?Kıvanç’ın bakirəliyini aldığı azərbaycanlı qızın həyat hekayəsi
Maraqli
Oxunub: 5 087
28 in 2016 | 10:23
?Kıvanç’ın bakirəliyini aldığı azərbaycanlı qızın həyat hekayəsi











O Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur

Amma ali məktəbi bitirdiyi üç il ərzində ixtisası üzrə çalışmayıb. Dediyinə görə, əslən Zaqataladan olsa da, Bakıda anadan olub. Məktəb illərindən rəqslə məşğuldur, mütaliə etməyi sevir. Hər halda çəkdiyi yazıçı adları, oxuduğu əsərlərdən gətirdiyi sitatlar bunu deməyimə əsas verir. Dövrü mətbuatda gedən yazılar haqda yetərincə polemika etmək olar bu xanımla. Bütün bunları ona görə sadalayıram ki, qəhrəmanımın haqqında yetərincə fikriniz formalaşsın.

Ayselin bir özəlliyi də var-surətpərəstdir. Yəni hər şeydə vizuallıq axtarandır. Elə gedişatda da başa düşəcəksiniz ki, onun bütün həyatını alt-üst edən bu cəhəti olub. Hərçənd ki, özü "baş verənlər heç vecimə də deyil" söyləyir. Bəlkə də qürur məsələsidir. Necə deyərlər, özünü sındırmaq istəmir. Qalanlarını isə qəhrəmanım özü danışır:
"Birinci kursda oxuyurdum. O vaxt dördüncü kursda oxuyan bir oğlan var idi. İnstituta getdiyim heç bir həftə olmazdı. Onu görəndən sonra dərs oxumağa həvəsim də qalmadı. Bütün günü həmin oğlanı düşünürdüm. O qədər yaraşıqlı idi ki... Heç vaxt belə birini görməmişdim.İndi belə bir türk aktyor var-Kıvanç Tatlıtuğ. İnanın ki, ondan da yaraşıqlı, boy-buxunlu idi. Atası azərbaycanlıdır, anası belarus milliyətindədir".

Söhbətin bu yerində Aysel daha danışmaq istəmədiyini bildirir. Müxtəlif vasitələrlə onu danışdırmağa çalışıram. Alınmır...

...Axır ki, razılaşır. Ən çox utandığı bir məqam var. Deyir ki, həmin insanla tanış olmaq üçün ilk addımı özü atıb:

"Bax, buna görə danışmaq istəmirəm.Çünki bütün günahlar özümdədir. Mən onunla tanış olmaq istədim, aylarla "hə" cavabını gözlədim. Onu sevən o qədər qız var idi ki... Etiraf edirəm - çox surətpərəstəm. Bir insan çox yaraşıqlıdırsa, hətta onun narkoman olmağını da qəbul edərəm. Bu insanın da o qədər zəngin daxili dünyası, savadı yox idi. Mən onun surətinin tələsinə düşdüm. Xeyli müddət sadəcə görüşürdük, danışırdıq. Təxminən altı aydan sonra özüm istədim ki, aramızda hər şey baş versin. Çünki...".

Oğlan ali məktəbi bitirib hərbi xidmətə yollananda Ayselə deyir ki, qayıdandan sonra onunla evlənəcək:

"O əsgərlikdə olanda neçə qohumumuz bizə elçiliyə gəldi. Hamının qarşısında dedim ki, öz sevdiyim var. Əvvəlcə hamı üstümə gəldi, məni danladılar. Sonra fikrimin çox ciddi olduğunu görüb heç nə demədilər. Əsgərlikdən qayıdandan 2012-ci ilin payızına qədər görüşürdük. Günlərin birində mənə gizli nömrədən zəng gəldi. Zəng vuran o idi. Dedi ki, indiyə qədər yaşadıqlarımızı unut, olanların hamısını xoş xatirə kimi xatırla. Elə bildim zarafat edir. Sonra and içdi ki, ciddi deyir. O danışdıqca ağlayırdım, məni sakitləşdirməyə çalışırdı. Təxminən 7-8 aydır ki, nə telefon əlaqəmiz var, nə də görüşmürük".

Aysel yaşadıqlarına görə peşman deyil. Əvvəldə də dediyim kimi bu qürur məsələsi də ola bilər:

"Çox istərdim k, belə bir həyat yoldaşım olsun, ətrafımdakı hər kəsi qısqandırım. Amma... Yaşadığım heç nəyə görə peşman deyiləm. Xəyallarımda olan bir insanla ən gözəl nə varsa, hamısını yaşamışam. Bundan sonra ailə qurmaq fikrim də yoxdur. Çünki kiməsə ərə getsəm də, nə vaxtsa onunla görüşməyimi istəsə, razı olaram. İstəmirəm ki, kiməsə xəyanət edim. Bütün bunların doğru olmadığını başa düşürəm. Nə olubsa, olub. Heç vecimə də deyil". (strategiya.az)
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu