Böyük yazıçının dağıtdığı ailələr
Maraqli
Oxunub: 1 506
12 okt 2014 | 20:21
Böyük yazıçının dağıtdığı ailələrNƏSRİN HƏSRİ layihəsində M.Bulqakovun sevimli arvadı Yelena Nürnberq

Mixail Bulqakov dünyanın bir çox ölkəsində sevilə-sevilə oxunan məşhur "Master və Marqarita" romanını sonuncu məhəbbəti Yelena Sergeyevna Nürnberqə həsr edib. Onların arasında alovlanan məhəbbət bu iki insanı ailələrini dağıtmağa, adət-ənənələrə qarşı getməyə vadar edib, onlara böyük əzab və ayrılıqlar yaşadıb, nəhayət, talelərini əbədi birləşdirmələrinə səbəb olub.
Yelena Sergeyevna Nürnberq 1893-cü ildə Riqada ziyalı ailəsində dünyaya göz açmışdı. O, gimnaziyanı bitirdikdən sonra valideynləri ilə Moskvaya köçür. Üç il sonra isə məşhur aktyor Mamont Dalskinin oğlu Yuri Neolovla ailə həyatı qurur. Onların evlilik həyatı ikicə il çəkir. 1920-ci ildə Yelena artıq general-leytenant Yevgeni Şilovski ilə görüşürdü. Onlar həmin ilin sonunda evlənirlər.
Yelenanın bəxtindən Şilovski tərbiyəli və çox təmkinli həyat yoldaşı idi. Bir il sonra Yelenanın oğlu dünyaya gəlir. Ancaq gözəl münasibət, firavan həyat və ər-arvadın həyəcanlı sevgisi gənc qadına xoşbəxtlik gətirmir. Toydan üç il sonra o, Şilovski haqqında bacısına yazırdı: -O, bənzərsiz insandır, indi belə adam yoxdur... mənim üçün çox yaxşıdır, sakit, rahat.. Amma Jenya demək olar ki, bütün gün məşğuldur... mən öz düşüncələrim, fərziyyələrim, fantaziyalarımla tək qalıram... Hiss edirəm ki, bu cür sakit ailə həyatı mənlik deyil...mən yaşamaq istəyirəm, artıq hara qaçacağımı bilmirəm... içimdə həyata, hay-küyə, insanlara, görüşlərə sevgi "məni" oyanır. İllər keçir, amma cütlüyün yaşam tərzi dəyişmirdi. Yevgeni işləyir, Yelena isə tək oturaraq şübhələr içində itib-batırdı. O, artıq 36 yaşına gəlib çatmışdı.

1929-cu ilin günəşli 28 fevralı onun taleyini dəyişir. Məhz bu gün o, böyük həyat təcrübəsi olan Mixail Bulqakovla tanış olur. Kiyevdə doğulan Bulqakov Kiyev Universitetinin tibb fakültəsini bitirmişdi. O, bir müddət həkim kimi çalışdıqdan sonra 1921-ci ildə 30 yaşında Moskvaya köçərək burada ədəbiyyatla məşğul olur. O, mədəni, mərd və məqsədyönlü insan idi. Briqada komandirinin arvadı Yelena Sergeyevna Şilovskaya onu belə tanımışdı.

Bu vaxt Bulqakov da evli idi. Onun 1924-cü ildən birgə yaşadığı ikinci arvadı Lyubov Yevgenyevna Belozerskaya yalnız ərinin qayğısına qalmır, həm də ona işlərində kömək edirdi.

Ancaq yazıçı sonralar yazacaqdı: "Mən həyatımda yalnız bir qadını - Yelena Nürnberqi sevdim".

Onların görüşü rəssam Moiseyenkoların mənzilində baş tutur. Bu tarixi görüşü Yelena 40 il sonra belə xatırlayırdı: "...Mən Bulqakovla qarşılaşanda anladım ki, o, mənim taleyimdir. Heç nəyə, görünməmiş ağır ayrılıq faciəsinə baxmayaraq biz görüşdük və birlikdə olmağa qərar verdik. Bu, çox sürətli, ən azı, mənim nöqteyi-nəzərimdən inanılmaz sürətli sevgi idi. Ömürlük bir sevgi..."
Sonra uzun-uzadı tərəddüd günləri başlayır. Yelena heç cür əri və iki sevimli oğlundan ayrılmağa qərar verə bilmirdi. O, əzab çəkirdi, və nəhayət, yazıçı ilə görüşməməyə qərar verir. Ayrılıq nə az, nə çox, düz 20 ay çəkir. Bu müddət ərzində o, bir dəfə də olsun küçəyə tək çıxmır, Bulqakovun məktublarını qəbul etmir, onunla telefonla danışmaqdan imtina edir. "Görünür, taledən qaçmaq mümkün deyilmiş" - sonralar Yelena Nürnberq xatırlayırdı: "Çünki mən ilk dəfə küçəyə tək çıxdığımda qarşılaşdığım birinci insan o oldu və mənə dediyi ilk söz: "Mən sənsiz yaşaya bilmirəm" idi. Mən isə cavab verdim: "Mən də". Və biz heç nəyə baxmadan birlikdə olmağa qərar verdik".

1931-ci ilin fevralında ər Şilovski sevgililərin münasibətindən xəbər tutur. Təhqir olunmuş ərlə aşiq yazıçı arasında qarşıdurma baş verir. Bulqakovu tapança ilə hədələyən briqada komandiri ondan arvadından əl çəkməyi tələb edir, Yelenaya isə bildirir ki, ayrılacağı təqdirdə oğlanlarını ona verməyəcək.
Buna görə də, Yelena ərinin yanına qayıtmağa və sevgilisini unutmağa məcbur olur. Bir il yarım sonra o, yenidən Bulqakovla qarşılaşır. Bu dəfə onlar qəti olaraq talelərini birləşdirməyə və evlənməyə qərar verirlər. Yelena qərarını valideynlərinə belə izah edir: "İlyarımlıq ayrılıq sübut etdi ki, yalnız onunla birlikdə olanda mənim həyatım məna kəsb edir".
Bir neçə gün sonra Bulqakov Şilovskiyə yazır: "Əziz Yevgeni Aleksandroviç, mən Yelenayla onun istəyinə uyğun görüşmüşəm və danışıb anlaşmışıq. Biz bir-birimizi sevirik və evlənmək istəyirik".

Artıq bu dəfə Yevgeni Şilovski sevgililərə mane olmur. Bir ay sonra o, həyat yoldaşı ilə nikahın pozulması haqda sənədləri imzalayır və onunla dost kimi qalmağı arzulayır. Çox xeyirxah və mədəni insan olan Yevgeni Şilovski boşanmadan sonra da "sevimli Lüsyasına" haqq qazandırmağa çalışır və valideynlərinə yazırdı: "Mən istəyirəm ki, siz baş verənləri düzgün anlayasınız. Mən Yelena Sergeyevnanı heç bir şeydə günahlandırmıram və hesab edirəm ki, o düzgün və vicdanlı addım atıb. Bizim bir zamanlar xoşbəxtlik gətirən nikahımız məntiqi sonluğuna çatıb. Biz bir-birimizdən doyduq... Lüsinin başqa birinə ciddi və dərin hissləri yaranıbsa, onun verdiyi qərar doğrudur, o, bu hissləri qurban verməməlidir... Zamanında mənə böyük sevinc və həyat eşqi yaşatdığına görə ona son dərəcə minnətdaram".
Oktyabrın 3-də Yelena və Yevgeninin nikahı pozulur. Elə həmin gün Bulqakovla Belozerskayanın da boşanma prosesi baş tutur. 1932-ci ilin 4 oktyabrında isə sevgililərin Master və Marqaritanın izdivacı qeydiyyata alınır. "Mən hər şeyə razı idim, çünki Bulqakovsuz mənim həyatım mənasız idi" -Yelena hisslərini belə izah edirdi.

Onun böyük oğlu atası ilə qalır, kiçik oğlu Sergey isə anası ilə yeni ailəyə köçür. Şilovski keçmiş arvadı və oğluna uzun müddət kömək edir, Mixail Bulqakovla isə üz-üzə gəlməməyə çalışırdı.
1936-cı ilin sentyabrında yazıçı məşhur romanı "Master və Marqarita"nı sona çatdırır. Əsərin əsas qəhrəmanının prototipi taleyinə Bulqakovla səkkiz illik ömür yazılmış sevimli Yelena idi.
Artıq "Bulqakova" soyadını daşıyan Yelena Sergeyevna Nürnberq bundan başqa xoşbəxtlik arzulamırdı. O, özünü bütünlüklə yeni həyat yoldaşına həsr edir və otuzuncu illərin əvvəlində verdiyi vədi də yerinə yetirir. O vaxt yazıçı ondan belə bir xahiş etmişdi: "Söz ver ki, sənin qolların üstündə can verəcəyəm".
1939-cu ilin sonunda yazıçının vəziyyəti pisləşir. Uzun müddət onu əldən salan baş ağrıları Bulqakovun görmə qabiliyyətini itirməsi ilə nəticələnir. O, gün işığını belə zorla seçirdi.

Qışın əvvəlində Bulqakov "Barvixa" sanatoriyasına yerləşir. Amma burada da onun vəziyyəti yaxşılaşmır. 1940-cı ilin 10 martında Mixail Afanasyeviç vəfat edir.

Bundan sonra Yelena Sergeyevnanın ağır günləri başlayır. O, çörək pulu qazanmaq üçün əşyalarını satır, tərcümə və əlyazmaların çap maşınında yığılması ilə məşğul olur. Yalnız müharibədən sonrakı illərdə Bulqakovun sevimli ilham pərisi yazıçının əlyazmalarını satmaqla yaxşı qonorar alır. Yelena Sergeyevna həyat yoldaşından 30 il artıq yaşayır. O, 1970-ci ilin 18 iyulunda, 70 yaşında dünyasını dəyişir. Onu Novodeviçye qəbiristanlığında, sevimli "Master"inin yanında dəfn edirlər.

kult.az
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb