlarla ev heyvanlarının münasibətlərini araşdırır. Tabloid.az xəbər verir ki, araşdırmaların nəticələri alimləri belə təəccübləndirib. Belə ki, tədqiqatlar nəticəsində ev heyvanı saxlayan insanların daha xoşbəxt və sağlam olduqları ortaya çıxıb. Alimlər sübut ediblər ki, ev heyvanı saxlayan insanlar daha az həkimə gedir, daha çox əylənirlər.

20 ildən çoxdur ki, bu araşdırmalara rəhbərlik edən Perduyu universitetinin Heyvan-İnsan əlaqələri mərkəzinin müdiri Elen Bek insanların qədim zamanlarda heyvanlarla birlikdə yaşadıqlarını, hər insanın ev heyvanı olduğunu, daha sonra şəhərlərin yaranması ilə birlikdə heyvanlardan uzaqlaşdığımızı deyir. Onun fikrincə, indi ev heyvanı saxlayanların özlərini yaxşı hiss etmələri qədim zamanlardan bəri var olan dostluq əlaqələrindən qaynaqlanır.

Müxtəlif zamanlarda alimlərin elmi jurnallarda yayımlanan məqalələrində ev heyvanlarının insan sağlamlığı və psixologiyasına müsbət təsirləri olduğu açıq şəkildə ifadə olunub.
Ev heyvanının sağlamlığa inanılmaz təsirləri
Ev heyvanları ruh sağlamlığı üçün insana böyük fayda verirlər. Ev heyvanı ilə oynamaq, onunla vaxt keçirmək orqnizmdə serotonin və dopamin hormonlarının istehsalını artırır. Bu isə özünüzü yaxşı hiss etməyinizə səbəb olur.

Ev heyvanları ilə vaxt keçirdikdə xoşbəxtlik hormonu hesab edilən oksitosinin səviyyəsi artır.

2002-ci ildə aparılan araşdırmalar göstərib ki, evdə stressli işlə məşğul olan insanının yanında həyat yoldaşı və qohumları olduqda o, özünü daha da gərgin hiss edir. Ancaq otaqda ev heyvanı olduqda insanın stressi azalır. Ev heyvanları insanları sakitləşdirir.

Təzyiqi yüksək olan insanlara da evdə heyvan saxlamaq tövsiyə edilir. Ev heyvanları ilə vaxt keçirən insanin təzyiqinin nizamlandığı sübut olunub.

İt saxlayan insanlar hər gün davamlı olaraq onu gəzdirməli olurlar. Araşdırmalar göstərir ki, idman etməyə tənbəllik edən insan belə özünü itini gəzdirməyə məcbur hiss edir. Beləliklə, itini gəzdirərkən özü üçün də faydalı iş görmüş olur. Təmiz havada gəzmək ideal kiloda qalmaq üçün faydalı olduğu kimi, sidik kisəsi ilə bağlı problemlər yaşamamaq üçün də vacibdir. 2000 nəfərin iştirak etdiyi araşdırmaya görə, hər gün davamlı olaraq itlərini gəzdirən insanlar daha arıq və sağlam olurlar.

Düzdür, pişik, dovşan kimi digər ev heyvanlarını gəzdirmək lazım olmur. Ancaq alimlər deyirlər ki, bu heyvanlarla oyun oynayıb, vaxt keçirmək də kalori yandırmaq üçün kifayətdir.

Ev heyvanları sosial həyatda aktiv olmağınıza kömək edir. Belə ki, parka yalnız gedən bir insanın yeni insanlarla tanış olmaq ehtimalı azdır. Ancaq ev heyvanı ilə gəzintiyə çıxan insanlar özlərinə asanlıqla yoldaş tapırlar. Elen Bek bunu insanların, xüsusilə də qadınların heyvan saxlayan insanlara daha tez inanmaları və güvənmələri ilə əlaqələndirir. Onun sözlərinə görə, hamı ev heyvanı saxlayan adamın yaxşı insan olduğunu düşünür.

Ev heyvanlarının sağaldıcı gücü də var. Onları evdəki həkimlər də adlandıra bilərik. Xarici ölkələrdə bəzi xəstəxanalarda terapevtlər xəstələrini sağaltmaq üçün ev heyvanlarından istifadə edirlər.

Loyola universitetinin professorları tərəfindən aparılan tədqiqatlar sübut edib ki, əməliyyatdan sonra heyvan terapiyası adlı müalicə üsulundan istifadə edənlər, etməyənlərə nisbətən daha az ağrı hiss edirlər. Həmçinin heyvan terapiyası sayəsində xəstələrin daha tez sağladıqları da müşahidə olunub.

Ev heyvanı saxlayan insanlar daha az stress keçirdikləri və daha çox hərəkət etməli olduqları üçün ürək-damar xəstəliklərinə yaxalanma riskləri azalır. Belə insanların infarkt keçirmək riskləri də çox azdır.

Ev heyvanları ən çox da kiçik uşaqlar üçün faydalıdır. Araşdırmaların nəticələrinə görə, öz heyvanı olan uşaqlar dərslərini oxumağa daha həvəsli olurlar, onlar dərsdən qalmağa can atmırlar. Həmçinin belə uşaqlar ünsiyyət qurmaqda da daha qabilliyətli olurlar.

Ev heyvanları uşaqların sağlamlığı üçün yararlıdır. Ev heyvanları ilə vaxt keçirən uşaqların allergiya olma rikslərinin azaldığı, immun sistemlərinin gücləndiyi sübut olunub.

Ev heyvanları, xüsusilə də it, pişik və quşlar insan bədənindəki dəyişiklikləri hiss edib sahiblərinə xəbərdarlıq edirlər. Məsələn, şəkər xəstələri nə vaxt insulin iynəsi vurmalı olduqlarını, epilepsiyadan əziyyət çəkənlər nə vaxt tutma keçirəcəklərini ev heyvanlarının davranışlarına görə müəyyənləşdirə bilərlər.

Integrative Cancer Therapies jurnalında yayımlanan bir tədqiqatın nəticələri göstərir ki, itlər döş və ağciyər xərçəngi diaqnozunu həkimlərdən daha dəqiq qoyurlar. Onlar insan bədəninin hansı hissəsində hüceyrələrin dəyişikliyə məruz qaldığını qoxu vasitəsilə tapırlar.

Tabloid.az
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi