Bunu etməsəniz, pis adamlar sizə hakim olarlar
Maraqli
Oxunub: 1 360
14 okt 2014 | 17:48
"İnsanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirməyi tərk etməyin! Əks halda pis adamlar sizə hakim olarlar. O zaman xilas olmaq üçün dua edərsiniz, amma Allah dualarınızı müstəcab etməz!"

Həzrət Əlinin (ə) vəsiyyətindən

İslamın mühüm hökmlərindən və müsəlman əxlaqının vacib cəhətlərindən biri insanları yaxşı işlərə çağırıb, pis işlərdən çəkindirməkdir. Dini mənada buna "əmr bil-məruf və nəhy ənil-münkər" deyilir. Burada "məruf" deyərkən, din və şəriətdə tövsiyə edilən, insan fitrəti tərəfindən bəyənilən əməllər, "münkər" deyərkən, din və şəriətin məzəmmət etdiyi və insan fitrətinin alçaq saydığı işlər nəzərdə tutulur. Qurani-kərimdə hikmətli Loğmanın əmr bil-məruf və nəhy ənil-münkəri öz oğluna təkidlə tapşırmasından danışılır: "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!" (Loğman, 17). Bu məsələ o qədər mühümdür ki, şiə məzhəbinə görə, fürui-dinin 10 maddəsindən ikisi əmr bil-məruf və nəhy ənil-münkər sayılır.

Əmr bil-məruf və nəhy ənil-münkər cəmiyyətin sağlamlığını tənzimləyən, onu təhlükələrdən və mənfi təmayüllərdən qoruyan mexanizmdir. Əgər hər kəs öz əhatəsində bunu etsə və verilən tövsiyələrə qulaq assa, onda hər yerdə gözəlliklər hakim olar və çirkinliklər aradan qalxar. Əmr bil-məruf və nəhy ənil-münkərin sayəsində insanlar bir-biri üçün həm xeyirxah dost, həm də qayğıkeş nəzarətçi rolunu ifa edirlər. Başqalarına yaxşılıqları tövsiyə edib, pisliklərdən çəkindirən adam adətən özü də bunlara əməl etməyə çalışır. Beləliklə, əmr bil-məruf və nəhy ənil-münkər həm də insanın özünütərbiyə metodudur.

Həzrət İsa Peyğəmbərə (ə) nazil olmuş əsil İncildə buyurulurdu: "Hər kəs qardaşını ilan sancacağını görsə və xəbərdarlıq etməsə, ilan sancandan sonra o adamın qətlində şərik olar. Eləcə də, hər kim qardaşının günah etdiyini görüb onu çəkindirməsə, həmin günahda şərikdir".

Bununla belə, dinimiz əmr bil-məruf və nəhy ənil-münkər üçün də hüdudlar təyin etmiş və hətta bəzi hallarda onu icazəli bilməmişdir. Bu şərtlərdən birincisi budur ki, əmr bil-məruf və nəhy ənil-münkər edən adam nəyin yaxşı, nəyin pis olduğunu yaxşı bilməlidir. Kifayət qədər məlumatı olmayan, insanların boynundakı vəzifəni tam anlamayan, işlərin xeyirlilik və ziyanlılıq dərəcəsini ayırd etməyən şəxs bu vəzifədən azaddır.
İkinci şərt - əmr bil-məruf və nəhy ənil-münkərin faydalı olacağına ümid etməkdir. Əgər insan öz sözlərinin tam təsirsiz qalacağına və hətta məsxərə ilə qarşılanacağına əmindirsə, sükut edə bilər.
Üçünçü məhdudiyyət bundan ibarətdir ki, əmr bil-məruf və nəhy ənil-münkər edən şəxsin canına, malına və namusuna təhlükə olmamalıdır. Əgər insan nəsihət verdiyi şəxs tərəfindən zülm və təhqirə məruz qalacağını bilirsə, bu halda susması məsləhətdir.
Şərtlərdən biri də budur ki, əmr bil-məruf və nəhy ənil-münkər camaat içində, xəcalət gətirəcək tərzdə edilməməlidir. Əks halda, həm pis hərəkətə yol vermiş adamın abrı əldən gedə bilər, həm də o adam daha da acığa düşüb öz günahında israr edər.

Nəhayət, əmr bil-məruf və nəhy ənil-münkər edən şəxs əmin olmalıdır ki, nəsihət verdiyi adam pis işindən tövbə etməyib və peşman olmayıb. Bir adam keçmişdə günah edibsə, indi onu təkrarlamırsa, həmin günah unudulub yaddan çıxıbsa, bir daha onu yada salmağa dəyməz.

islam.az
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər