Qarğış etməyin! Özünüzə və övladlarınıza qayıdar
Maraqli
Oxunub: 3 715
30 mar 2016 | 19:01
Qarğış etməyin! Özünüzə və övladlarınıza qayıdarÇox zəngin el deyimlərimizdə alqışlarla yanaşı qarğışlar və bəddualar da var. Bu da bir həqiqətdir ki, qarğışı dilində əzbər edənlərə daha çox rast gəlirik. Milli mentalitetimiz elə formalaşıb ki, uşaq söz anlayan andan evdə və başqa yerlərdə alqış və qarğışları eşidib, bir müddət sonra adət kimi təkrarlayır. El obamızda yayılmış belə bir inam varki, guya “ana qarğışı övladı tutmaz” yaxud “ananın qarğışı da alqışdır”. Valideynlərin əsəbi anında etdiyi bir qarğış uşağına olduqca pis təsir edə bilər. Əksər analar bu “hikmətə” uyaraq hər dəfə övladlarına əsəbləşəndə, qarğışlarını yağdırırlar. Bir çoxları isə qarğışı boş hava sayıb, hara gəldi səpələyir. Bəs görəsən, qarğış aqresssiv söz yığını, yoxsa həyata keçən bədduadır?
Bu suala tamlığıyla cavab tapılmasa da bir şey məlumdur ki, telepatiya ilə qarğışı eyniləşdirmək düzgün deyil. Çünki telepatiya kiməsə arzulanan niyyət yox, uzaq məsafədən göndərilən xəbərdir. Ona görə də insana tuşlanan niyyətin təsiri telepatiyadan tam fərqlidir. Həyati hadisələri araşdırmaqla bir fakt da müəyyənləşib ki, qarğış həqiqətən də tutur, amma bəzən göndərilən adamı, bəzənsə göndərərnadamın özünü. Bu halda çox qarğış edən adamın özü ya xəstə, ya kasıb, ya daki, daim başı dərddə, problemlərdə olur. O da aydınlaşıb ki, başqasının canına qarğış edənlər özləri daimi xəstəliyə tutulur, başqasının ruzisinin kəsilməsini arzulayanlar isə özləri ruzisiz qalır vəs. Bir sözlə başqasına nə qarğış etsələr, məhz həmin şeylər öz başlarına gəlir. Bu halda başqasının övladına qarğış edənlər özlərinə daha çox ziyan vurmuş olurlar. Belələri bilməlidir ki, özləri bir yana, övladlarını da bədbəxt edirlər. Fikir verin, yada salın, görün özgələrə yaxud onların övladlarına qarğış yağdıranların öz başlarına nələr gəlib? Hətta belə valideynlər ölüb getsələr də, başqalarına arzuladıqları özününkünü illərlə izləyir. Yazıq övladlar nə qədər düşünsələr də, onları izləyən uğursuzluqların səbəbini heç cür anlaya bilmirlər. “Mən kimə nə etmişəm? Harda günah etmişəm?” deyib özlərinə suallar verirlər. Bundan başqa valideynlər öz övladlarına da qarğış etməməlidirlər. Çünki fərqinə varılmadan deyilən sözlər çox vaxt həqiqətə çevrilir. Belə valideynlərin övladları xəstəliklərə düçar olur, daim problemlər məngənəsində sıxılır, ailə həyatları da xoşbəxt olmur.
Danılmaz həqiqətdir ki, qarğış tökənin öz qarğışını geri qaytarmağı ya çox çətin olur, yada ki heç mümkün olmur. Bütün bu deyilənləri parapsixoloqlar, ekstrasenslər, dünya üzrə qəbul olunmuş ağ və qara maqlar da təsdiqləyirlər.
Bütün dinlərdə olduğu kimi, islamda da qarğış etmək məsləhət görülmür, hətta günah hesab edilir. Məhəmməd Peyğəmbər həmişə yanındakılara deyib: "Özünüzə, uşaqlarınıza, mallarınıza da qarğış etməyin. Qarğışınız diləklərin qəbul edildiyi zamana tuş gələr və Allah qarğışınızı qəbul edər”.
İlahiyyatçılar bildirir ki, qarğış insana olduqca mənfi enerji və ağırlıq gətirir: "Qarğış edən də, qarğış edilən də bu ağırlıq altında uzun müddət əzilir. Qarğış var ki, anındaca təsirini göstərir, qarğış var ki, uzun illərdən sonra. Bu, bir növ lənətdir. Çox adam buna inanmır, amma bu gerçəkdir. Sözün qüdrəti böyükdür. Dil öyrəşdikdən sonra insan istəmədən də olsa qarğış edir, çünki bu artıq onun özündən asılı deyil, necə deyərlər, o artıq bu duruma adaptasiya olub”.
"Avesta”-da ata qarğışı barədə nə yazılıb? Ən təhlükəli və adamı tez tutan qarğış ata qarğışıdır. Hətta belə qarğışlar ölümlə də nəticələnə bilir. Bəşəriyyətin ilk müqəddəs kitabı olan "Avesta"da da bu barədə yazılıb. Kitabda tez-tez "Ulu Tanrı, Sən bizi ata qarğışına tuş eləmə!" söylənilir. Tanınmış astroloq, "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli milli.az xəbər portalına müsahibəsi zamanı bildirdi ki, bir çox qədim mənbələrdə qeyd olunur ki, hər insanın ruhu ataya, fiziki bədəni - canı isə anaya tabedir, əgər ana qarğış edirsə, zərbə yalnız bədənə dəyir: "Bu baxımdan yol qəzası, sınıq-çıxıq, yanmaq və digər xəsarətlər baş verə bilər. Ata qarğışı isə birbaşa ruha zərər yetirir. Bunun da nəticəsi çox vaxt iki sonluqla bitir: qarğışa tuş gələn adam ya ölür, ya da havalanır (dəli olur). Yəqin elə bu səbəbdəndir ki, övlad xəsarət alanda, dara düşəndə ananın, öləndə isə atanın ürəyinə damır”.
Yeri gəlmişkən, maraqlı bir alqış da var bizdə. Əslində bu alqışdırmı, yoxsa qarğışdırmı, anlamaq olmur. Yəqin ki, bu ikibaşlı diləkdir. "Allah ürəyinə görə versin” diləyi ən çox alqış kimi istifadə edilsə də qarğış edəndə bu diləkdən istifadə edən də olur. Təbiidir, pis insana "Allah ürəyinə görə versin” demək ən böyük qarğışdır, eləcə də təmiz, saf insana alqış edəndə bu ifadəni işlədiriksə, ona ən yaxşı duanı etmiş oluruq. Qarğışın iki başı var deyirlər. Amma ikinci tərəfə yönlənməsi də duruma görədir. Yəni, bu qarğış edənin kimliyindən asılıdır. Əgər qarğış edən özü mənfi enerjiyə malik insandırsa, qarğışın bir tərəfi ona da toxunur, çünki o, mənfi enerji ilə zəngin olduğu üçün neqativ enerjiləri maqnit kimi özünə çəkir. Əgər həmişə alqış edən biri təsadüfən qarğış edirsə qarğışı gerçəkləşir və özünə bir zərəri olmur. Çünki o pozotiv insandır, ətrafında müsbət enerjilərdən çəpər çəkilib, qarğış və mənfi enerji ona yaxın düşə bilmir.
Faktlar sübut edir ki, qarğış həm onu deyənin özü, həm də onun övladı üçün zərərdir.
Bir şeyi unutmayaq ki, Uca tanrı heç zaman insanların məkrli niyyətlərində onlara yardım etmir. Əksinə, həmin insan Yaradanın yanında öz iç üzünü açmış olur. Bəlkə də elə ona görədir ki, bir müddət sonra qarğış söyləyənin özü dediyi sözlərin qurbanına çevrilir.
Şahidi olduğum bir hadisəni xatırlatmağım lap yerinə düşər:
Uzaq qohumlarından bir qadın Moskva şəhərinə müalicəyə gedirdi. Getməyinə bir neçə gün qalmış anasıyla böyük mübahisəsi düşdü. Anası əsəbləşib həmin qadına qarğış yağdırki, Get, heç səni salamat gəlmə, tabutun gəlsin ordan.
Həmin qadın getdi Moskvaya və son gedişi oldu. Agır əməliyyata girdi və nə yazıq ki, əməliyyat masasında vəfat etdi. Həkimlər heç cür xilas edə bilməmişdi. Anasının qarğış etdiyi kimi qadının cənazəsi gəldi evlərinə.
Qarğışlardan uzaq durun! Heç düşməninizə də qarğamayın! Çünki Uca Tanrı hər şeyi bilən və görəndir.

GÜNEL MƏMMƏDOVA
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”