Məşhur multfilmi ABŞ kəşfiyyatı çəkilibmiş
Maraqli
Oxunub: 1 508
7 noy 2014 | 14:22
Məşhur multfilmi ABŞ kəşfiyyatı çəkilibmişMəşhur ingilis yazıçısı Corc Oruellin Heyvan ferması əsəri əsasında çəkilən multfilmin pulunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi veribmiş.

"Telegraph" qəzeti yazır ki, bu məsələ 20 il gizli saxlanıb və ilk dəfə 1974-cü ildə keçmiş kəşfiyyatçı Everette Howard Hunt-ın "Gizli agentin xatirələri" kitabında açıqlanıb.
Sovet lideri Stalini və sovet quruluşunu ələ salan "Heyvan ferması"nın müəllifi Corc Oruell 1950-ci ilin qışında vəfat edəndə Hunt MKİ-nin Psixoloji Müharibə bölümündə çalışırmış.
O, Britaniyaya ezam edilir ki, yazıçının həyat yoldaşı Sonia-dan "Heyvan ferması" əsasında animasiya filmi çəkilməsi haqlarını alsın.
Hunt Sonianın razılığını alandan sonra prodüser olaraq Louis De Rochemontu seçir. Filmin çəkilməsi isə Britaniyanın "Halas & Batchelor" şirkətinə sifariş olunur.

MKİ-nin filmin çəkilməsi üçün İngiltərəni seçməsinin bir neçə səbəbi vardı. Əvvəla, "Halas & Batchelor" bir neçə məşhur təbliğat filminin yaradıcısı idi.
İkincisi, bu, animasiya filmini Amerikada çəkməkdən ucuz başa gələcəkdi.
Üçüncüsü isə filmi çəkənlərin layihənin maliyyə mənbəyindən bixəbərər qalmaları asan olacaqdı. Üstəlik də İngiltərə soyuq müharibədə ABŞ-ın müttəfiqi idi.
Həqiqətən də filmi çəkənlər heç nədən xəbər tutmur, onlar üçün bu, sıradan bir sifariş idi. Amma 70 dəqiqəlik "Heyvan ferması" üzərində iş 3 il çəkir.
Animasiya filminin maliyyə mənbəyi açıqlananda bu, "Halas & Batchelor" şirkətinin nüfuzuna elə bir xətər toxundurmur.
Əksinə bu iş onlar üçün böyük təcrübə olur və sonradan yüksək səviyyəli multfilmlər çəkməyə davam edirlər.
Amma yəqin ki yazıçının özü sağ olsaydı, "Heyvan ferması"nın MKİ tərəfindən maliyyələşməsindən xoşlanmazdı.
Üstəlik də əsərinin finalının dəyişdirilməsindən razı qalmazdı.
Oruellin əsərində zülmə məruz qalan heyvanlar xaricdən kömək istəyirlər. Və xaricdən gələn köməklə diktatoru yıxırlar.

Oxuzali.az
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi