Fala baxırıq.. - Nə vaxt ərə gedəcəyinizi xəbər veririk
Maraqli
Oxunub: 1 195
21 mar 2016 | 10:34
Fala baxırıq.. - Nə vaxt ərə gedəcəyinizi xəbər veririk






















Qədim zamanlardan ta müasir dövrə kimi qızları maraqlandıran bir sual var: ərə gedəcəkləri vaxtı necə öyrənmək olar. Bu məqalədə Sizə izdivaca fala baxmağın bir neçə növü haqqında danışacağıq

Qırmızı qızılgül

Bu fala adətən iyun ayının sonlarında baxırlar. Açılmış qızılgülü dərin və ağ zərfin içinə qoyun. Zərfi mum ilə möhürləyib, möhürün üstünə adsız barmağınızla basın. Daha sonra zərfi yastığınızın altına qoyun və həmin gecə gördüyünüz yuxunu yadda saxlamağa çalışın.

Əgər yuxuda su, tarla, gül, dağ, stəkan, uşaqlar, valideynləriniz, gümüş və ya ay görəcəksinizsə, deməli bir il ərzində ərə gedəcəksiniz. Yuxuda nəhəng insanlar, heyvanlar və ya balıqlar, böyüdücü şüşə və ya günəş görsəniz, yalnız beş ildən sonra ərə gedəcəksiniz. Yuxuda qızıl, sürünən heyvanlar, əsgər və ya tufan görmək - xeyirli əlamət deyil. Bu halda siz evdə də qala bilərsiniz.

Saç tükü və üzük

Uzun saç tükü götürüb, nişan üzüyündən keçirin. Tükün iki ucunu böyük və şəhadət barmaqlarınızın arasında saxlayaraq, dirsəyinizi masanın üzərinə qoyun. Bundan sonra üzüyü bir qədəhin içinə sallayın (üzük qədəhin divarları və dibinə dəyməməlidir). Bu zaman əliniz tərpənməməli və titrəməməlidir. Əgər üzük tərpənmədən dayanıbsa, deməli Sizin ərə getməyinizə hələ çox var. Əgər o, bir tərəfdən digərinə yellənirsə, bu zaman beş dəqiqə ərzində vurmaları saymaq lazımdır. Sonda, saydığımız miqdardan ad və soyadınızən tərkibində olan hərf sayını çıxırıq. Və beləliklə toyunuza neçə il qaldığını öyrənirsiniz. Əgər nəticə mənfi alənacaqsa, deməli bir il ərzində ərə gedəcəksiniz.

Oyun kartları

Qızlardan hansının daha tez ərə gedəcəyini öyrənmək üçün, bir dəst oyun kartını üzü yuxarı şəkildə qızlar arasında paylamaq lazımdır. Qırmızı toxmaq (ürək) padşahı kimə düşəcəksə, həmin qız hamıdan tez ərə gedəcək.

Oyun kartları ilə baxılan falın digər növü belədir: 3, 5, 7 və s qız (tək miqdar olmalıdır) dairəyə əyləşir. Dairənin ortasına yaxşı qarışdırılmış kart dəsti qoyulur. Qızlar bir-bir kart seçirlər. Qırmızı toxmaq tuzu seçən qız hamıdan tez ərə gedəcək. Hamıdan gec xaç iki kartını çıxaran qız ərə gedəcək. Qaratoxmaq (qara ürək) tuzu çıxaran qız isə evdə qalacaq.

Ay və güzgü

Kişi yaylığı və güzgü götürərək, dəniz, göl və ya çaya gedib, ayın çıxmasını gözləyin. Ay xeyli yüksəldikdən sonra, arxanızı su hövzəsinə çevirib, güzgünü elə vəziyyətdə saxlayın ki, təkcə ayın özü deyil, həm də onun suda əksi görünsün. İndi üzünüzü yaylıqla örtüb, güzgüdə gördüyünüz ayları sayın. Əgər iki dənədirsə, bir ildən sonra ailə quracaqsız. Əgər ikidən çox ay görürsünüzsə, ayların sayı toyunuza qalmış illərin sayını göstərir.

Albalı çəyirdəkləri

Bu fal bir çoxlarına yaxşı tanışdır. "Bu il, gələn il, nə vaxtsa, heç vaxt" sözlərini deyə-deyə, nimçədə olan albalı çəyirdəklərini sayırıq. Hər dörd albalı çəyirdəyindən sonra sayı yenidən başlayırıq. Çəyirdək sayının bitdiyi söz toyunuzun vaxtını xəbər verəcək. Həmin fala çobanyastığı ləçəkləri ilə də baxmaq olar.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi